Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                 

Sabiq vergilər naziri və komandasının ölkə xaricindəki böyük biznesləri siyahıya alınır - İDDİA
Tarix: 5-02-2018, 08:53 | Çap et
Sabiq vergilər naziri və komandasının ölkə xaricindəki böyük biznesləri siyahıya alınır
Məmurlar sərhədlərimizdən kənarda sahibkarlıqla məşğul olmaları yeni xəbər deyil. Fazil Məmmədov da belə məmurlar sırasında ilk üçlükdə olub. Vergilər naziri postunda olarkən qohum-qardaşını başına toplayıb və Azərbaycanda sahibkar zümrəsinə qarşı hücuma keçib. Sahibkarlar hər il işlərini böyütmək, yeni iş yerləri açmaq əvəzinə vergilər nazirinin qohum-qardaşının ən müxtəlif adlar altında gəlirlərinin böyük hissəsini verməli olublar.

İllərlə davam edən proses Fazil Məmmədovun və ətrafının mal-mülkünün nağıllardakı kimi inanılmaz dərəcədə artmasına, sahibkarların isə müflisləşməsinə, işlərini böyütmək imkanından məhrum olmalarına gətirib çıxarıb. Sabiq nazirin Azərbaycanda əldə etdiyi böyük pulları ölkədən çıxarıb və dünyanın 4 bir tərəfində biznes şəbəkələri yaradıb və ən başlıcası həmin şəbəkələrdə işə azərbaycanlıları çox nadir hallarda götürüb. Yəni azərbaycanlının cibindən oğurlanan pulla yaradılan iş yerinə belə azərbaycanlını yaxın buraxmayıblar.

Fazil Məmmədovun xaricdəki bizneslərindən biri Ukraynanın kurort şəhəri Turskovetsdə yerləşir. Olduqca lüks oteli “Mir” öz dəbdəbəsi ilə hər kəsi cəlb edir. Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir.

Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Ümumilikdə 129 standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır. Bir sözlə, sabiq nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Gəl ki, Fazil Məmmədovun otelində 1 nəfər də olsa xidməti personal yoxdur. Başqa millətlərin nümayəndələri işçi götürməklə dolanışıqları təmin olunub. Bundan başqa Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu"11 Mirrors Design Hotel"i, siqaret, təkər zavodu və böyük bazarı var.

Sadalananlar Fazil Məmmədovun böyük biznesinin kiçik bir parçasıdır. Üstəlik Vergilər Nazirliyinə rəhbərliyi dövründə müxtəlif postlara təyin etdiyi özünün qohum-qardaşı da onun yolu ilə gedib. Belə şəxslərdən biri də Fazil Məmmədovun yeznəsi Namiq Quliyevdir. O, Fazil Məmmədovun müşaviri idi.

Bundan başqa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin postunu tuturdu. Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, belə xəbərlər vardı ki, Namiq Quliyev nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta yeznənin 2 lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində(VCAD). Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Sahibkarlardan xərac pullar əsasən həmin binada yığılırdı. Yeznə də günün bu binadakı kabinetində keçirirmiş. Fazil Məmmədov yeznəsindən nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış. İndi məlum olur ki, Fazil Məmmədov Azərbaycanın pullarını xaricə daşıdığı vaxtlarda yeznə də boş-bekar dayanmayıb, marketlər şəbəkəsi yaradıb. Şəbəkənin dövriyyəsi gizlədilib. Ümumiyyətlə, şəbəkənin varlığı haqda məlumatlar da sosial şəbəkələrdən, internet resurslarından kənar saxlanılıb.

Bu şəbəkəni Namiq Quliyevin tələbə yoldaşı və qudası Əli Ağa oğlu Allahverdizadə idarə edir. Əli Allahverdizadənin Fazil Məmmədovun Türkiyə və Kiprdəki bütün bizneslərinə rəhbərlik etməsi haqda da xəbərlər var. Qeyd edək ki, 2015-ci ilin fevralında Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də vardı. Fazil Məmmədov Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi. Hələ 2011-ci ildən başlamış “kassa işi” o zaman böyük hay-küy də yaratmışdı. Bu haqda ötən saylarımızdan birində geniş yazmışıq.

Təkcə kassa əməliyyatından yeznənin 10-15 milyon manata sahibləndiyi də bildirlirdi. Belə əməliyyatlar Namiq Quliyevin varlanması, general rütbəsinə qədər irəliləməsi, mal-mülkünün sayının durmadan artmasına səbəb olmuşdu. Fazil Məmmədov kimi o da artıq yeni zirvələri fəth etmək eşqinə düşmüşdü. 2015-ci ildə mətbuata Vergilər Nazirliyinin bir qrup işçisinin müraciət etmişdi. Həmin müraciətdən belə aydın olurdu ki, Namiq Quliyev VCAD-ın o dövrdəki rəisi Vidadi Məmmədovu yüksək vəzifəyə təyin etdirəcəklərini açıq deyirmiş. Vidadi Məmmədovun oğlunun qayınatası general Sübahir Qurbanov Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsində rəisi idi və Eldar Mahmudov “vurulan”dan sonra “MTN işi” üzrə həbs edilib. Vidadi Məmmədov iş adamlarının dosyesını general Sübahir Qurbanova verirdi və onların sonradan başlarına gələn hadisələr hamıya məlumdur.

Vidadi Məmmədova Vergilər Nazirliyində işlədiyi dövrdə “krışa”lığı edən isə Fazil Məmmədovun digər yaxın qohumu, vergilər nazirinin müavini olmuş Namiq Əliyev edib. Namiq Əliyev açıq-aşkar Vidadi Məmmədova deyirmiş ki, özü baş prokuror olacaq və Vidadi Məmmədovu Vergiyə Nəzarət İdarəsinə rəisi qoyacaq. Onda hər şey başqa cür olacaq. Bu əlbəttə ki, Eldar Mahmudovun plani idi. Çünki baş prokuror Eldar Mahmudova çox işlərində mane ola bilirdi. Eldar Mahmudov Fazil Məmmədovun yaxın qohumu və müavini Namiq Əliyevlə plan qurmuşdurlar ki, baş prokuror səddini aşa bilsinlər. Eldar Mahmudovun işdən çıxarılması planları pozdu. Hazırda Fazil Məmmədovun və komandasının ölkə xaricindəki böyük biznesləri siyahıya alınır. Yəqin ki, Fazil Məmmədov və komanda üzvlərinin Türkiyə və Kiprdəki mal-mülkləri də siyahılardan kənar qalmayacaq.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru