“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                 

NAXÇIVANDA YENİ İNQİLAB OCAQLARI
Tarix: 26-12-2011, 15:29 | Çap et
NAXÇIVANDA YENİ İNQİLAB OCAQLARI

CƏYRİ VƏ NEHRƏM KƏNDLƏRİNİN SAKİNLƏRİ ŞİKAYƏTÇİDİRLƏR

DİA.AZ: - Bu günlərdə В«AzadlıqВ» radiosunun В«250+В» rubrikasında aparıcı tərəfindən maraqlı bir ifadə işləndi: В«Şimali Koreyaya getmək Naxçıvana getmək kimi çətindirВ». Təbii ki, Şimali Koreyaya bir əcnəbinin səfər etməsinin nədən çətn olduğu aydındır. Bir azərbaycanlının isə Naxçıvana gedə bilməməsinin səbəbi isə tamam fərqlidir.

Vasif Talıbovun özəl xanlığı

Naxçıvan adı gələndə ilk olaraq yaddaşlarda hazırki hakimiyyəti təşkil edən naxçıanlı qruplaşması assosasiya yaradır. Yəni ilk olaraq yada düşəni bu regiondan olanların yaratdığı siyasi qruplaşmadır. Ki, həmin qruplaşma hələ də ölkə müstəvisində əsas söz sahibi hesab olunur.

İkinci olaraq yada düşəni isə Vasif Talıbovdur. Naxçıvanın yenilməz, dönməz və əbədi xanı. Onun barəsində bu vaxta qədər mətbuatda çox yazılıb. Hətta adına lətifələr də qoşulub. Başınızı ağrıtsaq da, real faktlara keçməzdən öncə həmin lətifələrdən ikisini diqqətinizə çatdıracağıq.

1-Cİ LƏTİFƏ: Mətbuatın əsgərlərə məxsus malların qanunsuz olaraq satışa çıxarılmasından silsilə yazılar dərc etdiyi bir ərəfədir. Vasif Talıbov Naxçıvanda dükana girir və piştaxtadakı malları seyr edərkən, gözünə В«ColqateВ» diş məcunu sataşır. Sən demə, Naxçıvan xanı bu diş məcununun adını kiril əlifbası ilə oxuyubmuş və qayıdıb yanındakılara deyir: В«Bu müxalifət mətbuatı düz yazırmış ey, buna bax, SOLDATIN malını satırlarВ».

2-Cİ LƏTİFƏ: Parlamentin sədri Oqtay Əsədov Naxçıvana səfər edir. Orada onu Vasif Talıbov qarşılayır və Muxtar Respublikadakı yeniliklərlə, yeni tikililərlə parlament sədrini tanış edir. Vasif Talıbovun ərköyünlüyü həm də məmurlarımıza daha aydın olduğundan Oqtay Əsədov çox ehtiyatlı formada Naxçıvan xanını tərifləmək istəyir: В«Vasif müəllim, vallah, adam bu yenilikləri görəndə sizə qibtə etməyə bilmirВ». В«QibtəВ» sözünü tam başa düşməyən Vasif Talıbov da qayıdıb cavabında deyir: В«Mənə cənab prezidentdən başqa kimsə heç nə edə bilməzВ». Ətrafdakılar ona В«qibtəВ» sözünün heç də pis məna ifadə etmədiyini bildirirlər. Vasif Talıbov yenə də fikrində qalır: В«Dedim axı, mənə cənab prezidentdən başqa heç kəs heç nə edə bilməz»…

Əslində bu iki lətifə ilə Naxçıvanda mövcud idarəetmənin hansı səviyyədə olduğunu tam təsəvvür etmək mümkündür. Əgər əksər hallarda lətifələr daha çox hadisələrin şişirdilməsi üzərində qurulursa, bu lətifələrdə şişirtmə payı həddindən artıq az olduğundan bu gün Naxçıvanda yaşayan vətəndaşlarımızın halına qibtə etmək kiminsə ağlının ucundan da keçmir.

Bir sözlə, Naxçıvanı tamamilə özədləşdirmiş Vasif Talıbov bu gün Muxtar Respublikanın tam kralıdır və onun iradəsindən kənar bu bölgədə hətta hansısa əcnəbi jurnalist diktafonunu belə yandırmaq qüdrətində deyil.

Qul əməyi Naxçıvanda populyardır

Təbii ki, bu kimi narahatlıqlar Naxçıvanı ölkə mətbuatında da aktual edir. Biz də əməkdaşımızı Naxçıvana yollamaq qərarına gəldik və rastımıza çıxan faktlardan dəhşətə gəlməyə bilmirsən. Bu faktlar bir daha təsdiqləyir ki, özünə Naxçıvanda feodal cəmiyyət qurmuş Vasif Talıbovun nə demokratiyaya, nə də demokratik cəmiyyətə hansısa formada aidiyyatı yoxdur.

Naxçıvandakı əməkdaşımız bildirir ki, Naxçıvan yeganə bölgədir ki, burada yaşayan sakinlərin şikayətlərinə heç bir yerli dövlət qurumlarında baxılmır. Ona görə də MR sakinləri artıq gileylənmək, şikayətlənmək barədə ümumiyyətlə, düşünmürlər. Ən ağır vəziyyətdə olan zümrələrdən biri isə büdcə təşkilatında çalışanlardır. Vasif Talıbov onlara qul gözü ilə baxır. İşlədiyi idarənin profilindən asılı olmayaraq hər bir büdcə çalışanı Xanın düzənlədiyi iməcliklərdə işləmək məcburiyyətindədir. Əks halda, iş yerini itirməli olacaq. Ona görə də, Naxçıvanda sovet dövründən qalma iməclik ənənəsi - yəni Xana müftə kollektiv qulluq məsələsi hələ də aktualdır.

Yaşına-başına baxmadanr hər kəs Xan üçün müftə işləməlidir. Keçən il isə Şahbuz rayonunda təşkil olunan belə iməcliklərin birində 2 nəfər dünyasını dəyişdi. Təbii ki, buna görə hansısa yüksək rütbəli məmur cəzaladırılmadı. Çünki ölənlər Vasif Talıbovun gözündə qul olanlar idi. Qulun isə heç bir haqqı və hüququ olmur.

Xanın bu iməcliklərindən cana doymuş MR sakinləri bildirirlər ki, hətta bu ölümlər belə qanunsuz işlərin durdurulması ilə nəticələnmir: В«Yəqin ki, bu günlərdə də Babək rayonunda kimsə öləcək. Çünki iməcliklər ard-arda düzülürВ».

Cəyri absurdu: İkinci dükanın fəaliyyəti qəti qadağandır

Onu da bildirək ki, Naxçıvanda ən böyük ikinci kənd Cəhri kəndi hesab olunsa da, bu kənddə cəmi-cümlətanı bir alış-veriş dükanı var. Təbii ki, burada hansı marağın güdüldüyünü təxmin etmək çox asandır. Kənd sakinləri bildirirlər ki, onlar həmin dükandan alver etmək məcburiyyətindədirlər: В«Dükanda isə mallar Naxçıvanla müqayisədə ikiqat baha qiymətə satılır. Başqa yolumuz qalmadığından, biz də bu dükandan alver etmək məcburiyyətindəyikВ».

Dəfələrlə bu məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etsələr də, heç nə alınmayıb. Çünki həmin yeganə dükanın daha samballı yerlərə bağlı olması Cəhri kəndinin sakinlərinin talan edilməsini tam olaraq şərtləşdirdiyindən, kimsə problemin həlli barədə düşünməyi belə ağlından keçirmir.

Maraqlı orasıdır ki, sakinlər dəfələrlə icra hakimiyyətinə ikinci dükanın açılması üçün müraciət ediblər. Və nəticəsi bilirsinizmi, nə olub? Müraciət edənlər hüquq-mühafizə orqanları tərəfindən təqib olunublar, onlara müxtəlif formada təzyiqlər edilib.

Yuxarıda da dedik axı, Naxçıvanda şikayətlər eşidilmədiyindən kimsə giley-güzar barədə düşünmür. Amma sakinlər В«lənət sənə kor şeytanВ» deyib, ikinci dükanın açılması üçün hətta Vasif Talıbova da müraciət ediblər. Amma yenə də onları eşidən olmayıb. Qeyd etdiyimiz kimi, əksinə, şikayətçi düşdüklərinə görə, özləri hədəfə çevriliblər.

Deputatlar kənd sakinlərini hakimiyyətə qarşı qaldırır

Onu da bildirək ki, Cəyri kəndindən kifayət qədər tanınmış simalar çıxıb. Onların arasında məmur olanı da var, deputatı da. Amma buna baxmayaraq, kəndin heç bir problemi həll olunmur. Kənd sakinləri deyirlər ki, Eldar İbrahimov da, Siyavuş Novruzov da onların həmyerliləridir:

В«Onların da Cəyridəki problemlərdən xəbərləri var. Amma bir dəfə də olsun hansısa problemin həllinə yardım etməyiblər. Hətta dükan məsələsi barədə də məlumatlıdırlar. Şəxsən Siyavuş Novruzova dəfələrlə məlumat verilibВ».

Sakinlər bildirirlər ki, amma buna rəğmən dükan məsələsi ilə bağlı da kömək edən olmayıb: В«Çünki Cəyridəki yeganə dükanın sahibi Siyavuş Novruzovun qohumlarıdır. Ona görə də nə icra başçısı, nə də MR rəhbərliyindən kimsə Cəyridə ikinci marketin açılmasına nail ola bilmirВ».

Bir sözlə, aydın olur ki, Siyavuş Novruzovun Cəyridən olması bu kəndin sakinlərinin yox, yalnız onun qohum-əqrəbasının işinə yarayır. Sakinlər bildirirlər ki, dəfələrlə Bakıda da deputatla görüşmək istəsələr də, buna nail ola bilməyiblər: В«Siyavuş Novruzov ağzını açanda elə danışır ki, guya bu hakimiyyət üçün vacib adamdır. Hakimiyyətə lazımlı olan adam 9 minlik kəndi bu hakimiyyətə qarşı çevirərmiВ».

Sakinlər bildirirlər ki, onlar zaman-zaman ölkənin ictimai-siyasi həyatında fəal olublar: В«İndi də bizi siyasətə qoşulmağa məcbur edirlər. Bu, 9 minlik kəndin dərdini eşidən yoxdurВ».

Onu da xatırladaq ki, həqiqətən də Naxçıvanda əss inqilabi hərəkətlənmələr Cəyri və Nehrəm kəndlərindən start götürüb.

Mövzu diqqətimizdədir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru