"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                 

“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu? - BAKIDAN BAXIŞ...
Tarix: 14-06-2023, 11:08 | Çap et
“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu?
Türkiyədə keçirilən son prezident və parlament seçkilərindən sonra aparıcı müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun istefası ilə bağlı müzakirələr gündəmə gəlib. Bəzi müxalifət təmsilçiləri iddia edirlər ki, hakim “Cümhur İttifaqı”nın qələbə qazanmasına səbəb partiya sədrinin gənclərə yol açmaması, öz namizədliyi məsələsində israr etməsi olub.

Kılıcdaroğlunun vahid namizədliyi ilə bağlı qərar verilərkən “Millət İttifaqı”nda təmsil olunan İYİ Partiya sədri Meral Akşener “Bizim namizədimiz ya Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş, ya da İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu olmalıdır” deyərək bu qurumu tərk etdiyini bəyan etmişdi. Sonradan “Millət İttifaqı”na geri dönən Akşener Kılıcdaroğlunun seçki təbliğatında fəal iştirak etdi.

Bu arada Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun CHP sədrliyinə namizədliyi müzakirə olunur. İmamoğlunun özü də bu təklifin lehinə olduğunu açıqlayıb və deyib ki, dəyişikliklərin olmasında qərarlıdır: “Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm. Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm. Mənim namizəd olduğum tək bir şey var: ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm”.

İmamoğlunun bu açıqlaması onun CHP liderliyinə iddiası kimi qiymətləndirilir. Görəsən, onun partiya rəhbəri seçilməsi CHP-nin fəaliyyətində hansı dəyişikliklərə gətirib çıxara bilər?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Türkiyə ictimaiyyəti tarixi siyasi qərarını elan edib: “İstər prezident, istərsə də parlament seçkilərində Türkiyə seçiciləri hakim “Cümhur İttifaqı”na etimad göstərdi. Hesab edirəm ki, bu, Türkiyənin öz müstəqil gələcəyinə növbəti investisiya qoyuluşu idi. Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və praqmatik siyasəti nəticəsində Türkiyə bu gün dünyanın aparıcı diplomatik oyunçularından biridir. NATO çərçivəsində ABŞ və Qərb dövlətləri ilə müttəfiqlik etsə də, digər dövlətlər kimi, Qərbin tapşırıqlarını qeyd-şərtsiz icra etmir. Müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Türkiyənin güclənməsinin təminatçısı rolunda çıxış edir”.

“Seçkiöncəsi Türkiyəyə qarşı təzyiqlər gücləndi. Çünki maraqlı dairələr onların iradəsinə tabe olmayan Türkiyə iqtidarını qəbul etmək istəmirdilər. Türkiyə müxalifətinə ciddi dəstək nümayiş olundu, hətta aparıcı müxalifət partiyaları bir araya gələrək vahid namizədini elan etdi. Lakin bütün bu təzyiqlər nəticəsiz qaldı. Heç şübhəsiz, bu qələbə Türkiyədə ənənəvi siyasətin davamı, eləcə də müxalifətin növbəti dəfə məğlubiyyəti kimi tarixə düşdü”, - deyə deputat bildirib.

Türkiyə müxalifətinin gələcək taleyindən danışan Məhəməlyev Kılıcdaroğlunun istefa verəcəyini ehtimal edir: “Təsəvvür edin ki, bu adam 12 dəfə ardıcıl seçkiyə qatılıb və hamısında da məğlub olub. Bu, bir siyasi lider üçün çox pis göstəricidir və yəqin ki, bundan sonra siyasətdən getməlidir. Əks halda rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyası müxalifət partiyası kimi əhəmiyyətini itirəcək. Ümumiyyətlə, Kamal Kılıcdaroğlunu heç zaman ciddi siyasi xadim kimi qəbul etməmişəm. Düzdür, bu seçkilərdə Kılıcdaroğlu yox, digər namizəd də olsaydı, məğlub olacaqdı. Çünki Türkiyə seçiciləri müstəqil siyasətin davamına səs verdilər. Bu seçkilərdən sonra Türkiyə müxalifəti yenidən dizayn olunacaq. Kılıcdaroğlu sədrlikdən getməsə, CHP aparıcı müxalifət partiyası olaraq yerini digər partiyaya verəcək. Bu baxımdan hesab edirəm ki, bu dəyişiklik qaçılmazdır və baş verəcək”.

DİA.AZ bildirir ki, politoloq Zərdüşt Əlizadə isə proseslərə bir qədər fərqli yanaşır. Onun AYNA-ya dediyinə görə, CHP-də indiki sədrlik davası “toydan sonra nağara” əhavlatına bənzəyir: “Türkiyədə seçkilər başa çatıb. Bütün müxalifət birləşdi və Ərdoğana qarşı Kılıcdaroğlunu rəqib çıxardı. Xaricdən də müəyyən dəstək aldılar. Normal seçki kampaniyası da apardılar. Lakin məğlub oldular”.

“İndi deyirlər ki, guya Kılıcdaroğlu olmsayadı, müxalifət udacaqdı. Heç bir fərqi olmayacaqdı. Türkiyə seçicilərinin təxminən yarıdan bir az çoxu Ərdoğana dəstək göstərir. Bu, onun və komandasının elektoratıdır. Nisbət də buna uyğun tənzimləndi”, - deyə analitik söyləyib.

Əlizadənin fikrincə, son seçkidə müxalifətdə hansı namizədin olmasından asılır olmayaraq, nəticələr indikidən çox da fərqlənməyəcəkdi: “İndi də “CHP-nin sədri kim olsun” dartışması açılıb. Kim olur-olsun, nə dəyişəcək ki?! İstəyir Kılıcdaroğlu olsun, istəyir İmamoğlu, Türkiyə siyasətində canlanma yaratmaq mümkün olmayacaq. Elə bir dövrdə yaşayırıq ki, insanlar artıq praqmatikdir. Onları gəlişigözəl sözlərlə aldatmaq, şirnikləndirici vədlərlə yanında saxlamaq mümkün deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru