“O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                 

Hanı, bəs Qarabağda ayaqyalın konsert verəcəkdiniz? - ETİRAZ
Tarix: 14-12-2023, 07:43 | Çap et
Hanı, bəs Qarabağda ayaqyalın konsert verəcəkdiniz?
Həmkarım Aygün Muradxanlı dünən müğənni adaşı Aygün Kazımova haqqında bir status paylaşıb, adam istəyir ki, bu, düz söhbət olmasın, təkzib olunsun.

Statusun duzlu hissəsini ixtisar etsək, yerdə qalanı belədir: “Aygün Kazımovaya deyiblər, Qarabağda yurda dönənlər üçün yeni il keçiririk, sən də gəl, deyib, 45 min özümə, 75 səhnə dekoru-işıq, 85 min də heyətimə”.

Belə şey ola bilərmi? Əlbəttə, Aygün Muradxanlı yazıbsa, şəkk etmək mümkün deyil. O, belə şeyləri həmişə yazır, başı bəlaya girir, amma sonra anlaşılır ki, yalan yazmayıb. Jurnalistə bu məsələni təşkilatçılardan, yəni müğənni Aygünü Qarabağa dəvət etmək istəyənlərdən biri deyib. Deyib və belə bir cavab alıb.

Belə baxanda, bu, fantastik qiymətdir, toplamda 205 min manat edir. Hansı dövlət qurumu yeni-yeni bərpa olunan yurd yerində bir şənlikdə oxumaq üçün müğənniyə 205 min verər? Oralarda 205 minin 205 dərdi var.

Hələ ona da baxaq ki, bu 5 min haradan çıxıb? Prinsipcə, müğənni birdəfəlik yuvarlaq rəqəm – 200 min tələb etməliydi. Güman etmək olar ki, o, bu 5 mini bazarlıq etmək, minnət qoymaq üçün nəzərdə tutulub: “Yaxşı, sizə endirim edərək, köçkün olduqları üçün 5 min keçərəm”.

Bu, işin zarafat tərəfidir, amma xalq artistinin belə bir qonorar tələb etməsi gerçəkdən absurddur.

A.Kazımova ya hansı ölkədə yaşadığını unudub, ya da hesab edir ki, insaların pul kəsən maşını var. Unudubsa, biri ona desin ki, bura Brodvey deyil, sən də Beyons, Şakira, Rihanna deyilsən. Heç Hadisə və ya Sibel Can da vətən, xalq söhbəti olan yerdə 200 min adı tutmazdılar.

Dünənə qədər televiziya ekranlarında “əhd etmişəm, torpaqlar alınsın, Cıdır düzündə ayaqyalın oynayacam”, “Arzu edirəm ki, gələn il bu vaxt işğaldan azad olunan torpaqlarda əsgərlərimiz, camaatımız qarşısında yeddi gün konsert verək” deyənlər bunlar deyildimi?

Bu söhbəti təkrar edə-edə çürüyünü çıxarıb, lətifəyə döndərmişdilər, hamısı “işğaldan azad olunan torpaqlar” üçün necə fədakarlıqlar edəcəklərini deyir, tamaşaçılar qarşısında ucuz xal toplayırdılar. İnsanlar onlara baxır, “halal olsun, necə vətənpərvərdirlər” deyirdi. Əyninə bayraqlarımızın rənglərindən ibarət əlbisə, hərbi mundir geyənlər vardı, öz aləmlərində gəncləri hərbi-vətənpərvərlik ruhuna kökləyirdilər.

aybay.jpg (23 KB)

Nə oldu bəs? İş real xidmətə gələndə “200 min verin, gəlim”, hə?

O gün bu üzdə olan “ulduz” müğənnilərə dair bir preyskurant da açıqlanmışdı. Guya Aygün və Röya şənliklərdə yarım saatlıq ifa üçün 50 min manat tələb edirlər. O birilərin də adının qarşısında 10 min, 20 min, 30 min yazılmışdı. İçlərində eləsi vardı ki, gəlib adamların eyvanının altında fonoqramsız oxusa, pərdəni çəkər, o səmtə baxmazlar. O da özünü o dairəyə saldırıb, qiymət qoydurmuşdu.

Bu, özünə məzənnə kəsməkdir. Bu ölkədə onlara o pulu verəcək adamlar ya bir olar, ya iki. Onlar da kimlərləsə bəhsləşdikləri üçün verərlər. Gedib Türkiyədən Ebru Gündəşi gətirər, ona üçqat artıq qonorar ödəyərlər, amma adları çəkilənlərin yarım saat disk oxutmasına o qədər pul verməzlər.

Əsas məsələ heç bu müğənnilərin toyda-şənlikdə 10-15 il əvvəl yazdırdıqları mahnıları səsləndirib, ağızlarını açıb-yumub, özlərini oxuyurmuş kimi göstərmələri deyil, əsas məsələ odur ki, onlar xalqa qiymət oxuyurlar, “məni öz məclislərində görmək istəyirlərsə, canları çıxsın, çox pul ödəsinlər” ədası sərgiləyirlər.

Günah, əlbəttə ki, bu “ulduz”ları öz bağrından qoparıb göylərə qaldıranlardadır. Onlara layiq olduqlarından qat-qat artıq hörmət qoya-qoya, qonorar ödəyə-ödəyə bu mərtəbəyə çıxarıblar. Onlar da özlərini bir şey zənn edirlər, elə bilirlər ki, Altay dağlarını bunlar yaradıblar.

İstənilən mədəni, qanunun aliliyinə hörmət qoyulan ölkədə bu cür ərşlə-gürşlə əlləşən, özünün toya çox baha qiymətə getdiyini açıqlayan şəxsi ortalığa çəkir, deklarasiya və vergi tələb edirlər. Deyirlər, bir halda ki, ayda azı 20 toya gedir və hərəsindən 50 min manat alırsan, demək, ayda 1 milyon qazanırsan, gəl, vergini ödə.

Bax, elə olsa, bunlar da öz qınlarına qayıdar və “ayda 3-5 min manat zorla qazanırıq” deyib and içərlər.

Müəllif: Xalid KAZIMLI - Mənbə: musavat.com
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru