Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                 

“ABŞ, Fransa, Almaniya, Böyük Britaniya hər hansı bir qanun qəbul edəndə, yaxud dəyişiklik həyata keçirəndə Venesiya Komissiyası ilə razılaşırmı?” - YAP-çı deputat
Tarix: 20-08-2016, 10:31 | Çap et
“ABŞ, Fransa, Almaniya, Böyük Britaniya hər hansı bir qanun qəbul edəndə, yaxud dəyişiklik həyata keçirəndə Venesiya Komissiyası ilə razılaşırmı?”
Azərbaycandakı son həbslərdən sonra ABŞ və Böyük Britaniyadan müxtəlif reaksiyalar gəldi. Xeyli müddətdir sükuta dalmış Qərb paytaxtlarının mövqeyində baş verənlərdən narahatlıq ifadə olundu. Elə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovdan gündəmi əhatə edən söhbətimizdə əvvəlcə bu barədə soruşduq.

- Siyavuş bəy, Azərbaycandakı həbslər və sentyabrdakı referendum arasında əlaqənin olduğu barədə iddialara sizin münasibətiniz necədir?

- Qəti şəkildə belə bir əlaqə yoxdur. Onların bəyanatında da göstərilir ki, guya referendum ərəfəsində belə bir addımın atılması məqsədəuyğun deyil. Yenə də bəzi dairələr, Azərbaycanda ictimai-siyasi vəziyyəti qarışdırmağa çalışan, erməni lobbisinə xidmət edən qüvvələr var, onların vasitəsilə qrant alanlar, o qrantları müxtəlif siyasi partiyalara çatdıranlar var. Yəni məqsəd həmin partiyalara maliyyə dəstəyinin verilməsi və onların mətbuat orqanlarının çapına kömək etməkdir. Buna görə də QHT-lər yaradılır və onların vasitəsilə qrantlar verilir. Həbslərə gəldikdə, ortada vergidən yayınma faktı var. ABŞ-ın özündə ən böyük cinayət vergidən yayınmadır, təxminən elə adam öldürməklə eyni səviyyədə ölçülür. Çünki bununla vətəndaşın sosial təminatına qəsd edirsən. Azərbaycanda 3 mindən artıq QHT fəaliyyət göstərir, dövlət dəstəyi var. Amma onlardan şəffaflıq tələb olunur.

Şəffaflığın tələb olunması da ordan irəli gəlir ki, hər hansı dairənin, xarici kəşfiyyat orqanının marağı bu ölkədə həyata keçirilməsin. Qardaş Türkiyədəki 15 iyul hadisələri zamanı şahidi olduq ki, başqa maraqlı dairələr orada dövlətin sütunlarına zərbə endirməyə, hətta dövlət çevrilişi həyata keçirməyə yönəlik addım atdılar. Bu kimi məsələlərin qarşısının alınması üçün əlbəttə ki, dövlət həmişə şəffaflığın tərəfdarıdır. Dövlət müəyyənləşdirməlidir ki, hansı təşkilat haradan qrant alır və əvəzində hansı proqramı yerinə yetirir. Bu, birinci ordan irəli gəlir ki, o qrant verən təşkilat ilk növbədə özü korrupsiyaya uğrayıb və verilən qrantın böyük hissəsini özü mənimsəyib. Bu yaxınlarda elə sizin qəzetdə müsahibəsi də getdi, İsveçrəyə qaçan, arvad paltarında səfirliyə girən şəxs özü utanmadan özü dedi ki, elə bəzənmişdim, hətta anam da məni tanımazdı...240 min dolları vergidən yayındırmışdı. Çox sevincək halda da deyir ki, mənim böyük dostlarım 140 mini ödədilər və mən bunu Azərbaycan dövlətindən mütləq alacağam. Yəni Avropa Məhkəməsi vasitəsilə bunu Azərbaycan qaçqınından, köçkünündən alıb dostlarına qaytarmaq istəyir. Söhbət ondan gedir ki, ayrılan qrantların böyük hissəsinə sadəcə qol çəkdirirlər, pulların böyük hissəsi həmin təşkilatlar tərəfindən korrupsiya mənbəyidir.

- REAL-ın sədr müavini Natiq Cəfərli vergidən yayınma ittihamı ilə həbs olunub. Amma həbs olunan gənc fəallar da var və hesab edilir ki, bu addımlar referendum öncəsi aktivliyin qarşısının alınması üçündür...

- Qəti şəkildə belə bir şey yoxdur. Elə bu yaxınlarda iki nəfər narkotik istifadəçisi olduğu üçün həbs olundu. Onlar da adlarını hansısa təşkilata yazdırıb. Narkotikin təsiri altında hansısa addım atılırsa, qanun qarşısında cavab verməlidirlər. Digərləri də davranışlarına, fəaliyyətinə nəzarət etməli, hüququ pozmamalıdır. Əks təqdirdə qanunların aliliyi tətbiq olunacaq. O ki qaldı referenduma, biz Avropa Şurasının üzvüyük və istənilən məsələ ilə bağlı müzakirələr aparırıq. Referenduma çıxarılan məsələlər Azərbaycan xalqının həyat şəraiti, beynəlxalq konvensiyalara qoşulması və digər məsələlərlə əlaqədardır.

- ABŞ rəsmisi Bakıya xatırlatmışdı ki, referenduma çıxarılan məsələlər Venesiya Komissiyasını ilə müzakirə edilsin. Deməli, komissiyanın rəyi yoxdur...

- Yox, yoxdur. ABŞ, Fransa, Almaniya, Böyük Britaniya hər hansı bir qanun qəbul edəndə, yaxud dəyişiklik həyata keçirəndə Venesiya Komissiyası ilə razılaşırmı, ona göndərirmi? Biz müstəqil ölkəyik, müstəqil şəkildə qanunlarımıza əlavə və dəyişikliklər edirik. Bununla bağlı ağıllı bir tövsiyə verərdilərsə, buna etirazımız olmazdı, bu günə qədər verməyiblərsə, biz onlara deməli deyilik ki, hər hansı məsələdə müəllimlik elə. Hər ölkənin qanunları var. Biz bütün dünya ölkələrinin qanunlarına, konstitusiyasına baxırıq, ordan da istifadə edir, Azərbaycanın dəyərlərinə xələl gətirməmək şərtilə qanunlara dəyişiklikləri həyata keçiririk. Yoxsa get hansısa komissiya ilə razılaşdır... Biz Afrika ölkəsiyik, yoxsa “banan” ölkələrindən biriyik? Biz müstəqil, demokratik dövlətik. Hələ ötən əsrin əvvəlində demokratik respublikamız, qanunlarımız olub. Onlar gəlsinlər, bizdən öyrənsinlər.

- Amma dünyada Amerika faktoru var. Bu mənada Azərbaycan yenidən sanksiya təhdidləri ilə üz-üzə qala bilərmi?

- Dünyanın balansı və mizan-tərəzisi itib. Hətta idmanı da siyasətə qarışdırırlar. Bu günlərdə keçirilən olimpiadanı da siyasiləşdirdilər. Ən sönük olimpiada məhz 2016-cı ilə olimpiadasıdır. Rusiyaya qarşı sanksiya tətbiq etməklə, Rusiya idmançılarının oradan uzaqlaşdırılması üçün min oyundan çıxdılar. Bu, hansı beynəlxalq normaya uyğun gəlir? Mənim o idmançıları müdafiə etmək fikrim yoxdur. Amma bir prinsip, yanaşma tərzi olmalıdır. Daha beş formada yanaşma tərzi olmamalıdır. Bu baxımdan Azərbaycana heç bir dövlət, heç bir beynəlxalq təşkilat hər hansı bir sanksiya tətbiq edə bilməz, bunun heç bir mənası da yoxdur. İrana 40 il embarqo tətbiq etdilər, nə oldu? İndi Avropa dövlətləri yalvara-yalvara İranın qapısını kəsdirib.

- İdmandan danışmışkən, bir sual verim. Bildiyimə görə siz peşəkar idmançısınız...

- Bəli, sərbəst güləş üzrə.

- Azərbaycan olimpiyaçıları arasında əcnəbilərin üstünlük təşkil etməsi və hələ də qızıl medal qazana bilməməyimiz çox müzakirə olunur. Bunun səbəbi barədə nə deyə bilərsiniz?

- Hələ olimpiada bitməyib. Amma Azərbaycan həm idman növünə, həm də idmançıların sayına görə digər olimpiyadalarla müqayisədə daha çox irəlidədir. Hətta hakimlərin də sayını nəzərə alsaq, Azərbaycan daha yüksək səviyyədə təmsil olunur. Amma olimpiyada idmanın pik nöqtəsidir, iştirakçıların çox dünya, Avropa, Olimpiya çempionudur. Digər tərəfdən burada ədalətsizliklər, idmanın siyasiləşdirilməsi də ortaya çıxır. Azərbaycan idmana kifayət qədər diqqət və qayğı göstərir. Mən indi bir söz deyəcəyəm, yəqin ki, bundan sonra tənqidçilər üstümə düşəcəklər. Mən builki Olimpiya Oyunlarına baxıram, görürəm ki, həm təşkilatçılıq, həm keçirilmə, həm açılış, həm ədalətlilik baxımından Azərbaycanda keçirilən Avropa Oyunları Rio Olimpiadasından daha üstün idi, bizdə yarışlar daha yüksək səviyyədə təşkil olunmuşdu. Mən bunu “Yeni Müsavat” qəzetinə deyirəm və heç bir məsuliyyətdən də çəkinmirəm. Ona görə də iri dövlətlər futbol üzrə dünya çempionatından, Olimpiadanın keçirilməsindən qaçırlar. Çünki o qədər iri və maraqlı dövlətlər ortaya ədalətsiz şərtlər qoyur ki, ölkələr bu yarışları keçirmək istəmir və bəlanı öz başından uzaqlaşdırmağa çalışır. O baxımdan da idmanı siyasiləşdirmək olmaz. Bir məsələni də deyim. Elə idman növləri var ki, azərbaycanlıların burada hansısa nailiyyət əldə etmək imkanları məhduddur. Məsələn, elə idman növləri var ki, o, sırf azərbaycanlıların məşğul olduğu idman növləridir. Azərbaycanlılar güləş, boks, taekvando üzrə daha üstündür. Rusiya kimi böyük dövlətdə güləş növündə Şimali Qafqazdan olanlar daha çoxdur. Bu, çox normal bir haldır. Yeni simalar ortaya çıxana qədər legionerlərdən istifadə etmək dünyada qəbul olunmuş normadır. Fransa futbol yığmasına diqqət etsəniz, hamısı qaradərili futbolçulardır. İspaniya yığmasında da başqa xalqların təmsilçiləri az deyil. Almaniyada neçə türk oyunçu var. Bunu qəbahət kimi ortaya qoymaq olmaz. Bütövlükdə əcnəbilərdən ibarət olsa, bu barədə nə isə demək olar. Yaxud dəfələrlə Azərbaycana mükafat qazandıran idmançı haqqında sosial şəbəkədə, ya mətbuatda aşağılayıcı fikir söyləmək doğru deyil. Biz hamımız ona dəstək olmalıyıq ki, gələcək qələbələrini təmin etsin.

- Siyavuş bəy, “Rövşən Lənkəranski”nin qətlə yetirilməsi gündəmin əsas mövzusudur. Sizin bu qətl hadisəsinə münasibətiniz necədir?

- Allah rəhmət eləsin! Eşitdiyimə görə, azərbaycanlılara çox böyük köməyi dəyib.

-Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Gülənçilərlə yaxın olan qruplar barədə əllərində olan məlumatları lazımi qurumlara çatdırıblar və birgə fəaliyyət davam edir. Siz də parlamentin müvafiq komitəsinin sədrisiniz, yəqin məlumatınız var. Söhbət hansı qruplardan gedir?

- Ayrı-ayrı adamların adı çəkilir, o cümlədən partiya sədrləri var ki, onların adı hallandırılır. Hüquq-mühafizə orqanları bunları araşdırmalıdır. Kim qanundankənar fəaliyyət göstəribsə, onun haqqında ölçü götürülməlidir. Bizdə dini icmalar qeydiyyatdan keçib. Dini birliklər haqqında qanun var. Bununla əlaqədar hansı təşkilat qanunlara cavab vermirsə, fəaliyyətində, fundamental əsaslarında hakimiyyətə qeyri-qanuni yolla gəlmək, dövlətin quruluşunu dəyişmək və digər bu kimi motivlər varsa, bu təşkilatlar bağlanmalı və cavabdehlər məsuliyyətə cəlb olunmalıdır.

- Parlamentlə bağlı da vaxtaşırı iddialar səslənir, deputatlar sırasında Fətullah Gülən tərəfdarlarının olduğu haqda yazılar tirajlanır. Azərbaycan parlamentində belələri varmı, sizin rəhbərlik etdiyiniz komitə bununla bağlı hesabat hazırlayırmı?

- Parlamentdə belə adamlar olsa da, belə şeyləri büruzə vermirlər. Bilirəm ki, dindarlarımız var, düzgün istiqamətdə dini ritualları yerinə yetirirlər, oruc tutur, namaz qılır, xüms-zəkat verirlər və İslamın qarşıya qoyduğu digər tələbləri yerinə yetirirlər. Biz Dini ekstremizmə qarşı mübarizə haqqında qanun da qəbul etmişik ki, ekstremist dini cərəyanlara Azərbaycanda yer yoxdur, kim bununla məşğul olacaqsa, dərhal qanun qarşısında cavab verəcək.

- Deməli, parlamentdə Gülənçi deputatın olması mümkün deyil?

- Təbii ki. Son vaxtlar mən mətbuatda AXCP ilə əlaqədar oxuyuram. Çox güman ki, erməni lobbisindən pul alan bir təşkilat Fətullah Güləndən pul almaya bilməz. Yəni müxtəlif fikirlər söyləyirlər və bunu danmağa çalışırlar. O cür adamları onlar axtarıb tapırlar, bilirlər ki, belələri pula görə nə desən, edərlər. Hesab edirəm ki, bu, ciddi bir məsələdir.

- Türkiyə FETÖ adlandırılan terrorçu təşkilatın xaricdə də təhlükəli planlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib. Azərbaycanda bu təşkilatın dayaqları ola və dövlətçiliyə təhlükə yarada bilərmi?

- Azərbaycanda insanların dinə münasibəti, ölkədə təhsilin, mənəvi dəyərlərin səviyyəsi heç zaman imkan verməz ki, o cür təşkilatlar Azərbaycan daxilində hansısa bir set yaratsınlar, yaxud dövlətə qarşı hansısa addımlar atsınlar. Ola bilər 5-10 uşaq-muşaq yoldan çıxarılsın, şirnikləndirilsin. Tək burda deyil ki, vətənə xəyanət edənlər, ordumuzun məlumatlarını yayanlar, Ermənistanın ərazisinə qeyri-qanuni keçənlər, gedib orda tədbirlərdə iştirak edənlər, qaçıb səfirlikdə gizlənənlər var. Bu cür adamlar kimdən, hansı təşkilatdan desən, onunla işləyə, yardım ala bilərlər. Amma onlar Azərbaycanda hansısa set yarada bilməzlər. Çünki müdrik xalqımız buna imkan verməz. İkincisi, hüquq-mühafizə orqanları, dövlətin qanunları və dövlətin apardığı siyasət buna imkan verməz.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru