Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                 

“Düşmənlə müharibə bitənədək hər hansı yumşaq rəftar doğru sayıla bilməz” - Həsrət Rüstəmov
Tarix: 16-08-2016, 09:44 | Çap et
“Düşmənlə müharibə bitənədək hər hansı yumşaq rəftar doğru sayıla bilməz”
Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni əsilli həmkarı ilə münasibəti gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. İctimaiyyətdə, sosial şəbəkələrdə tənqidlərə tuş gələn azərbaycanlı stilistə havadar olanlar da az deyil. Bəziləri qalmaqalın əsas səbəbkarı, stilist Georgi Kotun yalnız anasının erməni olduğunu, bu arqumentlə də onun erməni hesab edilmədiyini, beləliklə də stilist xanımın əsassız olaraq suçlandığını qeyd edirlər.

Azərbaycan mədəniyyəti, incəsənətində xüsusi xidmətləri olan xalq artisti Ramiz Novruzun son vaxtlar adının daha çox qızı ilə bağlı olan qalmaqallarda hallanması da xoşagəlməz olay kimi müzakirə olunmaqdadır. Təbii ki, Azərbaycan cəmiyyəti bu və ya digər formada olan bu cür olayları daha çox neqativ qəbul edir, ictimai hədəfə çıxarır.
Bəs görəsən, Azərbaycan müxalifətinin bu məsələdə mövqeyi necədir? Mövzu ilə əlaqədar bir neçə siyasətçinin rəyini öyrənməyə çalışdıq.

AĞ Partiya sədri Tural Abbaslı qeyd etdi ki, bu məsələdə əsas funksiya daha çox cəmiyyətin, ictimaiyyətin üzərinə düşür: “İctimaiyyət mədəni təzyiq, ictimai qınaq və digər vasitələrdən istifadə edərək bu cür halların baş verməməsinə çalışmalıdır. İstər dünya, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xalqlar dostluğu, xalqlar arası barışıq kimi qəbul edilən bu cür arqumentlər var - hansı ki, guya iki xalqın bir yerdə yaşamasına zəmin yaratmaq və yaxud Qarabağ probleminin daha rahat həll edilməsi üçün yeridilən bir siyasətdir. Ancaq biz tarixə baxsaq görərik ki, ermənilər dəfələrlə bizim xalqa qarşı satqınlıq edib, terror törədiblər, amma biz hər zaman unutmuşuq, bağışlamışıq və nəticədə bunlar yenidən təkrarlanıb. Bu baxımdan, ictimai qınaq mütləq olmalıdır, istər həmin şəxsin özünə, istərsə də nüfuzlu bir ailənin nümayəndəsidirsə, həmin ailəyə. Dövlətin bu məsələyə münasibəti bir qədər həssasdır. Amma dövlət bu cür məsələləri nəzarətdə saxlamalıdır. İstənilən halda Ermənistan və xalqı Azərbaycanın dostları siyahısında deyil”.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da düşmən dövlətin nümayəndələri ilə dostluğun doğru olmadığını vurğuladı: “Söhbət əgər Ramiz Novruzdan gedirsə, təbii ki, insanlar yetkinlik yaşına çatan övladlarına görə cavabdeh deyil. Bunun mənəvi tərəfi ola bilər, amma digər tərəfləri aktyora aid deyil. Aktyor tanınmışdır, qızı o qədər tanınan deyil. Amma istənilən halda Azərbaycana zaman-zaman pislik etmiş və onun ərazisini işğal altında saxlayan dövlətin vətəndaşları ilə dostluq etmək doğru deyil. Düşmənlə müharibə bitənə qədər hər hansı bir yumşaq rəftar və müharibənin olmadığını göstərən davranış doğru sayıla bilməz, ən azından bunu təbliğ etmək lazım deyil. Dövlətin bu məsələyə reaksiyasına gəldikdə isə, bunun hüquq tərəfi yoxdur - məsələn, düşmənlə konkret olaraq necə rəftar etmək lazımdır və sairə. Hətta Ermənistan Azərbaycana rəsmi olaraq müharibə elan etməyib. Yəni bu cür məsələlərin ümumi tərəfinə nəzər yetirdikdə dövlət belə şəxslərə heç nə deyə bilməz, biz istəsək belə. Amma digər tərəfdən, bunun doğru olmadığını insanlara çatdıra, təbliğat apara, bu cür halların olmaması üçün əlindəki fürsətlərdən istifadə edə bilər. Elə bir gün olmur ki, Azərbaycan cəbhəsində itki verməyək, mülki əhali yaralanmasın. Belə bir vəziyyətdə düşmən ölkə, onun xalqı ilə yumşaq rəftar edən insanları başa düşmək çətindir və onları ictimai qınağa tuş gətirmək lazımdır. Burada kiminsə erməni əsilli şəxslə münasibəti deyil, onun cəmiyyətdə yaratdığı əks-səda məsələsi müzakirə edilir. Sabah müharibə başlasa və digər tərəfdən, düşmən xalqına məhəbbət oyadan təbliğat gedirsə, bunu necə qəbul etmək olar?! Niyə məşhur şəxslərin bu cür davranışları bizi narahat edir, ona görə ki, onların ictimai rəyə xüsusi təsirləri var”.

