
Sabiq deputat Gülər Əhmədova müğənni Təranə Qumralın ad günündən foto paylaşıb.
Tribuna.az xəbər verir ki, bir neçə gün öncə ad gününü qeyd edən Təranə Qumralın qonaqları arasında keçmiş deputat Gülər Əhmədova da olub.
G.Əhmədova müğənninin ad günündə çəkdirdiyi fotonu sosial şəbəkə səhifəsində paylaşıb.
Fotoda Gülər Əhmədova və Təranə Qumralla yanaşı, onun həyat yoldaşı Musa Musayev, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva da var.
Sabiq deputatın müğənninin toyunda iştirakı sosial şəbəkələrdə də maraqla qarşılanıb.

























