
“İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisi ilə bağlı məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Nizami Rayon Məhkəməsində iddia qaldıraraq “TAUBE TB75WO2RU 4K UHD Smart TV” televizoruna görə ödənişi tələb edib.
Belə ki, müştəriyə 1137 manat əsas borc, 171 manat cərimə, 33 manat dövlət rüsumu yazılıb.
Məhkəmə iddia tələbini qismən təmin edib. 2025-ci il tarixli müqavilə üzrə 1137 manat əsas borc, 20 manat cərimə, cəmi 1157 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat cavabdehdən tutulması barədə qətnamə çıxarılıb.
Bundan başqa, “İrşad Electronics” MMC daha bir müştərisi İsmayıl İlqar oğlu Bağırova qarşı alqı-satqı müqaviləsinə əsasən 1907 manat əsas borc, 286 manat cərimə borcu olmaqla ümumilikdə 2193 manat borc və 42 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılıb.
Məhkəmə bu iddia tələbini də qismən təmin edib. Cavabdehdən 2025-ci il tarixli müqavilə üzrə 1907 manat əsas borc, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 2002 manat borc və ödənilmiş 42 manat dövlət rüsumunun “İrşad Electronics” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılıb.























