“Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” .....                     Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI .....                     “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ .....                     AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... .....                     Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb .....                     Mehdiyevə həbsdən xilas yolu .....                     "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                     Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu .....                     “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır .....                     Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                     İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... .....                     Azərbaycanda qiyabi təhsil ləğv edilir? .....                     Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq .....                     "Biz bu əşyaları konfet kağızına almırıq..." .....                     Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? .....                     Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... .....                     Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... .....                     “Onlara ağsaqqal, ağbirçək demək olmur“ .....                     ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb .....                     Ağsu RQİİ-də vəzifə saatla olur?  .....                     KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... .....                     Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... .....                     " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" .....                     Türkiyə parlamenti hansı addımı atacaq?.. .....                     Məsələ miqrantların çoxluğunda deyil... .....                     "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                 

Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Tarix: Bu gün, 10:01 | Çap et

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İstintaq çərçivəsində onun ailə üzvləri də şahid qismində dindiriliblər. Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib. O, Reaksiya TV-yə danışarkən sabiq Prezident Administrasiyası rəhbərinin məhkəməyə onlayn qoşulduğunu və onu divanda uzanmış vəziyyətdə gördüyünü bildirib.

S.Cəlaloğlunun sözlərinə görə, Ramiz Mehdiyev prosesi diqqətlə izləyib, replikalar verib və suallara cavab verib. O, Mehdiyevin zəkasında, nitqində, danışığında və qavrayışında kənardan nəzərəçarpan problem görmədiyini deyib. Yada salaq ki, Gununsesi.info-nun yaydığı məlumata görə, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev atasının səhhəti ilə bağlı diqqətçəkən ifadə verib. O bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkir, yaddaş pozğunluğu var və bəzən öz hərəkət və davranışlarının fərqində olmur.

Timur Mehdiyevin sözlərinə görə, atası bəzən nə dediyini və hansı hərəkətləri etdiyini anlamır. O, bu səbəbdən atasının ittiham olunduğu məsələlərlə bağlı konkret məlumatının olmadığını bildirib.

Oğlunun ifadəsi Ramiz Mehdiyevin səhhətinin məhkəmə prosesinə mümkün təsiri məsələsini gündəmə gətirir. Bununla belə, açıqlanan məlumatlarda onun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi göstərilmir. Yaddaş pozğunluğu müxtəlif səbəblərdən yarana bilər və yalnız bu əlamətə əsasən konkret xəstəlik barədə nəticə çıxarmaq düzgün deyil.

Azərbaycan qanunvericiliyinə görə, şəxsin psixi vəziyyətinin cinayət işi üçün əhəmiyyətli hallara təsiri müvafiq ekspert rəyi ilə müəyyənləşdirilə bilər. Buna görə də əsas sual Ramiz Mehdiyevin hansı diaqnozunun olması ilə yanaşı, səhhətinin onun məhkəmə prosesində iştirakına və özünü müdafiə etmək imkanına təsir edib-etməməsidir.

Belə xəstəliklərdən əziyyət çəkən şəxs məhkəmə qarşısına çıxarıla və mühakimə oluna bilərmi? Ramiz Mehdiyevin səhhətinin məhkəmə prosesində iştirakına mane olub-olmadığını müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası tələb edilirmi? Əgər xəstəlik şəxsin özünü müdafiə etmək və prosesin mahiyyətini anlamaq imkanlarını məhdudlaşdırırsa, qanunvericilikdə hansı prosedurlar nəzərdə tutulur?
Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Cinayət Məcəlləsinə görə, yalnız cinayət törətmiş anlaqlı fiziki şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar: “Anlaqlılıq dedikdə, adətən şəxsin öz hərəkətlərinin xarakterini və sonrakı nəticələrini dərk etməsi və özünü idarə edə bilmək imkanına malik olması başa düşülür. Şəxsin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən vəziyyəti anlaqsızlıq hesab olunur. Qanunla müəyyən edilmiş qaydada anlaqsız hesab olunan şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Bu zaman həmin şəxsin cinayət törədərkən anlaqsız vəziyyətdə olması və yaxud sonradan bu vəziyyətə düşməsinin əhəmiyyəti yoxdur. Başqa sözlə, həm cinayət törədərkən anlaqsız vəziyyətdə olan şəxslər, həm də anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxslər cinayət məsuliyyətindən azad olunurlar. Onlar barəsində cinayət qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunur. Anlaqsızlıq iki meyarla müəyyən olunur: tibbi (bioloji) meyar və hüquqi (psixoloji) meyar. Tibbi (bioloji) meyarın olması şəxsin müəyyən psixi xəstəliyə tutulmasında ifadə olunur. Belə xəstəliklərə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik aid edilir. Hüquqi (psixoloji) meyar iki hissədən ibarətdir. İntellektual hissə - şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə bilməməsi və iradi hissə - şəxsin öz hərəkətlərinə rəhbərlik edə bilməməsi. Şəxsin anlaqsız sayılması üçün bu meyarlar birlikdə olmalıdır. Şəxsin anlaqsız sayılması yaddaş pozuntusu barədə özünün, yaxın qohumlarının və müdafiəçisinin dediklərinə əsaslana bilməz. Bunun üçün ilk növbədə məhkəmə-psixiatriya ekspertizasının əsaslandırılmış rəyi olmalıdır. Ekspertiza ibtidai araşdırma orqanının və ya məhkəmənin öz təşəbbüsü ilə, yaxud da ittiham olunan şəxsin, onun müdafiəsinin vəsatəti ilə təyin olunur.

Ekspertiza şəxsin ruhi xəstə və ya ruhi pozuntusunun olub-olmaması, əgər varsa, pozuntunun növü, onun öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanına malik olub-olmaması, öz hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsi, psixi vəziyyətinin ona prosesdə iştirak etməyə, müdafiə hüququnu həyata keçirməyə imkan verib-verməməsi kimi suallara aydınlıq gətirməlidir".

Hüquqşünas onu da diqqətə çatdırdı ki, ekspertiza ambulator qaydada və ya stasionar şəraitdə (müəyyən müddətə xəstəxanaya yerləşdirməklə) aparıla bilər: “Lakin ekspertizanın müsbət rəyi olsa belə, şəxs avtomatik anlaqsız hesab olunmur. Ekspertizanın rəyi digər sübutlarla birlikdə qiymətləndirilir. Məhkəmə rəylə razı deyilsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

Məhkəmə ekspert rəyini və digər sübutları qiymətləndirərək şəxsi anlaqsız hesab edərsə, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlər ümumi tipli, ixtisaslaşdırılmış və ya ciddi nəzarətli psixiatriya müəssisəsində müalicə şəklində ola bilər".

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov R.Mehdiyevlə bağlı məsələni bu cür şərh etdi: “Bu kimi hallarda prosedurlar bundan ibarətdir: əgər hüquq-mühafizə orqanları gərək sayırsa, nevroloqun, xüsusən də psixiatrın rəyini alırlar. Bu rəylərdə hər şeyin normal olduğu qeyd edilirsə, prosesi davam etdirmək olar. Yox, əgər bu rəylərdə hər hansı bir kənaraçıxmalar varsa, o zaman buna müvafiq olaraq tədbirlər görülür. Digər tərəfdən, məhkəmə də hesab edirsə ki, belə bir problem olma ehtimalı var, yaxud əks tərəfin vəkili tərəfindən belə iddialar ortaya qoyulursa, psixiatrik rəyin alınması üçün müraciət edilə bilər”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
• Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59
• " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49
• Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45
• Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru