
Rusiyanın “Moskva alkoqol şirkəti” (MAK) 110 milyon rubl vergi borcuna görə müflis elan olunmaq təhlükəsi ilə üzləşib.
Bu barədə “Baza” nəşri məlumat yayıb.
Məlumata görə, “Baykal”, “Baykalskaya Proba”, Nerpa, “Kedr” və “Şarmel” əmtəə nişanlarının sahibi olan şirkətin tərəfdaşları 7 milyon rubldan çox borcun tutulmasını tələb edirlər. Şirkətin problemləri 2026-cı ilin ortalarında başlayıb. MAK özünü könüllü ləğv etmək qərarına gəlsə də, kreditorların tələbləri fonunda müflisləşmə təhlükəsi ilə üzləşib.
Oktyabrın ortalarına şirkətin vergi borcu 110 milyon rubla (təxminən 2,27 milyon manat) çatıb. Federal Vergi Xidməti yay aylarında borcların icra məmurları vasitəsilə tutulmasına çalışıb. Hazırda şirkətin beş bankdakı hesablarına həbs qoyulub.
Şirkət müflis elan edilərsə, ona məxsus əmtəə nişanları borcların ödənilməsi məqsədilə satışa çıxarıla bilər.
Şirkətlə əlaqəli alkoqol istehsalı müəssisəsi də əvvəllər vergi problemləri ilə üzləşib. 2025-ci ildə məhkəmə həmin müəssisənin müstəqil şəkildə ləğv olunmasını qadağan edib, sonradan isə onu müflis elan edib.
Qeyd edək ki, qeyd olunan araq markaları Azərbaycan bazarında da satılır.
























