
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının ilk iclası keçirilib.
QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamına əsasən publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesi və yeni təşkilati-hüquqi statusun regionlarda su təchizatının idarə olunmasına mümkün təsirləri müzakirə edilib.
İclasda quruma yeni icraçı direktor da təyin olunub. Müşahidə Şurasının qərarına əsasən, Regional Su Meliorasiya Xidmətinin sədr müavini Elçin Zahid oğlu Məmmədov Regional Su Meliorasiya QSC-nin icraçı direktoru vəzifəsinə gətirilib.
Bundan başqa, Regional Su Meliorasiya Xidmətinin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmri ilə Agentlik sədrinin müşaviri təyin edilib.























