
Azərbaycanda fəaliyyət göstərən növbəti məhdud məsuliyyətli cəmiyyət rəsmi sənədlərinin etibarsız sayılması ilə bağlı bəyanat yayıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, "Sanera" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1906508001) şirkətin yenidən təşkili və adının dəyişdirilməsi ilə əlaqədar "Tərəqqi" nəşriyyatında müəssisənin adına nəşr olunmuş müqavilə, akt və ciddi hesabat blanklarını etibarsız elan edir.
Rəsmi registr məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 39D78B ünvanında yerləşir.
Müəssisənin qanuni təmsilçisi Cavanşir Xanabatlı Nağı oğludur. Şirkətin yenidən təşkili və ad dəyişikliyi prosesi fonunda əvvəlki blank və sənədlərdən istifadənin qarşısının alınması məqsədi ilə aidiyyəti qurumlara və tərəfdaşlara xəbərdarlıq edilib.