KXCP sədr müavini Xəzər Teyyublu isə qeyd etdi ki, düşmən ölkənin, millətin nümayəndəsinə rəğbət bəsləmək azərbaycançılığa qarşı böyük həqarət hesab olunmalıdır: “Zaman-zaman bu cür olaylar olur. Buna qarşı ciddi reaksiyalar olmalıdır. Niyə bu cür məsələlərə yol verilir?! Biz bu gün ermənilərlə düşmən səviyyəsindəyik, onlar bizim torpaqlarımızı işğal ediblər. İctimaiyyət daha çox şou aləminin nümayəndələrinin, aktyorların sözlərini qəbul edir, anlayır. Ona görə bu insanlar başa düşməlidirlər ki, onların övladları da sıradan bir adamlar deyil və bu cür açıqlamaları böyük məsuliyyət tələb edir. Əgər bu faktdırsa, böyük ayıb sayılmalıdır. Düşmən ölkənin, millətinin hər hansı nümayəndəsinə qarşı bu cür mövqe göstərmək azərbaycançılığa böyük həqarət hesab olunmalıdır. Ona görə də belə insanlar, sadəcə, məsuliyyəti anlamalıdırlar - istər xalq, istərsə də əməkdar artist olsun, dəxli yoxdur. Bununla bağlı Azərbaycanın siyasi, ictimai gündəmində Vətənə sevgi, bütövçülük və düşmənə qarşı ümumi vahid mövqe sərgiləmək boşluğu var. Ona görə də ara-sıra bu cür olaylar baş verir. Şəxsən mən bu cür olayları qüsur, xəta hesab edirəm. Belə faktlar varsa, ictimai qınaq olmalı, pislənilməlidir ki, gələcəkdə digərlərinə örnək olsun. Nə qədər ki, biz ermənilərlə müharibə vəziyyətindəyik radikal, şərhsiz mövqe nümayiş etməliyik - ta ki, Vətənimiz işğaldan azad olunanadək”.
Siyasətçi təkcə ananın düşmən millətinə aid olması məsələsinə də toxunub: “Bir misal deyim, tarixdə belə bir rəvayət var ki, Atatürk Çanaqqala döyüşündə uduzurmuş. Araşdırma nəticəsində məlum olur ki, döyüşü uduzmaqlarının səbəbi türk generallarının, zabitlərinin arvadlarının və ya analarının türk olmamasıdır. Atatürk bir gecənin içində onların hamısını dəyişir və döyüşlərdə qalib gəlir. Bu, çox önəmli məsələdir. Məsuliyyətli mərhələdə gen, nəsil məsələsinə diqqət edilməlidir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru