Vətəndaşın 100 AZN vəsaiti itkin düşüb .....                     "Bəs bank niyə bu planı adekvat təhlil etməyib?" .....                     Müsəlmana DÜŞMƏN axtarırsınız..? .....                     Peşə təhsili işçiləri etiraz həddində .....                     ABŞ-İran gərginliyi fonunda rəsmi Bakı üçün YOL XƏRİTƏSİ .....                     Ukrayna və İranla bağlı müharibələrin başa çatmasına yaxınıq .....                     Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü .....                     Türkiyəli müğənnidən azərbaycanlı jurnalistə SEVGİ İSMARICI .....                     İranın hicab açıqlamasının arxasında nə dayanır? .....                     50 min manatlıq "Stryde" MMC-də TOTAL KİÇİLMƏ .....                     Aqrar Sığorta Fondunda yeni TƏYİNAT .....                     Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi .....                     NDU nazirin qaynı ilə İŞ BİRLİYİNDƏ .....                     Maliyyə Nazirliyində yeni təyinat .....                     Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... .....                     "Sanera" MMC blanklarını və aktlarını etibarsız elan etdi .....                     İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı .....                     SOCAR-ı tərk etdi, tibb şirkətinə rəhbər getdi .....                     Ərdoğanın Əliyevə zəngi və 3 mesajı: Generaldan isti şərh .....                     Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu .....                     Cərimələrin məbləği ən azı 3-5 dəfə artırılmalıdır! .....                     Daha bir yüksək posta təyinat... .....                     Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır .....                     DSMF daha bir ofis üçün 860 min ödəyib .....                     Ermənistan KTMT-yə qayıtmayacaq .....                     “Paşinyan Putinin qubernatorudur” .....                     Agentlik 13,6 milyon manatlıq hazır yemək alır .....                     Məktəb direktoru işdən çıxdı .....                     “Heç kimin vecinə deyilik” .....                     "STAR NUMBER"in rəhbərinin "AA" seriyalı BMW-si borca görə satılır .....                     Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir .....                     Məktəblərdə "TikTok" qadağası: Nəyi dəyişəcək? .....                     Sabiq deputat Təranə Qumralın ad günündə .....                     Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi .....                     Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı .....                     Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək .....                     Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş .....                     Paşinyan qəfil ölsə, nə olacaq? .....                     "Atam məni qəbul etmədi, öləndə də danışmadı" .....                     Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb .....                 

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi - AKTUAL
Tarix: Bu gün, 05:33 | Çap et

İranda dinə münasibətin öyrənilməsinə həsr edilmiş araşdırma zamanı məlum olub ki, cəmiyyətin 22 faizi Allahın varlığına inanmır, yəni ateistdir. Cəmiyyətin 78 faizi Allahın varlığına inansa da, yalnız 30 faiz cənnət və cəhənnəmə inanır. Digər 48 faiz isə cənnət və cəhənnəmə inanmır. İslam dininə görə, hər bir müsəlman qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə göndəriləcəyinə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, peyğəmbərləri də inkar etmiş sayılır.

Başqa bir araşdırmada, 2020-ci ildə İran dövlət qurumları tərəfindən həyata keçirilən sorğuda rəyi soruşulanlrın 60 faizi ramazan ayında oruc tutmadığını bildirib, ancaq bunu “xəstəlik”lə əlaqələndirib. Bəhs etdiyim araşdırma zamanı respondentlərin 60 faizindən çoxu mütəmadi namaz qılmadığını qeyd edib. Namaz və orucun İslamın beş təməl şərtindən ikisi olduğunu nəzərə alsaq, İranda dinə münasibətin necə kəskin dəyişdiyi haqqında aydın təsəvvürlər yaranar.

İranda dinə münasibətin ən maraqlı məqamı odur ki, respondentlərin 43 faizi dini prozelitizmə qarşı çıxıb və bildirib ki, heç bir din ictimai ifadəyə malik olmamalıdır. Dinə belə münasibətə hətta Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan kimi keçmiş sovet respublikalarında rast gəlmək mümkün deyil. Bu müstəsna haldır və İran cəmiyyətinin bütövlüyünü təmin edən dini kimliyin dağıldığını göstərir. İranda dinə hazırkı münasibət onu deməyə imkan verir ki, teokratik rejim dağıldıqdan sonra İran coğrafiyası İslam aləminin ən sekulyar məkanına çevriləcək.

Türkiyə Ümumi Sosial Sahə Tədqiqatları tərəfindən dərc edilən “İnanc və dindarlıq” tədqiqatına görə, cəmiyyətin 76 faizi Ramazan ayında oruc tutur. Qadınlar və gənclər arasında bu nisbət 81 faizə çatır. Şərqi Qara dəniz və Şimal-Şərqi Anadolu bölgələrində oruc tutma nisbəti 97 faizdir. Özünü “dindar” kimi təqdim edənlər rəyi soruşulanların 67 faizini təşkil edib.

Oruc tutanlar arasında qadınlar və gənclərin daha böyük çoxluq təşkil etməsi İslam İnqilabı ərəfəsindəki İranı xatırladır. İranda 1975-ci ildə aparılan bir araşdırma zamanı əhalinin 80 faizinin oruc tutduğu müəyyən olmuşdu. Məhz həmin araşdırmaya istinad edən Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) sovet rəhbərliyini İranda dini inqilab ehtimalının yüksək olması ilə bağlı xəbərdar etmişdi.

Oruc tutan qadın və gənclərinin nisbəti Türkiyənin İslam inqilabı ərəfəsindəki İranın vəziyyətin eynisi olduğunu deməyə imkan verir. Bu vəziyyət eyni zamanda onu deməyə əsas verir ki, Türkiyənin din əsaslı siyasəti uzun illər davam edəcək.

Sosioloji rəy sorğuları, araşdırmalar göstərir ki, İran şəriət dövləti olsa da, cəmiyyətin üçdə ikisi sekulyardır.

Türkiyədə dövlət qismən dünyəvi olsa da, cəmiyyətin üçdə ikisi dindardır.

Türkiyəçilərin və “Gəncliyə Yardım Fondu”nun maliyyələşdirdiyi şəxslərin “Türkiyə qismən dünyəvi dövlətdir” ifadəsini anti-Türkiyə mövqeyi kimi təqdim etməyə çalışacaqlarına görə, Türkiyənin qismən dünyəvi dövlət olduğunu təsdiq edən bəzi məqamları qeyd etmək istəyirəm.

Türkiyə Konstitusiyasının 24-cü maddəsinə görə dini dərslər ibtidai və orta məktəblərdə tədris olunan məcburi fənlərdəndir. Dünyəvi dövlətdə azyaşlı uşaqlara din dərsləri məcbur tədris edilə bilməz.

Sünni məzhəbinə əsaslanan din dərsləri məcburi olaraq ələvi uşaqlarına da tədris edilməsi isə daha ciddi problemdir. Türkiyə əhalisinin 15 faizinə yaxınını təşkil edən ələviləri təmsil edən təşkilatları ələvi uşaqlarına sünni məzhəbinə əsaslanan din dərslərinin tədrisini assimilyasiya siyasəti adlandırırlar.

Türkiyənin qismən dünyəvi dövlət olduğunu göstərən başqa bir məqam dini nazirliyə, yəni Dəyanət İşləri Bakanlığına ayrılan büdcə vəsaiti Sənaye və Texnologiya, Mədəniyyət və Turizm, Xarici İşlər və Daxili İşlər nazirliklərinə ayrılan vəsaitdən çoxdur. Məsələn, 2027-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyinə 69.7 milyard lirə, Dəyanət İşləri Bakanlığına ondan 3.2 dəfə çox, yəni 229.1 milyard lirə ayrılması nəzərdə tutulur.

Türkiyənin qismən dünyəvi dövlət olduğunu göstərən çoxsaylı dəlillərdən biri də Prezident Rəcəb Tayyip Ərdoğanın “Nas var” deyərək iqtisadi qanunların ziddinə bank faizlərini aşağı salmasına dövlətin heç strukturunun, xüsusilə də hüququn üstünlüyünü təmin etməli olan ədliyyə və məhkəmə orqanlarının, eləcədə cəmiyyətin itaət etməsi ilə bağlı məqamdır. Ərdoğanın “Nas ortada; sana bana ne oluyor?” və “Nas ne diyorsa onu yapacağız!” açıqlaması da Türkiyənin qismən dünyəvi dövlət olmasını təsdiq edən başqa bir məqamdır.

Bütün bunlar onu göstərir ki, İran cəhalətin üzü, Türkiyə isə astarıdır. Teokratik rejimin devrilməsi ilə İran müsəlman coğrafiyasının ən sekulyar ölkəsinə çevriləcək. Türkiyə isə ən azı 50 il, böyük ehtimalla bu əsrin sonuna kimi cəhalətin girdabında çürüməyə davam edəcək.

Azərbaycan cəmiyyəti bu gerçəklikləri nəzərə almadan doğru inkişaf yolu seçə bilməz.

Bir neçə gün öncə qeyd etdiyimiz 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü bizə bir daha xatırlatmalıdır ki, Azərbaycan çağdaş mədəniyyət üzərində qurulub. Məhz çağdaş mədəniyyət üzərinə qurulması onu müsəlman Şərqinin ilk respublikasına çevirib. Böyük qürur mənbəyi olan bu nailiyyəti qorumaq üçün yuxarıda qeyd elədiyim gerçəklikləri nəzərə almaq məcburiyyətindəyik.

.

