
Dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) investisiya fondlarının idarə edilməsi ilə də məşğul olacaq.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, kredit təşkilatına məxsus “ABB-Asset Management" MMC dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı ABB ilə eyni - Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Həsən Etibar oğlu Eminovdur.
Hazırda bu sahədə iki şirkət - "CFI Financial İnvestisiya Şirkəti" QSC-yə məxsus "CFI Asset Management" MMC və "İnvest-Az İnvestisiya Şirkəti" QSC-yə məxsus "İnvestAz Asset Management" MMC Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyalarına malikdir. Tənziləyici qurum “ABB-Asset Management"ə də lisenziya versə, bazar iştirakçılarının sayı 3-ə çatacaq.
























