Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                 

Ağsuda başçıya etiraz VAR - ŞİKAYƏT
Tarix: 23-05-2017, 09:45 | Çap et
Ağsuda başçıya etiraz VAR
Redaksiyamıza Ağsu rayonu Çaparlı kənd sakini Ramil Kərimov tərəfindən şikayət daxil olub.
Şikayətçi Bolgexeber.com -a bildirir ki, atası Nadir Kərimov 6 övladını evdə qoyaraq, vaxtilə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. İndi həyatda olmasa da, Nadir Kərimov yəqin ki ailəsinin başına gələnləri görsə, ürəyi tab gətirməzdi.
Ramil Kərimovun anası yataq xəstəsidir, bacısı boğaz uru(zob) əməliyyatı keçirib və hal-hazırda da müalicəsini davam etdirməyə məcburdur.
Şikayətçinin həyat yoldaşı isə böyrək çatışmazlığından əziyyət çəkir, qardaşı 2-ci qrup əlildir.

"Suyun içində yaşayırıq. Sağlam adam belə bu evdə bir gün yaşasa, xəstəlik tapar!"

Kərimovlar ailəsi yardım istəmək üçün dəfələrlə Ağsu RİH-nə müraciət etsələr də, hər dəfə mənfi cavab alıb geri qayıdıblar. İcra başçısı Ənvər Seyidəliyev müxtəlif uydurmalarla bu ailəni qəbul etməkdən boyun qaçırır. Artıq şikayətçi ailə nə edəcəyini bilmir.

"Ağsu rayonu demək olar, Seyidəliyevlərindi. Hamsının altında bahalı maşını, böyük villaları var. Amma aztəminatlı, həm də 4 nəfər xəstəsi olan ailəyə yardım əlini uzatmır!"

Ramil Kərimov iddia edir ki, Ağsu RİH-də Memarlıq və Tikinti şöbəsinin müdiri Xanlar Hüseynov və digər icra nümayəndəsi Rasim adlı şəxs şikayətçini qovaraq "hara istəyirsən şikayət elə, onsuz da bizim səlahiyyətimizdə deyil bu məsələlər" deyirlər.

"Ənvər Seyidəliyevin qohumu Altay bəy aldığımız sosial yardımın ləğv olunması üçün çalışdı və axırda buna nail oldu. İndi sosial yardım da ala bilmirik. Bəs biz neyniyək? Dərdimizi kimə deyək?!"

Ramil Kərimov son çıxış yolunu yalnız Prezident Adminstrasiyasına müraciət etməkdə görür: "Başqa cür alınmır. Evdə 4 xəstə var, evə su damır. Belə şəraitdə xəstə saxlamaq olar? Çox vaxt artıq özüm xəstəlik tapıram bu evdə. Gedib şikayətimi bildirəcəm prezident İlham Əliyevə, belə qanunsuzluq törədən icra başçısı haqqında bir ölçü götürülsün. İnanırsınız, hətta bir müddət əvvəl ailəlikcə intihar etməyi belə planlaşdırmışdıq. Fikirləşirdik ki, birdəfəlik canımızı qutararıq bu əzab-əziyyətdən!"- deyə Ramil Kərimov bildirib.
Bolgexeber.com olaraq məsələ ilə bağlı münasibət öyrənmək üçün Ağsu RİH ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən çox gülməli cavab gəldi: "Biz hal-hazırda prezidentin sərəncamına əsasən, pambıq yığımına nəzarətlə məşğuluq. Kiminsə şikayətini dinləməyə vaxtımız yoxdu. Nə vaxt boş vaxtımız olar, onda da gələrlər, problemlərini deyərlər, amma indi olmaz."
İcra Hakimiyyətinin bu qədər işçisi olduğu halda sadəcə pambıq yığımına bu qədər enerji sərf etməsi maraqlı məqamlardandır. Bununla yanaşı, başqa bir cümlə diqqəti çəkir- vaxtımız olanda. Struktura əsasən, İcra Hakimiyyətinin vaxtı sakinlərin şikayətlərinin dinlənməsi və həlli istiqamətində müvafiq tapşırıqların verilməsi ilə keçməlidir. Ancaq Ənvər Seyidəliyevin və işçilərinin başı pambıq yığımına o qədər qarışıb ki, çətin vəziyyətədə yaşayan bu ailəyə kömək etməyə vaxt tapmır.

Məsələ ilə bağlı Ağsu rayonuna ezam olunan əməkdaşlarımız Ramil Kərimovla görüşüblər.
Şikayətçi qeyd edib ki, müraciətdən sonra Ağsu RİH-dən şikayətimizlə məşğul olunacağına dair söz versə də, hələ heç kəs gəlmiyib:
"Şəkillərdən də gördüyünüz kimi, hansı şəraitdə yaşayırıq. Daha bu vəziyyətə dözmək olmur. Evdəki xəstələrin durumu getdikcə pisləşir. Evimiz artıq yaşanılması çətin formaya düşüb. Belə getsə, ailəmlə birlikdə İcra Hakimiyyətinin qabağına gəlib özümüzü yandıracağıq. Bəsdir, bu qədər dözdük. Biz inanırıq ki, cənab prezident bu məsələyə laqeyd yanaşmayacaq və bizim harayımıza cavab verməyən Ənvər Seyidəliyev haqqında müvafiq tapşırıqlar verəcək." - deyə Ramil Kərimov bildirib.
Qeyd edək ki, 2 ay öncə də məhz bu şikayətlə bağlı Ağsu rayonuna ezam olunan əməkdaşlarımız başçının müavini İqbal Mikayılovla görüşmüşdülər və İqbal Mikayılov bildirmişdi ki, qısa müddət ərzində bu problem həll olunacaq.
Lakin bu dəfə əməkdaşlarımız nə qədər cəhd etsələr də nə Ənvər Seyidəliyevi, nə də onun müavini İqbal Mikayılovu yerində tapa bilmədilər.

Qeyd etmək lazımdır ki, 1 ay əvvəl keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev çıxışı zamanı icra başçılarını sərt tənqid etmişdi. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırmışdı:
"İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək".

Ümid edirik ki, Ənvər Seyidəliyev bu yazıdan nəticə çıxaracaq və sözügedən ailəyə lazım olan köməkliyi göstərəcək. Əks təqdirdə, çox güman ki, vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru