
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib.
Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib.
“100 dəfə 1000 dəfə” adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur.
Qeyd edək ki, yeni musiqili layihə artıq bütün musiqi platformalarında yayımlanıb.
























