
"Telegram" platformasında Ermənistanın səhiyyə naziri Anait Avanesyanın adı və fotoşəkli ilə saxta hesab yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası nazirin sözlərinə istinadən məlumat yayıb.
O qeyd edib ki, həmin hesabdan tibb işçilərinə bioqrafik və digər şəxsi məlumatları təqdim etmək xahişi ilə mesajlar göndərilir: "Xahiş edirəm belə mesajlara cavab verməyəsiniz".
























