
Azərbaycanda fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərdən biri kapitalının miqdarında kəskin azaldılma həyata keçirib.
32gun.az-ın əldə etdiyi məlumata görə, "STRYDE" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1009697031) nizamnamə kapitalı azaldılaraq yeni məbləğdə müəyyənləşdirilib.
Rəsmi registr məlumatlarına əsasən, şirkətin nizamnamə kapitalı əvvəllər 50.000 AZN (əlli min manat) təşkil etdiyi halda, qərarla birlikdə bu məbləğ kəskin şəkildə azaldılaraq 25 AZN məbləğində müəyyən edilib.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 167A ünvanında yerləşən müəssisənin qanuni təmsilçisi Camalə Həsənzadə Calal qızıdır. Kapitalın əhəmiyyətli dərəcədə azaldılması prosesi 2026-cı ilin iyul ayında rəsmiləşdirilib.























