"Akkord"un Rusiyadakı nümayəndəsi fəhlələri necə aldadıb - İTTİHAM
Tarix: 1-11-2017, 09:47 | Çap et
 39 nəfər azərbaycanlı usta iddia edir ki, Rusiyada azərbaycanlı iş adamı və oğullarının dələduzluq əməlləri ilə qarşılaşıblar. Bu haqda Hurriyyet.org-a məlumat verən Eldəniz Yusifoğlu bildirib. Onun sözlərinə görə, iş adamı Cümşüd Musayev və oğulları Rahib və Elvin Musayevlər 39 nəfər ustanı aldadaraq Rusiyaya işləməyə çağırıb. Ustalar borc tapıb, yol pulu edib Moskvaya gediblər. Onları Moskvadan 30 kilometr kənarda Odincovo rayonu Mitkino kəndində meşə zolağında yerləşən tikinti ərazisinə aparıblar. 15 gün işlədikdən sonra pul tələb etsələr də, onlara pul verilməyib. Nəticədə, ustalar pul almadıqlarına görə işlərini dayandırıb. Bu zaman isə təzyiqlərə məruz qalıblar. Onlara “OMON” və reketlə hədə-qorxu gəlib, işlərini davam etdirməyi tələb ediblər:
“Elvin və Rahib öz mühafizəçilərinin iştirakıyla ustaların bir neçəsini döyüb, onlara xəsarət yetiriblər və ağır söyünclərlə təhqir ediblər. Bizə bildirdilər ki, bura kriminal Rusiyadır, sizi öldürüb qanınızı batırarıq. Qardaşlardan Elvin Musayev dəfələrlə tikinti yerinə gəlib ustaların üzərinə “pistolet” tutub və “o yan-bu yan edəni yerindəcə güllələyəcəyəm” deyib. Ustaların üstünə idmançı ruslardan mühafizə qoyublar ki, məcbur olub işləsinlər. Ustalar deyir ki, biz özümüzü düşmən dustağındakı kimi hiss edirdik. Çox qorxurduq. Hətta iş bitəndən sonra bizi öldürüb meşədə basdıra bilərlər - fikirləri hər an bizi qorxuda saxlayırdı. Biz yalvarırdıq ki, ailəmiz, uşağımız var, bizi öldürməyin, nə istəsəniz edərik. Sonra bir neçə usta gecəylə pəncərədən düşüb qaça bildi. Meşəylə gəlib yola çıxıblar.
İş qurtarandan sonra ustaları buraxıblar, heç yol pulu da verməyiblər. Ustalar deyir ki, öz millətimizin nümayəndələri tərəfindən belə bir vəziyyətə düşəcəyimizə inanmazdıq. Erməni bizə bunu etməzdi, özümüzünkülər etdi. Orada başqa millətlərdən olan ustalar bizə bildirdilər ki, onlarda 3 aydan çoxdur işləsələr də pullarını ala bilmirlər. Bu işlərin başında “AKKORD” şirkətinin Rusiyadakı prezidenti İlqar Hacıyev adlı şəxs durur. Deyilənə görə, İlqar Hacıyev əvvəllər “AKKORD”un Azərbaycanda prezidenti olub. Ustalar bildirir ki, özümüzə vəkil tutmuşuq, bu günlərdə ərizələri yığıb Baş prokurorluğa və ölkə başcısı cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırıq.
Rusiyanın Bakıdakı səfirliyinə və Rusiyada FSB-yə də rəsmi müraciət edəcəyik.
Ustalar bildirir ki, gördükləri iş kvadrata vurulsa, hər bir ustaya orta hesabla 2 000 manatdan 5 000 manatadək maddi zərər dəyməklə yanaşı, həm də mənəvi zərər dəyib. 3 ay çölün düzündə təzyiq və qorxu altında yarıac, yarıtox yaşayıblar. 150 min manat pul verəsidilər. Biz hüquqlarımızın bərpa olunması üçün sona qədər gedəcəyik.
Sonunda isə mətbuatı və hüquq mühafizə orqanlarını bizə kömək etməyə çağırırıq. Qarşıdan qış ayları gəlir və biz ailəmizə çörəyi necə alacağımızı bilmirik”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40 |
|
|
|
|