Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                 

Neft böhranının hədəfə aldığı Azərbaycan futbolu - ARAŞDIRMA
Tarix: 15-05-2017, 09:34 | Çap et
Neft böhranının hədəfə aldığı Azərbaycan futbolu
Futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində - Topaz Premyer Liqasında fəaliyyətini dayandıran klubların sayı xeyli artıb. 2016-2017 - ci il mövsümü üçün liqada çıxış edən klubların sayı 12-dən 8-ə endirilib. Bəs bu hal Azərbaycan milli komandasına necə təsir edir?! Klublar niyə yaradılmışdı, indi niyə ləğv olunur?..

Modern.az bunun səbəblərini araşdırıb və ortaya maraqlı faktlar çıxıb.

Hazırda AFFA-nın məşqçilər komitəsində fəaliyyətini davam etdirən təcrübəli mütəxəssis Ağasəlim Mircavadov mövzuya dair fikirlərini bizimlə bölüşüb.
“Mən klubların fəaliyyətini dayandırmasını maliyyə səbəbləri ilə əlaqələndirirəm. Bu çox böyük bir mövzudur. İki kəlmə ilə bu məsələni bitirmək olmaz. Ancaq konkret şəkildə deyə bilərəm ki, hazırda sponsor yoxdur. Bu da həlledici rol oynayır. Bu məsələlərə görə AFFA-nı günahlandırmaq düzgün deyil. Onlar 8 komanda saxlayır. Bu barədə əlindən gələni edir. Yaxşı oyunçuları AFFA təşkilatı dəstəkləyir və xaricə göndərir” .

Əməkdar məşqçi Premyer Liqada klubların sayının azaldılmasının milli komandaya da mənfi təsir etdiyini bildirib:
“Siz özünüz təsəvvür edin. Biri var 8 klubdan oyunçu seçəsən, biri də var 16 klubdan. Yəni nə qədər oyunçu çox olsa, məşqçi tərəfindən keyfiyyətli seçim etmək imkanları bir o qədər geniş olur. Buna baxmayaraq, qeyd edim ki, hazırda milli komandanın Dünya Çempionatının seçmə mərhələsində çıxışı təqdirəlayiqdir. Bildiyiniz kimi, 7 xal toplamışıq. Bu çox yaxşı göstəricidir. Növbəti matç İrlandiya ilə gerçəkləşəcək. Bu da çox vacib oyundur. Onu da deyim ki, yığmaya cavan oyunçular da dəvət olunub. Hər halda iş gedir”.

Vaxtilə “Xəzər-Lənkəran”, “Bakı” kimi klubların məşqçisi olmuş futbol mütəxəssisi, bu klubların fəaliyyətini dayandırmasından təəssüf hissi keçirdiyini vurğulayıb:
“Əlbəttə, “Xəzər-Lənkəran”, “Bakı” kimi nəhəng klubların Topaz Premyer Liqasında çıxış etməməsi Azərbaycan futboluna böyük bir zərbədir. Eləcə də digər klubların fəaliyyətini dayandırması. Mən “Xəzər-Lənkəran”da işlədiyim müddətdə o bölgədə hər məşq futbol bayramı havasında idi. Həmçinin, digər bölgələrimizdə də... Çünki Azərbaycanın hər bölgəsində futbola maraq yüksək dərəcədədir”.

Qoal.az saytının redaktoru Aydın Bağırov:

“Klublarının sayının azaldılması uşaq futbolundan başlayaraq, istər klublara, istərsə də milli komandanın bu gününə və gələcəyinə ciddi zərbədir. Belə amillərə görə milli səviyyədə uğur əldə etmək baxımından korluq çəkirik. Bildiyiniz kimi, son olaraq sayılıb-seçilən klublardan “Bakı”, “Xəzər-Lənkəran”, eləcə də “Araz-Naxçıvan” və “Simurq” axırıncı mövsümdə fəaliyyətini dayandırdı. “Bakı” klubu iş adamı Hafiz Məmmədovun iqtisadi vəziyyətinin ağırlaşması, “Xəzər-Lənkəran” isə “Palmali” şirkətindəki problemlərə görə çıxışını dayandırmaq məcburiyyətində qaldı. Bu, Azərbaycan futbolu üçün acı təcrübədir. “Araz-Naxçıvan”a gəldikdə, maliyyə deyil, başqa səbəblərlə əlaqəli fəaliyyətini dayandırdı”.
A.Bağırov Azərbaycanda peşəkar klub anlayışının formalaşmadığını qeyd edib:
“Azərbaycanda klublar birbaşa sponsordan asılıdır. Əslində isə belə olmamalıdır. Çox uzağa getməyək. Adicə qonşu ölkələrə nəzər saldıqda görərik ki, hər bir klubun yüzlərlə üzvü olur və hər ay üzvlük haqqı alınır. Bunun özü kluba böyük dəstəkdir. Həmçinin bilet, forma satışı və klubun atributlarından əldə olunan gəlir də əhəmiyyətli dayaqdır”.
“Sponsorun öz həvəsi, stimulu olmalıdır” deyən jurnalist çatışmayan cəhətləri izah edib:
“Adi qaydada, kluba sponsor olan şirkət (söhbət iri şirkətlərdən gedir), vergidən azad olunur və bu, onda bir stimul yaradır. Ona görə ki, bir kluba sponsorluq etsin, sərmayə qoysun. Məlumdur ki, klubun çıxışı uğurlu alınsa ,yəni UEFA Çempionlar Liqası və yaxud AvroLiqaya vəsiqə qazanarsa, əlavə gəlir əldə olunur”.
Jurnalist klubların fəaliyyətinin dayandırmasından sonra futbolçulardan daha çox, işsiz qalan klub işçilərini düşündüyünü bildirib:
“Müəyyən futbolçular var ki - təcrübəli və hazır formada olan oyunçulardır- özlərinə klub tapırlar. Lakin mən bu məsələyə təkcə bir tərəfdən yox, hər iki tərəfdən baxıram. Belə ki, klubun onlarla, yüzlərlə əməkdaşı var. Bu durumda onlar da işsiz qalmış olur. Özü də belə bir vaxtda. Məni daha çox kədərləndirən məsələ budur”.

İdman şərhçisi Ceyhun Rzayev ölkəmizdə yaşanan devalvasiyanın futbola təsirsiz ötüşmədiyini vurğulayıb:
“Məlum olduğu kimi, AFFA bir tək SOCAR tərəfindən dəstəklənir. Hazırda bütün sponsorlar qırağa çəkilib və belə bir vəziyyət alınıb. Bu işlərdə maliyyə məsələləri mühüm rol oynayır. Peşəkar Futbol Liqasında klub sayının az olması gələcəkdə Azərbaycan futbolu üçün fəsadlar yarada bilər. Belə ki, həm oyunçu, həm də məşqçi yetişməsi baxımından klubun sayı nə qədər çox olsa, o qədər yaxşıdır”.

Müsahibimiz klubsuz qalan oyunçular haqqında da fikir bildirib:
“Fəaliyyətini dayandıran klubların növbəti mövsümdə də bərpa olunacağını düşünmürəm. Məndə olan məlumata görə, klubsuz qalan futbolçulardan bəziləri fubolu buraxır, bəziləri isə Türkiyənin 5-ci divizionu olan “ Bal liqası”nda çıxış edən klublara cəlb olunub. Bundan əlavə, AFFA-nın istedadlı oyunçuları dəstəklədiyi məlumdur. Elnur Cəfərov bu qəbildən olan futbolçulardandır. Hazırda bu futbolçu həmin dəstəklə Xorvatiyanın “NK Dugopolje” klubunda çıxış edir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru