Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                 

"Reytinq TV rəhbərlərinin özü üçün bir bəhanədir" - Mütəxəssislərdən ÇAĞIRIŞ
Tarix: 20-12-2023, 11:49 | Çap et
"Reytinq TV rəhbərlərinin özü üçün bir bəhanədir"
İnternet zəmanəsinə qədəm basandan televiziyalar öz yerini sosial şəbəkələrə uduzmaqdadır. İzləyici kütləsini itirməmək üçün hər yola baş vuran telekanallar hər gün daha çox tənqid olunur, daha çox izləyici itirir.

Daha ciddi şəkildə proqramlar hazırlayan, televizya ənənələrini qoruyub saxlamağa çalışan AzTV Mədəniyyət və İTV kimi kanallarımızın isə izləyici kütləsi azdır.

Son zamanlar hətta parlament nümayəndələrimiz tərəfindən özəl kanallarda yayımlanan ictimai sosial proqramların yığışdırılması barədə təkliflər səsləndirilir. Hər nə qədər tənqid olunsa da, bu proqramların böyük reytinqi və izləyici kütləsi var. Xalqın çox nümayəndəsi öz probleminin həllini Elgizin, Xoşqədəmin, Zaurun proqramına çıxmaqda görür. Deyək ki, bu verilişlər ləğv edildi. Bəs özəl kanalların reytinq toplaması, yaşaya bilməsi üçün hansı çıxış yolu var? Nə təklif etmək olar?

Lent.az bu sualla tanınmış telejurnalistlərə, İlqar Əlfioğluna və İlhamiyyə Rzaya müraciət edir.
İlqar Əlfioğlunun fikrinə görə, telekanallar artıq geriyə yolu olmayan bir istiqamətə giriblər.

“Azərbaycanlıları "Tik-Tok milləti" olmaqdan, televiziyalarımızı "Tik-tok televiziyası" olmaqdan ancaq dövlət xilas edə bilər. Qəti tədbirlər görmək lazımdır. Bu işdə güclü repressiyalara ehtiyac var, çünki ölünu özbaşına qoysan, kəfənini batıracaq.

Sovet vaxtı televizorda kütlə dövlətin lazım bildiyi kontentə baxırdı. Kütlə yenə həmin kütlədir. Sadəcə o vaxt televiziya kütlənin istədiyini yox, məsləhət bildiyi ağıllı şeyləri göstərirdi, xalqın da alternativi yox idi, məcburən baxır, qaşıq-qaşıq ağıllanırdı. İndi camaatın əlinə fürsət düşüb, qarnına çörək almağa pulu olmayanlar internetə pul tapır və istədiyi şəkildə istədiyini nümayiş etdirir. O qədər yüngül proqramlarla insanları alışdırdılar, indi ağıllı, maarifləndirici proqrama baxmağa cəmi 1-2 faiz insanın hövsələsi çatır.

Bir kanalda Ramiz Rövşənin, Rafiq Əliyevin söhbətlərini, digərində filan məşhurun neçənci dəfə ərindən boşanması xəbərini göstərsinlər, alimə, şairə heç kim baxmayacaq.

Bu gün Murad Dadaşov, Vado Korovin kimi özəl kanalların rəhbərləri yaxşı və pisin nə olduğunu bilmirlər? Çox yaxşı bilirlər. Sadəcə onlar onu da yaxşı bilirlər ki, belə proqramlar olmasa, gərək kanal bağlana. Dövlət dəstəyi yoxdur. Dövlət hər kanala pul ayırıb, güclü senzura qoysa, problem başdan həllini tapar. Sistemli şəkildə dəyişilməli, qanunvericiliklə tənzimlənməlidir. Senzuradan kənar bir cümləyə görə bir dəfə cərimələnsə, o kanal ikinci dəfə eyni xətaya yol verməz.

Televiziyaları qınamayın, məncə, ayrı-ayrı yarıtmaz qurumlarımız kimi onlar da "supermarket dəstəyi"lə işləyirlər. Dövlət bu məsələdə tam nəzarəti ələ almalıdır. Yoxsa zəif intellektli bir xalqla nə iş görmək olar, mən bilmirəm. İndiki durum xalqın beyninin və mənəviyyatının korroziyasına aparır”- deyə o bildirib.

İlhamiyyə Rza isə hesab edir ki, maarifləndirici proqramların hazırlanmasına yaxşı vəsait ayrılsa, onların da izlənmə səviyyəsi yüksək olacaq.

“Kim deyir ki, maarifləndirici verilişlər baxılmayacaq, reytinq gətirməyəcək? Sən bayağı və ziyanlı verilişə qoyduğun xərci bura qoysan, dəstək versən, hallandırsan baxan olmayacaq? Bunu deyənlər öz bacarıqsızlıqlarına haqq qazandırmaq üçün deyirlər”,- deyə o bildirib.

İlhamiyyə Rza əmindir ki, keyfiyyətli veriliş mütləq reytinq qətirəcək.

“Tələbi yaradan təklifdir. Təklif edilir, seçim verilmir. İzah edim. Əyləncə verilişinə qoyulan xərc maarifləndirici verilişə də qoyulsa, kim deyir ki, reytinq olmayacaq? Bu yaxınlarda Həmid Herişçinin bir müsahibəsindəki fikri televiziya müstəvisinə gətirim. Fikir təxminən belə idi "Biz dünya səviyyəsində bədii əsər yaratmaq istəyirik, amma onu yazacaq müəllifi yetişdirilməsinə xərc qoymuruq. İstənilən idmançının formalaşması üçün qoyulan xərcin heç olmasa yarısı ədəbiyyat istiqamətinə qoyulsaydı, böyük nəticələr olardı". Bu fikir televiziyaya da aiddir. Bu gün gənc jurnalist görür ki, seçilmək üçün peşəkarlıq, mədəniyyət yox, tərbiyəsiz, həyasız və "piyada" olmaq lazım imiş. Əksini necə sübut edə bilərsiniz ona? Aşıq gördüyünü çağırar. Mən əminəm ki, reytinq məsələsi daha çox TV rəhbərlərinin özü üçün bir bəhanədir, bütün uğursuzluqlarını tamaşaçının, kütlənin adına yazmaq üçündür. Bunlar bizi inandırmaq istəyirlər ki, məzmunlu, zövqlü, orijinal bir TV məhsulu hazırlamaq ona görə mümkün deyil ki, tamaşaçı bunu istəmir. İnandırım sizi, o özü də buna inanmır, nəinki eşidənlər. Birdəfəlik çıxsınlar desinlər ki, əşi bu bizim biznesimizdir, nə istəyirsiniz bizdən, qoyun pulumuzu qazanaq. Gənc nəsli tərbiyə etmək ata-ananın və məktəbin işidir, bizim işimizsə, tərbiyə vermək yox, pozmaqdır. Əsas odur, pul gəlsin”.

Mütəxəssis rəyini dinlədik, insanlar hər nə qədər maraq göstərsə də, teleməkan toyxana, qiybətxana olmamalıdır. Çox arzu edilirsə, bunun üçün ayrıca bir kanal olmalıdır. Ümumilikdə, isə xoş, naxoş evlərimizə girmiş ən böyük təbliğatçıya sadəcə pul maşını kimi baxılsa çox şey itirmiş olacağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru