Ziya Məmmədovun yeyib-dağıtığı pulların hesabı niyə sorulmur? - GƏLİŞMƏ
Tarix: 18-10-2019, 10:42 | Çap et
 Bakıda 10 ildən çoxdur ki, nəqliyyatın intellektual idarəetməsinə keçilib. Lakin buna baxmayaraq, bu gün də dayanacaqlarda əlində elektron saat tutub, vərəqdə qeydlər aparan dispetçerlərə rast gəlirik. Ekspert bunun səbəbini onda görürlər ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanından həyata keçirilən nəqliyyatın intellektual idarəetməsi baş tutmayıb.
Məmmədovun zamanında yeni dayanacaqlar gətirilib, hər birinə dəyəri o dövr üçün 10 min manat olduğu bildirilən monitorlar quraşdırıldı. Məqsəd o idi ki, sərnişin monitorlar vasitəsilə avtobusun harada olduğundan xəbər tutub, operativ məlumat alacaq. Bundan əlavə, avtobuslara GPS sistemi, kameralar da quraşdırıldı ki, mərkəzdən nəzarət, monitorlara ötürülən informasiya real şəkildə təmin edilsin. Ancaq bütün bunların heç biri baş vermədi. Bəzi dayanacaqlarda monitorlar işlədi, ancaq avtobusun gəlmə vaxtı monitorlarda göstərilən rəqəmlərlə üst-üstə düşmədi. Nəticədə yenə də köhnə qaydaya-əlində elektron saat, avtobusları qovan dispetçerlər dövrünə qayıdıldı.
Bəs monitorlara çəkilən xərclər necə oldu? Hələ ki bu sualın cavabını vermək istəyən rəsmi şəxs yoxdur. Monitorların bugünkü halı məlum olsa da, gələcək aqibəti bəlli deyil.
“Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yaxın gələcəkdə avtobuslarla bağlı yeniliklər tətbiq ediləcək. Qurum sözçüsünün sözlərinə görə, bu yeniliklər nəticəsində sərnişinlər avtobusları izləyə, rahat qaydada istifadə edə biləcəklər. Onu da bildirək ki, hazırda Bakıda dispetçerlərin tənzimlədikləri avtobuslarda ciddi gecikmə halları da müşahidə olunur. Xüsusilə də Bakı kəndlərinə işləyən avtobuslar bəzən 40-45 dəqiqə gecikir. Dispetçerlə sürücü arasında qəpik davası düşdüyü zaman bu gecikmə bir qədər də artır. Ona görə də əksər sərnişinlər tezliklə müasir sistemin quraşdırılmasını arzu edirlər.
Mais Ağayev bildirdi ki, avtobusların kart sisteminə keçirilməsi fonunda bu problem də öz həllini tapacaq:
“Hazırda Bakı Nəqliyyat Agentliyi avtobusların kart sisteminə keçidini təmin etmək üçün işlər aparır. Plana görə ilin axırına qədər kart sisteminə keçid təmin olunacaq. Yəni məqsəd odur ki, qarşıdakı 2-3 ay ərzində bu proses reallaşsın. Kart sisteminə keçid təmin edildikdən sonra biz avtobuslara nəzarət edə biləcəyik. Bu gün, məsələn, ”Bakubus"ın avtobuslarında belə bir nümunə var. Artıq avtobusları real vaxt rejimində izləyə bilərik. Onların olduqları məkan, hərəkət sürətləri, gəlmə dəqiqələri və digər bu kimi məlumatlar əldə edilə biləcək. Belə olduğu halda isə həmin məlumatların xüsusi proqramlar vasitəsilə əhaliyə çatdırılması da təşkil olunacaq. Burada söhbət həm də mobil telefonlar vasitəsilə informasiya almaqdan gedir. İnsanlar mobil tətbiqlər vasitəsilə bunu edə biləcəklər. Eyni zamanda sərnişinlər dayanacaqda olduqları zaman da məlumat ala biləcəklər ki, oradan hansı xətlər keçir, ən yaxın avtobus hansı ərazidədir, neçə dəqiqəyə yaxınlaşacaq. Bütün bunların hamısının həyata keçirilməsi kart sisteminin təşkilindən bilavasitə asılı olan proseslərdir. Kart sistemə keçidlə avtomatik olaraq problemlər öz həllini tapacaq".
Monitorlara gəlincə isə M. Ağayev aşağıdakıları söylədi:
“Hələ ki monitorların aqibəti ilə bağlı fikir söyləmək tez olar. Əsas məsələ sərnişinləri maarifləndirməkdir. Biz çalışırıq ki, sərnişindaşımadakı bu kimi problemlər öz həllini tapsın və insanlar rahat şəkildə mənzil başına çata bilsinlər. Ona görə də yeni sistemləri tətbiq edir, yeniliklər edirik. Kart sisteminin tətbiqi də onlardan biridir. Bakı kəndlərinə işləyən avtobuslardan edilən şikayətlərə gəlincə isə bu məsələ də öz həllini tapacaq. Bütün xətlərdə dəyişiklik edilir. İndi gətirilən 300 avtobusla nəyi dəyişə biliriksə, onu da dəyişəcəyik. Lakin bununla da bitmir. Növbəti il də ölkəyə avtobuslar gətiriləcək. Bu zaman da xətlərdə olan köhnə avtobusları yeniləri ilə əvəzləyəcəyik. Kart sisteminə keçdikdən sonra isə vaxt və digər bu kimi məsələlər də qaydasına düşəcək. O zaman şəhərin mərkəzi və ya kənarları fərqi olmayacaq. Bütün yerlərdə sərnişindaşımanın yüksək səviyyədə təşkili üçün işlər aparılır və yaxın zamanlarda da aparılan işlərin əyani şahidi olacaqsınız”. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
| • Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07 |
|
|
|
| • Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55 |
|
|
|
| • Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54 |
|
|
|
| • Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50 |
|
|
|
| • Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46 |
|
|
|
| • KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
| • Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39 |
|
|
|
| • Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35 |
|
|
|
| • Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29 |
|
|
|
| • Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27 |
|
|
|
| • Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13 |
|
|
|
| • İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11 |
|
|
|
| • “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58 |
|
|
|
| • "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54 |
|
|
|
| • İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41 |
|
|
|
| • Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38 |
|
|
|
| • Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24 |
|
|
|
| • “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18 |
|
|
|
| • Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11 |
|
|
|
| • Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03 |
|
|
|
| • Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02 |
|
|
|
| • Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01 |
|
|
|
| • “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49 |
|
|
|
| • İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46 |
|
|
|
| • Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43 |
|
|
|
| • Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40 |
|
|
|
| • İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38 |
|
|
|
| • “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36 |
|
|
|
| • Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34 |
|
|
|
| • “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
| • Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29 |
|
|
|
| • Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27 |
|
|
|
| • Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
| • Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22 |
|
|
|
| • SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15 |
|
|
|
|