Xaqani Cəfərli - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Vətəndaşın 100 AZN vəsaiti itkin düşüb - Birbank və ABB arasında məsuliyyəti kim daşıyır?
Bu gün, 06:41
• "Bəs bank niyə bu planı adekvat təhlil etməyib?" - ETİRAZ
Bu gün, 06:36
• Müsəlmana DÜŞMƏN axtarırsınız..? - alın: BU DA SİYAHI...
Bu gün, 06:30
• Peşə təhsili işçiləri etiraz həddində - "Əmək haqqı verilmir, ikili münasibətlər hökm sürür..."
Bu gün, 06:05
• ABŞ-İran gərginliyi fonunda rəsmi Bakı üçün YOL XƏRİTƏSİ - Ekspert deyir ki...
Bu gün, 05:59
• Ukrayna və İranla bağlı müharibələrin başa çatmasına yaxınıq - Tramp belə deyir...
Bu gün, 05:56
• Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
Bu gün, 05:50
• Türkiyəli müğənnidən azərbaycanlı jurnalistə SEVGİ İSMARICI - "12 il, bir eşq..."
Bu gün, 05:45
• İranın hicab açıqlamasının arxasında nə dayanır? – Keçmiş deputatdan diqqətçəkən ŞƏRH
Bu gün, 05:42
• 50 min manatlıq "Stryde" MMC-də TOTAL KİÇİLMƏ - DETALLAR
Bu gün, 05:37
• Aqrar Sığorta Fondunda yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:35
• Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi - AKTUAL
Bu gün, 05:33
• NDU nazirin qaynı ilə İŞ BİRLİYİNDƏ - BU DA FAKT...
Bu gün, 05:28
• Maliyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 05:22
• Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
Bu gün, 05:20
• "Sanera" MMC blanklarını və aktlarını etibarsız elan etdi - SƏBƏB
Bu gün, 05:17
• İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı - "AXİOS"
Bu gün, 05:14
• SOCAR-ı tərk etdi, tibb şirkətinə rəhbər getdi - DETALLAR
Dünən, 23:16
• Ərdoğanın Əliyevə zəngi və 3 mesajı: Generaldan isti şərh - GƏLİŞMƏ
Dünən, 23:10
• Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 23:08
• Cərimələrin məbləği ən azı 3-5 dəfə artırılmalıdır! - ÇAĞIRIŞ
Dünən, 23:06
• Daha bir yüksək posta təyinat... - BUNDAN SONRA...
Dünən, 23:02
• Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - AÇIQLAMA
Dünən, 18:00
• DSMF daha bir ofis üçün 860 min ödəyib - Bir araşdıran olarsa...
Dünən, 17:59
• Ermənistan KTMT-yə qayıtmayacaq
Dünən, 17:52
• “Paşinyan Putinin qubernatorudur” - Tofiq Zülfüqarov
Dünən, 17:44
• Agentlik 13,6 milyon manatlıq hazır yemək alır – Bir ədəd yemək 11,5 manata yüksəlib
Dünən, 17:38
• Məktəb direktoru işdən çıxdı - Agentlikdə vəzifəyə getdi
Dünən, 17:32
• “Heç kimin vecinə deyilik” – Dənizçilərimiz Azərbaycan konsulluğundan kömək istədilər
Dünən, 17:30
• "STAR NUMBER"in rəhbərinin "AA" seriyalı BMW-si borca görə satılır - TƏFƏRRÜAT
Dünən, 17:27
• Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir – Bələdiyyə, yoxsa AAYDA?
Dünən, 17:14
• Məktəblərdə "TikTok" qadağası: Nəyi dəyişəcək? - AKTUAL
Dünən, 17:10
• Sabiq deputat Təranə Qumralın ad günündə – FOTO
Dünən, 17:02
• Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi
Dünən, 16:50
• Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı – Fotolar
Dünən, 16:47
• Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək - BUNA GÖRƏ
Dünən, 16:38
• Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
Dünən, 16:34
• Paşinyan qəfil ölsə, nə olacaq? – Erməni mediasından cavab
Dünən, 16:25
• "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Dünən, 16:23
• Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb - “Fox News”
Dünən, 16:20
• Tünzalənin özünə 50 yaş hədiyyəsi
Dünən, 16:05
• Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib - Ermənistan mediası
Dünən, 16:01
• Firuzə İbadova əməliyyat olunacaq - İzzət Bağırovdan çağırış
Dünən, 16:00
• Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə YENİ TƏYİNAT - FOTO
Dünən, 15:57
• Bakıda məmurun xanımı lükə düşərək xəsarət alıb - TƏFƏRRÜAT
Dünən, 15:50
• Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
Dünən, 15:40
• Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı BƏLLİ OLDU
Dünən, 15:31
• TƏBİB-dən sonra daha hansı qurumlar birləşdirilməlidir? – Siyahıda bu qurumlar var...
Dünən, 15:27
• Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
Dünən, 15:23
• Ermənistan “Tramp marşrutu”nun tikintisinin başlayacağı tarixi açıqladı
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru