Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                     Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq .....                     Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ .....                     İnsanlar hər ay banklara 240 manat borc ödəyir .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                 

"HAMI MƏNİ PUL VERMƏYƏN KİMİ TANIYIR"
Tarix: 22-07-2013, 11:20 | Çap et
"HAMI MƏNİ PUL VERMƏYƏN KİMİ TANIYIR"
Toy insan həyatının ən xoşbəxt və əlamətdar hadisəsi hesab olunur. Lakin nədənsə toyumuzu idarə edən müğənnilər “toy müğənnisi” və ya “ara müğənnisi” adı ilə aşağılanır. Halbuki toyların sahibi olan hər bir ailə Azərbaycan xalqının təmsilçisidir. Deməli, xalqının sevincini paylaşan, onun sevimlisi olan sənətkar xalqının artistidir.

Bu və digər məsələləri daim xalq arasında olan, toy müğənnisi adından çəkinməyən müğənni Asif İsa oğlu ilə birlikdə müzakirə edəcəyik.

- Özünüz haqqında məlumat verərdiniz.

- Mən Asif İsa oğlu 1966-cı ildə Bərdə şəhərində doğulub, böyümüşəm. Atam musiqiçi olub - klarnet ifaçısı. On iki yaşımdan musiqi ilə məşğul olmuşam. Ailədə altı uşağıq. Böyük qardaşım qarmon ifaçısıdır. Ailəliyəm, iki övladım var. İncəsənət Universitetini bitirmişəm.

- Necə oldu ki, musiqi sənəti ilə məşğul oldunuz?
- Bilirsiniz, musiqi bizə irsən keçib. Mən əvvəllər toylara zərb ifaçısı kimi gedirdim. Sonralar böyük xanəndələrlə getməyə başladım. Elə olurdu ki, bəzi ara mahnılarını onlar ifa edə bilmədiyindən mən oxuyurdum. Atam onlara demişdi ki, mənim gözəl səsim var. Tədricən hər toyda oxumağa başladım. Allahın qismətidir, elə oldu hamı başladı yalnız məni toylara çağırmağa. Bir də gördüm ki, artıq bütün toyu idarə edirəm. Otuz ildir bu sənətdəyəm. Toylara böyük xanəndələr Əbülfət Əliyev, Yaqub Məmmədovla getmişəm.

- Uşaqlıq illərində arzunuz nə olub?

- Uşaqlıq illərindən belə həmişə istəmişəm hüquqşünas olum. Musiqiyə də həvəsim olub. Sırf arzulamamışam ki, bu sənətdə olum. Hobbi kimi baxmışam. Əsgərliyə qədər alınmadı ki, sənədlərimi ali məktəbə verim. Gedib qulluq edəndən sonra sənədlərimi Daşkənddə hüquq məktəbi var, ora verdim. O vaxt hər adam ora sənəd verə bilməzdi. Elə oldu ki, qismət olmadı, arzum ürəyimdə qaldı. Artıq özümü tərifləyim. Çünki indi bir çox lazımsız insanlar var ki, özlərini tərifləyir.

- Hansısa müsabiqədə iştirak etmisiniz?

- 1981-ci ildə В«Oxu tarВ» müsabiqəsində iştirak etdim. Finala kimi gəldim. Münsiflər də Süleyman Ələsgərov, maestro Niyazi idi. Yekun konsert günü getmədim. Uşaqlarla bulvara getdim gəzməyə. Sonralar diplomumu verdilər. Asəf Zeynallı adına musiqi məktəbində Hacıbaba Hüseynovdan dərslər almışam.

- Bəs niyə efirlərdə görünmürsünüz?

- 95-ci ildən efirlərdə çox olurdum. Allah Rəhmət eləsin Reyhan Müslümovaya. İlk dəfə məni görəndə mənə görə kimlərəsə zəng elədi, tapşırtdı və efirlərə çıxdım. Əvvəl çox çıxırdım. Sonralar televiziyalar kommersiyalı oldu deyə, çıxa bilmədim. Özləri zəng edirlər, danışırlar, sonra deyirlər ki, bilirsiniz bizim efir pulludur. Mən də deyirəm ki, mənim pulum yoxdur verim efirə çıxım. Sonralar televiziya məkanında hamı məni pul verməyən kimi tanıdı. 2001-ci ilə kimi çıxdım. ATV, Space kanallarında gözəl mahnılar yazdırmışdım. В«AfətВ» mahnısına görə çox çağırırdılar. Sadəcə hara çağırırlar, ora da pulsuz çıxıram. Heç vaxt da pul vermərəm efirlərə, hamı bilsin. Qaldı Ceyran Haşımovanın В«Sən bir nəğməВ» verilişinə, orada mahnıları həmişə mən tərtib edib iştirak edirdim. Çünki mən bəstəkar mahnılarını çox sevirəm, ara mahnılarına üstünlük vermirəm. Əsas sənət göstərməkdir.

- Toy bazarında yeriniz bilinir?
- Çox vaxt toylara gedəndə özüm ürəyim istəyən mahnıları ifa edirəm. В«BozbaşВ» mahnılarından imtina edirəm. Özümə aid bəstəkar mahnılarını ifa edirəm. Retro bəstəkar mahnılarını dəqiq bilirəm. Hamının dediyi o şou-biznesdə yalnız çirkinlik və ara mahnıları var. Ad çəkmirəm, hamı da bilir, toylara da münasib qiymətə gedirəm. Baxır adamına. Əvvəlcədən şərtimi kəsirəm. Qaldı ki, mən yekəxana deyiləm, xasiyyətim budur.

- Müasir toylarda dəbdə olan В«MaralВ» mahnısını çoxmu sifariş verirlər?

- Heç vaxt oxumuram, oxumaram da. Çünki sözləri bəsitdir, harmoniyası yoxdur, musiqisi zəifdir. Hər şairin sözünə qətiyyən mahnı ifa etmərəm. Çox sevdiyim şair Ramiz Rövşəndir. Ondan sonra heç şair görməmişəm. Adi muğam oxuyanda da Nizamidən, Füzulidən, Seyid Əzimdən oxuyuram. Bəziləri var ki, bacıdan, ana ürəyindən oxuyur, qürur duyur. Sadəcə pul qazanmaq üçün elə ifa edirlər. Mən Yusif, Baloğlan kimi heç vaxt ifa etmərəm. Bilirlər ki, muğam Əruz vəznindədir, başqa cümlələrdən istifadə olunmamalıdır. Yoxsa bir də görürsən muğam oxuyur, ağzına gələn sözləri qoşur. Bu muğam deyil, heç adını bilmək də olmur. Yusiflə Baloğlan da təbii ki, səbəbi var ki, elə oxuyur. Yəni kütlə istəsin, qazanc əldə etsinlər. Mən şəxsən oxumaram. Nadirlə münasibətim var. Bu adam çıxıb dedi ki, mən pul qazanmaq üçün belə edirəm və oxuyuram. Açıq danışdı, hərənin öz yeri var. Kim necə istəyir, elə də oxuyur. Mən qazanıram, az olsa da, amma çoxlu pulu qurban verirəm oxumağıma. Ramiz Mirişlidən sonra necə В«MaralВ» kimi bərbad mahnı ifa edim? Alınmır axı. O vaxt В«Saçları sarışın qızВ» mahnısını səhv eləyib oxumuşam, peşmanam. В«SəbuhiВ» studiyasında kasetim çıxırdı. Elə oldu ki, bir mahnı çatmadı. Boş qalırdı. Mənə dedilər, gecə vaxtı bayatılardan söz düzəldib bu mahnını bəstələdim. В«Saçları sarışın qız, qaçma, dayan, sözüm varВ» mahnısını В«ŞeronВ» qrupunun rəhbəri Tərlanın, bir də Vüqar Camalzadənin qarşısında oxudum. İnanın, bu mahnı elə-belə ara mahnısı kimi çox sevildi. Bütün toylara ona görə çağırdılar məni. Kasetim də bəstəkar mahnılarıma görə yox, məhz bu В«Sarışın qızВ»a görə satıldı. Sonralar Sabir Əliyev oranjiman etdirib, mənim mahnımla gündəmə gəldi. Hamı elə bildi ki, ilk oxuyan o olub. Başladı pul qazanmağa. Mən lazım olsaydı, baş qoşardım, tələb edərdim. Çünki mahnını mən ərsəyə gətirmişdim. Sadəcə ara mahnısı olduğundan baş qoşmadım. On beş ildir həmin mahnını yazmışam, hələ də sevilir. Bir də görürsən toyda istəyirlər. Onu da deyim ki, bu mahnını Türkiyədə, hər yerdə çox bəyəndilər. Sadəcə qazanan Sabir Əliyev oldu. Mən - Emin Sabit oğlunun, Ramiz Mirişlinin, Cahangir Cahangirovun mahnılarını ifa edirəm. Bu mənə bəsdir.

- Bu sənətdə yüksəlmək üçün nəyiniz çatmadı?
- Xarakterim düz gəlmədi. 2005-ci ildə В«LiderВ»də, В«SpaceВ»-də В«Olmaz belə qamətВ» mahnım çox səs-küyə səbəb oldu. Sağ olsunlar İlahə Şıxlinski və bir çoxları, mahnımı pulsuz verdilər və çox kömək etdilər. Sadəcə çirkinlik çoxdur bu sənətdə. Ona görə yüksəlmək çətin oldu. Xasiyyətim çox pisdir. Mən hüquqşünas olmalı idim, ola bilmədim.

- Hansı müğənnilərin ifasını bəyənirsiniz?
- Səmimi deyim, qulaq asmıram heç kimə. Hamısının səs tembri bir-birinə oxşayır. Burunun altında ağız açılır, yumulur. Çoxları erməni müğənni Boka kimi melizmlər edir. Elə bil hamısının canına virus düşüb. Heç kimin ifasına qulaq asmıram, nə də maraqlanmıram.

- Sizi özünüzdən nə çıxarda bilər?

- Haqsızlıq çıxarda bilər. Düzgünlük olmayan şey. Bir də görürsən yaltaqlıq edirlər. Belə şeyləri görəndə əsəbiləşirəm.

- Şou-biznesdə özünə hədən artıq bər-bəzək verən kişilərə münasibətiniz necədir?

- Təmiz geyinməyi bər-bəzək hesab etmək olmaz. Mən biləni, Rəşid Behbudov konsert vaxtı heç vaxt oturmazdı ki, şalvarı qırışmasın. Bu da təmizlikdən irəli gəlirdi. Bir də görürsən saqqal saxlayırlar. Nə viddə çıxırlar, özlərini nə günə qoyublar, adam belələrini nə görmək istəyir, nə səsinə qulaq asmaq istəyir.

- Dalınızca atılan daşlardan topuğunuza dəyən olubmu?
- Hə, çox olub. Sadəcə həmin insana bildirmişəm ki, bax sən səhv etmisən.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?
- Üç-beş yaşında olub. Uşaq olmuşam. Amma qız üstündə dalaşmışam. İlk məhəbbəti sevəndən sonra dərk edirsən.

- Hazırda nə kimi yeniliyiniz var?
- Yeni mahnılarım var. Ramiz Rövşənin sözlərinə mahnı yazdırdım, klip də çəkdirdim. Sadəcə efirə çıxarda bilmədim. Pul istəyirlər deyə, internetə yüklədim, Youtube-da kliplərimə məni sevənlər baxa bilərlər. Uzun müddət gündəmdə olmasam da, hamı məni tanıyır. Pul vermirəm kanallara, ona görə də çağırmırlar. Real məsələ də deyil ki, çağırsınlar.

- Şou-biznesdə nə baş verir? Belə çıxır ki, pulun yoxdursa, yerin olmamalıdır?

- İnanın, heç nə başa düşmürəm, nə də maraqlanmıram. Heç fələk də baş açmır ki, pulun olsa, nə olacaq, pulun olmasa, nə olacaq.

- Qısqanc insansınız?

- Çox qısqancam.

- Gözünüzün günahı çox olub, yoxsa dilinizin?
- Hər ikisinin günahı çox olub.

- Yalançı tərif şirindir, yoxsa həqiqi tənqid?

- Həqiqi tənqid insanı ucaldır. Yalançı tərif insanı uçuruma aparır. Yüksək tərif insanı həmişə ucaldır. Çünki düzgün tərifdir.

- İnsanın mövqeyini nə sarsıda bilər?
- Yalnız xəyanət sarsıda bilər. Maddi durum aşağı düşəndə sarsıla bilər.

- Sevmək çətindir, yoxsa sevilmək?
- Sevilmək çətindir.

- Həmkarlarınızın içində dostlarınız varmı?
- Hamısı ilə münasibətim yaxşıdır, amma dostluq etmirəm.

- Ürəkdən haçan ağlamısınız?
- Uşaqlıqda, bir də yaxınlarımı itirəndə.

- Həyatda neçə dəfə sevmək olar?
- İki dəfə. Çünki hansısa sevgi öləndə onu yenisi ilə əvəz edirsən.

- Ürəyinizdə hansı sual qaldı?
- Çox maraqlı oldu suallar. İnana bilmirəm ki, sizinlə belə maraqlı söhbət keçdi və suallara hazırlıqsız cavab verdim. Çox sağ olun hər şeyə görə.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru