Bakı ilə Neftçala arasında qalan başçı .....                     Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                     Bakıda xalçayuma şirkətində dələduzluq .....                     Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi .....                     “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi .....                     Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var .....                     Yoxa çıxan avropalı müşahidəçilər: .....                     İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır .....                     “Unibank”ın 3 aylıq faiz təhlükəsi .....                     Ruspərəstlər Nəsimi Musayevə qarşı .....                     Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi .....                     "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" .....                     “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” .....                     Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI .....                     “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ .....                     AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... .....                     Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb .....                     Mehdiyevə həbsdən xilas yolu .....                     "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                     Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu .....                     “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır .....                     Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                     İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... .....                     Azərbaycanda qiyabi təhsil ləğv edilir? .....                     Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq .....                     "Biz bu əşyaları konfet kağızına almırıq..." .....                     Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? .....                     Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... .....                     Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... .....                     “Onlara ağsaqqal, ağbirçək demək olmur“ .....                     ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb .....                     Ağsu RQİİ-də vəzifə saatla olur?  .....                     KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... .....                 

"Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Tarix: Bu gün, 11:01 | Çap et

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket usullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil.

Nə vaxt ki, bir sahibkar öz zəhməti, xarici əlaqələri və strateji biznes resursları ilə milyonluq aktivlərə yiyələnirdi, həmin an Ramiz Mehdiyevin "canavarları" hərəkətə keçirdi. "Tovuz-Baltiya" şirkətinin rəhbəri Naiq Məmmədhəsənovun üzləşdiyi qanunsuzluqlar illərlə Azərbaycanın bank, icra və məhkəmə sistemini iflic etmiş dəhşətli şəbəkənin reketlik xəritəsidir.

İllərdir hüquqi müstəvidə təkbaşına döyüşən sahibkar Naiq Məmmədhəsənov, qarşı tərəf isə tez-tez adını dəyişən, 1994-cü ildə “ÜLPƏR bank”, sonra “Nikoil Bank”, indi isə “Yelo Bank” ASC-dir.

Naiq Məmmədhəsənovun hər cümləsində Ramiz Mehdiyev erasının repressiv addımları, "Nikoyl Bank"ın(“Yelo Bank”) arxasında gizlənən məkrli planlar və milyonlarla manatlıq konyak spirti strateji ehtiyatlarının yağmalanaraq “boz kardinal”ın Mehdiabaddakı şərab-konyak zavoduna daşınması cəhdi boy göstərir.

“Tovuz-Baltiya” belə yaranıb

Sahibkarın sözlərinə görə, hər şey 2000-ci illərin əvvəllərində başladı. Mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə dövlət büdcəsinin valyuta ehtiyatları məhdud olduğu zamanlarda respublikada kənd təsərrüfatını, xüsusən toxumçuluğu xilas etmək üçün alternativ mexanizmlər axtarılırdı. Heydər Əliyev ölkəyə kartof toxumu gətirilməsi üçün strategiya müəyyənləşdirir - büdcədə nağd pul yoxdur; Azərbaycanın əvəzsiz konyak spirtini, şərablarını və pambığını xaricə çıxarın, əvəzində ölkəyə həyati əhəmiyyətli toxumlar gətirin.

Bu strateji missiyanın önündə duran əsas fiqurlardan biri də Baltik ölkələri ilə möhkəm biznes əlaqələrinə malik Naiq Məmmədhəsənov idi. İllərlə aparılan barter və ticarət əməliyyatları nəticəsində "Tovuz-Baltiya" şirkətinin anbarlarında Azərbaycanın qiymətli, unikal konyak spirti ehtiyatı toplanır. Bu, sadəcə spirt deyildi - milyonlarla dollar dəyərində strateji biznes aktivi, beynəlxalq bazarda qızıl dəyərində olan xammal idi.

Səhnəyə "Nikoyl Bank" (“Yelo Bank”) çıxır, Mehdiyevin hücum planı işə düşür

2007-ci ilin yay mövsümündən sonra, noyabr ayında yerli fermerlərin əlində qalan tonlarla nar, üzüm, meyvə-tərəvəz məhsulu çürümək təhlükəsi ilə üz-üzə qalır. Fermerlər məhsulu nə xaricə çıxara, nə də Bakıya çatdıra bilirlər. Məhsullar yolda xarab olur, ləngimələr yaşanır, sadə insanlar çox ağır iqtisadi duruma düşürdü. Naiq Məmmədhəsənov yerli istehsalçıya kömək etmək, tədarükü təşkil etmək məqsədilə maliyyə resursu cəlb etmək qərarına gəlir. Həmin vaxt səhnəyə Rusiya sərmayəli "Nikoyl Bank" (“Yelo Bank”) çıxır. O zaman bank rəhbəri olan Vasili Xamaza sahibkar Naiq Məmmədhəsənova sözün əsl mənasında gecə-gündüz təriflər yağdırır. "Biz banklarla işləyirik, heç bir problemimiz yoxdur", - deyən sahibkara bank rəhbərliyi inadla bildirir: "Sən lap gecə də olsa gəl, sənə nə vaxt istəsən kredit verəcəyik, VIP xidmət göstərəcəyik, güzəştli kreditlər ayıracağıq".

850 min manatlıq kreditə görə 9 milyon 350 min manatlıq girov!

Beləliklə, həmin ilin noyabrında "Nikoyl Bank"la(“Yelo Bank”) "Tovuz-Baltiya" şirkəti arasında 24 ay müddətinə, 12 ayı güzəştli olmaqla, illik 22 faizlə 850 min manatlıq kredit müqaviləsi bağlanır. Şərtlərə görə, sahibkar hər ay təxminən 15 min 533 manat faiz ödəməli idi. Lakin bank rəhbərliyinin niyyəti ilkin andan tam başqa idi. Onlar 850 min manatlıq kreditin qarşılığında sahibkardan tam 9 milyon 350 min manatlıq girov - həmin qiymətli konyak spirtini tələb edirlər.

Sahibkar Naiq Məmmədhəsənov kredit müqaviləsi üzrə öhdəlikləri rahat şəkildə yerinə yetirəcəyinə əmin olduğundan tələb olunan girovu təmin edir. Əslində isə 1-in 11-ə nisbətində girov tələb etmək hələ o vaxt bankçılıq norması deyil, açıq-aşkar "yağmalamağa hazırlıq" idi. Bankın məqsədi krediti geri almaq deyil, 9,3 milyonluq spirt aktivini "əngəlləmək" və mənimsəmək idi.

“Mehdiyevçi”lər hücumda - "Nikoyl Bank" 24 aylıq kredit verir və 5 ay sonra krediti geri təlb edir!

Kredit müqaviləsinin 5-ci ayında, sahibkar Naiq Məmmədhəsənov xaricdə işgüzar səfərlərdə olduğu vaxt, "Nikoyl Bank" gözlənilmədən onu məhkəməyə verir. Bəhanə? Güya "Tovuz-Baltiya"nın 130 min manat faiz borcu var. Ancaq hesablama aparıldıqda məlum olur ki, 5 ay üçün faiz borcu maksimum 75 min manat ola bilərdi. Bank rəsmi möhürlü cavabında "Tovuz-Baltiya" tərəfindən 149 min manat ödənildiyini etiraf etsə də, məhkəmə iddialarını geri çəkmir və saxta iddialarla girovda olan konyak spirti saxlanılan anbarları plomblatdırır.

Sahibkar borcu öz vəsaiti hesabına bağlamaq üçün girovdan kənarda qalan spirtin 1 vaqonunu Rusiyaya - Dağıstandakı məşhur "Kizlyar Konyak Zavodu"na göndərir. Həmin zavodla 4 milyon 220 min avro dəyərində böyük müqavilə imzalayır.

Bank sədri böhtan dolu məktub yazır…

Bundan xəbər tutan "Nikoyl Bank"ın rəhbəri Vasili Xamaza dərhal Dağıstan gömrüyünə yalan məlumat-xəbərdarlıq göndərir: "Bu mal keyfiyyətsizdir, spirtə kola qatılıb, saxlayın!"

Sahibkar malı beynəlxalq SGS (Société Générale de Surveillance) laboratoriyasının rəyi ilə göndərməsinə baxmayaraq, bankın müdaxiləsi ilə vaqonlar saxlanılır. Məsələ Naiq Məmmədhəsənovun iddiası əsasında Rusiya Arbitraj Məhkəməsinə gedir. Sankt-Peterburq Federal Akkreditasiya Laboratoriyası nümunələri yoxlayır və cavab verir: “Tovuz-Baltiya”nın “Kizlyar Konyak Zavodu”na göndərdiyi konyak spirti yüksək keyfiyyətlidir və bütün beynəlxalq standartlara cavab verir”.

Bank sədrindən daha bir böhtan məktubu…

Vaqonlar Kizlyardakı zavoda boşaldılır. Planlarının pozulduğunu görən "Nikoyl Bank"ın sədri Vasili Xamaza bu dəfə zavodun rəhbərliyinə rəsmi məktub yazaraq növbəti şantaja əl atır: "Naiq Məmmədhəsənov təhlükəli adamdır, Azərbaycandan çıxışına qadağa qoyulub, onunla işləməyin". Kizlyar zavodunun rəhbərliyi bu məktubdan sonra müqaviləni məcburi qaydada dayandırır.

Bank sədrindən etiraf: "Bu tapşırıq yuxarıdan idi, o mal sənin əlindən çıxmalı idi!"

Naiq Məmmədhəsənov məsələnin kökünə getdikdə və bankın o zamankı rəhbəri Vasili Xamaza(Azərbaycanda törətdiyi cinayətlərə görə hazırda İnterpolun “qırmızı bülleteni” ilə axtarışdadır – E.M) ilə söhbətlərində dəhşətli həqiqət üzə çıxır. Vasili Xamaza açıq şəkildə Ramiz Mehdiyevin maraqları çərçivəsində hərəkət etdiklərini etiraf edir: "Bu tapşırıq yuxarıdan idi, o mal sənin əlindən çıxmalı idi!"

Bankın arxasında gizlənən Mehdiyev klanının məqsədi bütün mümkün bəhanələrlə bankdan Naiq Məmmədhəsənovun şirkətinə verilən faizləri, dəbbə pulunu süni şəkildə artırmaq, borcun ödənilməsinə imkan verməmək və "Tovuz-Baltiya"nın əlində olan, unikallığı ilə seçilən konyak spirtini ələ keçirmək idi.

"Tovuz-Baltiya"nın anbarlarına “mehdiyevçi”lərin reyder hücumu

Bunun üçün "Tovuz-Baltiya"nın anbarlarına reyder hücumu təşkil olunur. Tovuz rayon icra məmuru Araz Zəhmətovun vasitəsilə girov adı ilə qanunsuz şəkildə plomblanan milyonlarla manatlıq konyak spirtinin "Tovuz-Baltiya" anbarlarından çıxarılaraq Bakının Mehdiabad qəsəbəsində yerləşən, Mehdiyevin ailəsinə məxsus konyak-şərab zavoduna daşınmasına cəhd edilir. Həmin Mehdiabaddakı konyak-şərab zavodu birbaşa Ramiz Mehdiyevin ailəsinə məxsusdur və zavoda Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyev patronajlıq edirdi!

"Nikoyl Bank"ın Hüquq Departamentinin müdiri və İdarə Heyətinin üzvü Zaur Abıyev (hazırda Ali Məhkəmənin hakimi olan Kamalə Abıyevanın yoldaşı) bu prosesin hüquqi maskalanmasını həyata keçirirdi. Bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, sonradan Vəkillər Kollegiyasının üzvü olan Zaur Abıyev Ramiz Mehdiyevin həbsindən sonra onun vəkili olub!

Yəni bank sadəcə bir vasitə idi. Məqsəd Azərbaycanın zəhmətkeş sahibkarının illərlə yığdığı yüksək keyfiyyətli konyak spirti ehtiyatını Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyevin idarə etdiyi Mehdiabaddakı şərab-konyak zavoduna daşımaq, eyni zamanda Naiq Məmmədhəsənovun biznesini bütünlüklə ələ keçirmək olub.

Sahibkar hücumu dəf edir – “mehdiyevçi”lər əliboş qalır

Sahibkar Naiq Məmmədhəsənov bütün təzyiqlərə baxmayaraq geri çəkilmir. Konyak spirtini “Tovuz-Baltiya” şirkətinin anbarlarından çıxarılaraq Mehdiyevin zavoduna daşınmasına imkan vermir. Ardından o, "Nikoyl Bank"ı, Tovuz rayon icra məmuru Araz Zəhmətovu və Ədliyyə Nazirliyini Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə verir.

Bank məhkəməyə saxta arayışlar təqdim edərək iddia edir ki, girovdakı mal keyfiyyətsizdir və dəyəri borcu ödəmir. Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq komissiyası vasitəsilə ekspertiza təyin edir. Ekspertizanın nəticəsi bankın və Mehdiyev klanının ittihamlarını darmadağın edir: "Malın dəyəri girov qoyulan qiymətdən də artıqdır!"

Musavat.com xüsusi olaraq bu işi diqqətdə saxlayacaq və proseslərin gedişatını oxuculara çatdırmaqda davam edəcək.

(Ardı növbəti sayımızda)

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
Bu gün, 12:08
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
• "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Bu gün, 11:01
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
• Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59
• " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49
• Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45
• Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru