"Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                 

HAKİMİYYƏTİN İNQİLAB QORXUSU
Tarix: 26-04-2012, 12:17 | Çap et
HAKİMİYYƏTİN İNQİLAB QORXUSU

İMITASİYA XARAKTERLİ KADR İSLAHATLARI RƏSMİ BAKIYA NƏ VƏD EDİR?

DİA.AZ: - Son zamanlar Azərbaycanda kadr rotasiyaları müntəzəm hal alıb. Bütün bunlar kadr islahatları kimi dəyərləndirilə bilərmi və ümumiyyətlə, hakimiyyətin kadr siyasətinin mahiyyəti nədən ibarətdir? Bu suala cavab verməyə çalışaq.

Öncə bu məsələdə bir məqama aydınlıq gətirmək lazım gəlir. Qeyd edək ki, əgər hər hansı bir məmur vəzifəsindən uzaqlaşdırılırsa və başqa bir işlə təmin olunursa, yaxud icra başçılarının yalnız yerləri dəyişdirilirsə, bu, indiyədək aparılan ənənəvi kadr siyasətinin davam etdirilməsindən xəbər verir. Yox əgər, kimlərsə vəzifəsindən uzaqlaşdırılırsa və yeni post ilə В«könlü alınmırsaВ», bu, kadr siyasətinin yeniləşməsi kimi təqdim olunur. Odur ki, vəzifəsindən uzaqlaşdırılan məmurun hansı postla təmin olunmasına diqət yetirmək zəruridir.

Məsələn, əgər Qubanın icra başçısı xalq etirazları nəticəsində vəzifəsini itirirsə və məsuliyyətə cəlb olunmaq əvəzinə, digər mühüm vəzifə ilə təmin olunursa, bunu kadr islahatı kimi qələmə vermək mümkün deyil.

Onu da qeyd edək ki, mövcud iqtidarın kadr siyasəti öz sabitliyi və dəyişməzliyi ilə fərqlənir. Hakimiyyət iriçaplı məmurları dəyişməyə ümumiyyətlə həvəs göstərmir. Son illər ərzində belə bir kadr dəyişikliyi müşahidə edilməyib.

Bu isə cəmiyyəti ölkədə olan mövcud sabitliyin zəmanətçisinə çevrilən məmurlardan asılılıq sindromunun bir elementinə çevirir.

Qeyd edək ki, orta və kiçik məmurların yerlərinin dəyişdirilməsi mahiyyət etibarilə ölkədə cərəyan edən ictimai-siyasi proseslərə təsir etmək imkanında deyil. Ən azı ona görə ki, həmin məmurların hakimiyyətə və idarəetməyə heç bir təsirləri yoxdur. Məsələn, Masallı və Astara icra başçılarının yerlərinin dəyişdirilməsi heç nəyi dəyişə bilməz. Bu insanlar sadə icraçılardır və onların heç birinin yerlərdə dayaqları olmadığından, mərkəzi hakimiyyətdən asılı vəziyyətdədirlər. Yerlərdə dayaqları olmayan başçılar isə onların zəmanətçiləri kimi çıxış edən В«kuratorlaraВ» və icra strukturlarına rəhbərlik edənlərə qeyd-şərtsiz tabe olmağa borcludurlar. Bölgələrin iriçaplı В«məmur-kuratorlarВ» arsında bölüşdürülməsi də heç bir sağlam məntiqə sığmır. Məmurlardan ibarət kuratorların qanundan daha ucada olduğunu anlayan rayon icra başçıları özlərini təyin olunduqları ərazilərin ağası kimi aparırlar və onlar üçün əsas məsələ kuratoru razı salmaqdır. Əgər, hər hansı bir fors-major situasiya yaranarsa, bu zaman rayona nəzarəti itirməməkdən ötrü, icra başçısını qurban vermək, onu kuratorun nəzarətində olan yeni kadrla əvəzləmək olar.

Belə vəziyyət aparılan kadr dəyişikliklərinin mahiyyətini dərk etməyə əsas verir. Maraq doğuran suallardan biri də Prezidentin rayonlar üzrə məsul nümayəndələrinin fəaliyyətidir. Onların fəaliyyəti ümumiyyətlə hiss olunmur və yaxud icra başçılarına ümumi nəzarəti həyata keçirməklə məhdudlaşır.

Azərbaycanda Qərbin təkid və təzyiqləri ilə bələdiyyə institutları yaradılıb. Lakin bu qurumun nəyə xidmət elədiyini anlayan belə, yoxdur. Maraqlıdır ki, guya seçkili orqan olan bələdiyyələrin tərkibi məhz rayon icra hakimiyyətləri tərəfindən formalaşdırılır. Bu amil beynəlxalq təşkilatların da nəzərindən yayınmır. Odur ki, son zamanlar rayonların birləşdirilməsi, onların rəhbərlərinin seçkilər yolu ilə müəyyən edilməsi məsələsi ciddi şəkildə müzakrə olunur. Bu seçkilərdə şəffaflıq təmin olunarsa, icra başçılarının özbaşnalığlığına son qoyulmaqla yanaşı, eyni zamanda В«kurator oyununaВ» da son qoyula bilər. Əgər əyalətlərdə birləşmiş rayonların sözdə deyil, real bələdiyyələri formalaşdırılarsa, sosial partlayış ehtimalları da minimuma enər. Digər tərəfdən bu, siyasi partiyaların yerli özəklərinin yaranması və onların partiya liderlərinin maraqları uğrunda deyil, birbaşa bələdiyyə seçkilərində qalib gəlmək uğrunda mübarizə aparması ilə sonuclana bilər.

Azərbaycan hakimiyyətinin kadr siyasətini təhlil edərkən, bir məqama da diqqət çəkmək lazım gəlir - iqtidarın ümumiyyətlə planlaşdırılmış kadr siyasəti mövcud deyil.Kadr təyinatları və yaxud rotasiyalar vahid proqram çərçivəsində aparılmır. İcra başçılarının siyahısına nəzər etsək görərik ki, kadrlar arasında idarəçilik təcrübəsi olanların sayı xeyli dərəcədə azdır. Onların əksəriyyəti keçmiş iş adamları, bazar müdirləri kimi şəxslərdir.

Bir sözlə, zəif icraçılar korpusundan ibarət olan şəxslər icra strukturunun əsas sütunu hesab edilir. Dünyada və ölkədə gedən prosesləri yetərincə dərk edə bilməyən, az qala hər çıxışı əhali arasında lətifələrə çevrilənlər kadr potensialının əsas göstəricisi sayıla bilər. Digər nüans da ondan ibarətdir ki, icra başçıları və ya nazir müavinlərinin bir qismi atalarından aldıqları mirasa görə postlarında əyləşiblər.

Onu da qeyd edək ki, 90-cı illərin əvvəllərindən fərqli olaraq, artıq hakim В«Yeni AzərbaycanВ» partiyası da kadr istehsalı ilə məşğul olmur. Siyasətdən uzaq olan və bazar münasibətlərini əsas meyar kimi dəyərləndirən insanların başçı kimi təyinatı cox ciddi problemlər yaratmaqla yanaşı, gələcək kataklizmlərdən xəbər verir. Başçıların yerlərinin dəyişdirilməsi isə əhali arasında ölkədə nələrinsə baş verməsi barədə fikir yaratmaq cəhdindən başqa bir şey deyil. Odur ki, son zamanlar baş verən kadr rotasiyaları nə Azərbaycanda, nə də xaricdə ciddi qarşılanır.

Başqa bir məsələyədə də diqqət yetirmək lazım gəlir. rotasiyaların yalnız orta və kiçik məmurlara şamil olunması, iriranqlı məmurların bu prosesdən kənarda qalmasının nəticəsidir ki, hakim siyasi elita dəyişməz qalır. Odur ki, eyni simalar ən azı 15 ildir, eyni yüksək dövlət postlarını tuturlar. Belə siyasət isə gec-tez sosial parlayışlara səbəb olur.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda demokratik ənənələr olmadığından inkişaf etmiş ölkələrdə olduğu kimi, orta məmurlar ordusu hakimiyyətin əsas sütunu ola bilmir. Odur ki, kiçik və orta məmurların əhəmiyyətinin artırılması, onların mərkəzi hakimiyyətdən asılılığınınn azaldılması və fəaliyyətinin şəffaflığının təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda siyasi islahatların aparılmaması hakimiyyət və müxalifət arasında ciddi uçurum yaradır. Məhz zəruri islahatların getməməsinin nəticəsidir ki, siyasi düşərgə bir-biri ilə amansız qarşıdurmaya sürüklənmiş mühafizəkar hakimiyyətə və inqilabçı müxalifətə ayırılır.

Və hakimiyyətin islahat imitasiyasına qarşı müxalifətin inqilab imitasiyası baş verir. Nə birincilər islahat etmək fikrindədir, nə də ikincilər inqilab. Ayrıca, dialoqun aparılması da real görünmür.

İslahatlara meylli olmayan iqtidar cəmiyyətlə danışıqlara xüsusi maraq göstərmir. Belə bir həvəsin olmamasının nəticəsidir ki, orta və kiçik məmurlar ordusu da əhali ilə təmaslardan yayınır. Əhali ilə təmas, rəhbərlik etdikləri bölgələrdə nüfuza malik olmaq başçılara baha başa otura bilər. Və kadr siyasəti həyata keçirərkən də, hakimiyyət bu amili əsas götürür...

Nəsimi – DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru