68 yaşlı Mədət Quliyevdən güc nümayişi .....                     MSK üzvünə yeni vəzifə verildi .....                     İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi .....                     Habbardın azad olunması qarşılığında Rusiyaya heç bir şey verməyəcəyik .....                     Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ .....                     Dövlət qurumu geyim formalarına 1,1 milyon xərcləyəcək .....                     “Kapital Bank” yeni şirkət yaradıb .....                     Milli dərsliklər sistemli tənəzzülün aynasında: metodoloji böhran və didaktik çöküş .....                     Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ: .....                     Neft Fondu 126 milyard manatı harada saxlayır? .....                     “AzerGold”da yeni rəhbər təyinatı .....                     Keçmiş deputat qəfil vəfat etdi .....                     “Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb .....                     2 vəkilə töhmət verilib, .....                     “Bura od vurub yandıracağam” .....                     İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər .....                     Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, .....                     Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” .....                     TRIPP daim ABŞ-yə məxsus olacaq .....                     Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi .....                     10 manata hot-doq satırlar, stadion da tam dolmur… .....                     Dövlət bankı bu bazara da girdi .....                     Həbsdə olan Azərbaycan əsilli müğənni: .....                     Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb .....                     Raqif Abbasovun 12 il həbsi .....                     "Kitab onun həm Allahıdır, həm hicabı!" .....                     Torpaq var, sənəd yox: .....                     2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir .....                     Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı .....                     Bakı ilə Neftçala arasında qalan başçı .....                     Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                     Bakıda xalçayuma şirkətində dələduzluq .....                     Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi .....                     “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi .....                     Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var .....                     Yoxa çıxan avropalı müşahidəçilər: .....                     İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır .....                     “Unibank”ın 3 aylıq faiz təhlükəsi .....                     Ruspərəstlər Nəsimi Musayevə qarşı .....                     Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri .....                 

İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər – Kritik GÖZLƏNTİ
Tarix: Bu gün, 13:16 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyanın 2031-ci illə bağlı məlum açıqlaması Azərbaycanla sülh gündəliyi ətrafında yeni və haqlı suallar doğurub. Bu da məntiqlidir. Çünki bir çoxları ilin sonunadək Ermənistanın yeni konstitusiyasının mətninin açıqlanacağı və ardınca qısa zaman kəsiyində referendum keçiriləcəyini gözlədiyi halda, İrəvan ayrı hava çalmağa başlayıb.

Başqa sözlə, sülh müqaviləsi önündə axırıncı əngəlin tezliklə aradan qaldırılacağına böyük ümidlər var idi. Lakin İrəvandan verilən son mesajlar nikbinliyi deyil, pessimizmi artırmış oldu. Hərgah, “Hraparak” erməni nəşri yazır ki, Paşinyan Bişkekdə Prezidenti İlham Əliyevlə son görüşdən sonra İrəvan yeni konstitusiyanın qəbulu istiqamətində işləri intensivləşdirib.

Qəzetə görə, Bakı iyunda Ermənistanda keçirilmiş seçkilərdən sonra prosesin ləng getməsindən narazıdır. “Nikol Paşinyan yeni konstitusiya məsələsində belə bir yol xəritəsi üzrə irəliləmək qərarına gəlib: ilk növbədə cəmiyyətin müxalif hissəsini belə bi rdəyişikliyin ölkənin rifahı və inkişafı üçün zəruri olduğuna inandırmaq, bunu sübut etmək lazımdır. Hətta müxalifət mediası vasitəsilə reklam kampaniyası aparılması məsələsi də müzakirə olunur”, - məqalədə qeyd olunur. (Teleqraf)

Bildirilir ki, ikinci mərhələdə parlament müxalifətinə müraciətlə referendumun keçirilməsini dəstəkləməyə çağırmaq nəzərdə tutulur: “Rədd cavabı olacağı təqdirdə müxalifətdən olan ayrı-ayrı deputatları hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təşəbbüsünü dəstəkləməyin zəruri olduğuna inandırmağa çalışacaqlar. Paşinyan deputatlara təzyiq göstərilməsini, hətta onları müxalifət düşərgəsindən “oğurlamağı” da istisna etməyib. Bütün bunlardan sonra yenə uğursuzluğa düçar olsalar, axırıncı variant kimi erkən seçkilərə getmək, parlamentdə zəruri konstitusiya çoxluğunu əldə etmək və yeni konstitusiyanı qəbul etdirmək planlaşdırılır”.

Sonda isə vurğulanır ki, hələlik konkret müddətlər müəyyən edilməsə də, Paşinyan hamını işləri sürətləndirməyə çağırıb...

Əslində, “Hraparak”ın yuxarıdakı qeyd və mülahizələri Nikol Paşinyanın az öncə 2031-ci illə bağlı elan elədiyi məlum narrativlə ziddiyyət təşkil eləmir. Ola bilsin, Baş nazir həqiqətən də sülh sənədinin imzalanmasını tezləşdirmək istəyir, ancaq bu zaman öz hakimiyyətini qoruyub saxlamaq da ondan ötrü az əhəmiyyət kəsb eləmir. Bu mənada belə görünür ki, yaxın zamanlarda hakim partiyanın əsas qayğısı hakimiyyət maraqlarını qonşularla barışıq gündəliyi ilə maksimum necə uzlaşdırmaqla bağlı olacaq.

Təəssüf ki, Türkə nifrətin hələ də güclü olduğu erməni cəmiyyətini sülhə hazırlamaq gerçəkdən asan deyil. Hərçənd, həmin cəmiyyət bu il iyunun 7-də Paşinyanın partiyasını parlament seçkilərində yenidən qalib eləməklə ona növbəti dəfə sülh anlaşması üçün mandat verib. Qalır ondan necə istifadə eləmək. Bu mümkün olmayacaqsa, erkən seçkilərə də gedilə bilər. Ermənistanda belə hallar olub...

Bütün hallarda bu – Ermənistan tərəfinin, Nikol Paşinyan hakimiyyətinin problemi. Azərbaycan üçün mühüm olan isə həmin hakimiyyətin sülh müqaviləsinin imzalanması yönündə tezliklə və konkret hansı addımı atacağı və ya hansı cəhdi göstərəcəyidir.

Yəni, sülh və barışıq haqda gəlişigözəl bəyanatlar verməyin zamanı və limiti artıq bitib. Əks təqdirdə Bakı bunu haqlı olaraq zamanı süni şəkildə uzatmaq, yaxud revanşist planlara hazırlaşmaq cəhdi kimi qiymətləndirməyə tam haqqı çatacaq.

Sözsüz ki, nöqsan yalnız işləyəndə bəlli olur. Əlini ağdan-qaraya vurmayacaqsansa, konkret çətinlik və əngəlin nədən ibarət olduğu da üzə çıxmayacaq. Qısası, hərəkətə keçmək, nəinki nala-mıxa vurmaq. Atı arabanın arxasından açıb qabağa bağlamağın vaxtı çoxdan çatıb...

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• 68 yaşlı Mədət Quliyevdən güc nümayişi - GENERALDAN YENİ REKORD
Bu gün, 15:11
• MSK üzvünə yeni vəzifə verildi - ƏMR
Bu gün, 15:05
• İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
Bu gün, 15:02
• Habbardın azad olunması qarşılığında Rusiyaya heç bir şey verməyəcəyik - Tramp
Bu gün, 14:59
• Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 14:57
• Dövlət qurumu geyim formalarına 1,1 milyon xərcləyəcək – TENDER
Bu gün, 14:56
• “Kapital Bank” yeni şirkət yaradıb - TƏYİNATLAR
Bu gün, 14:55
• Milli dərsliklər sistemli tənəzzülün aynasında: metodoloji böhran və didaktik çöküş - ARAŞDIRMA
Bu gün, 14:53
• Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ: - “DİM-in yanaşması tamamilə yanlışdır”
Bu gün, 14:50
• Neft Fondu 126 milyard manatı harada saxlayır? - SİYAHI
Bu gün, 14:48
• “AzerGold”da yeni rəhbər təyinatı - ƏMR
Bu gün, 14:43
• Keçmiş deputat qəfil vəfat etdi - FOTO
Bu gün, 14:40
• “Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb - BUNA GÖRƏ...
Bu gün, 14:36
• 2 vəkilə töhmət verilib, 4 vəkilə xəbərdarlıq edilib
Bu gün, 14:34
• “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır
Bu gün, 13:19
• İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər – Kritik GÖZLƏNTİ
Bu gün, 13:16
• Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Bu gün, 13:14
• Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” - “Aşq böcəyim, səni...”
Bu gün, 13:04
• TRIPP daim ABŞ-yə məxsus olacaq - Ararat Mirzoyan
Bu gün, 13:01
• Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ
Bu gün, 12:59
• 10 manata hot-doq satırlar, stadion da tam dolmur… - ONA GÖRƏ DƏ...
Bu gün, 12:57
• Dövlət bankı bu bazara da girdi - DETALLAR
Bu gün, 12:53
• Həbsdə olan Azərbaycan əsilli müğənni: - "Heç kim namusuma ləkə gətirə bilməz"
Bu gün, 12:52
• Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb - “Baza”
Bu gün, 12:46
• Raqif Abbasovun 12 il həbsi TƏLƏB OLUNDU
Bu gün, 12:35
• "Kitab onun həm Allahıdır, həm hicabı!" - Elza Seyidcahandan ŞOK sözlər
Bu gün, 12:33
• Torpaq var, sənəd yox: - Vətəndaşlar mülkiyyət hüququnu necə rəsmiləşdirə bilər?
Bu gün, 12:30
• 2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
Bu gün, 12:20
• Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Bu gün, 12:16
• Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
Bu gün, 12:08
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
• "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Bu gün, 11:01
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru