
Kreml Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Putin bu gün ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff ilə görüşdə noyabrın 10-dan sonra Rusiya və Ukraynanın müharibədən sonrakı təhlükəsizlik sistemi ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu deyib.
























