Xalq onlar üçün bircə manatından keçmədi - deputat
Tarix: 8-09-2016, 08:54 | Çap et
 Azərbaycanın hakimiyyət əleyhdarları güclərini əsasən sosial elektoratdan, cəmiyyətdən almırlar, əsas dayaqları millət deyil. Onların canı səfirliklərdədir. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Referendumla bağlı istənilən müxalif qüvvənin təşviqat və anti-təbliğat hüququnun olduğunu qeyd edən millət vəkili bildirib ki, buna görə müxalifəti qınamaq fikrində deyil: “Lakin bunaqədərki dövrdə bir “Məhsul” stadionuna yığışacaq qədər zəif olan qüvvələrin imkanlarını görmüşük. Bu, bizdə açıq-aşkar o qənaəti yaradır ki, on illərdir Azərbaycanın hakimiyyət əleyhdarları güclərini əsasən sosial elektoratdan, cəmiyyətdən almırlar, əsas dayaqları millət deyil. Onların canı səfirliklərdədir. Keçmişdə dəfələrlə müzakirə mövzusu olub ki, diplomatik korpusların səlahiyyəti hara qədərdir? Əlbəttə, kimsə iddia etmir ki, belə görüşlər baş verməsin. Onlar ölkənin bütün siyasi kəsimi ilə dialoq və diskussiya şəraitində tədbirlərini həyata keçirə bilərlər. Ancaq çətin təsəvvür edirəm ki, istənilən bir Avropa ölkəsində, məsələn, Almaniyada müxtəlif aksiyalarda həbsə məruz qalan, polisin zorakılığını görən mitinqçilərlə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun görüşü olsun. Bu reallaşsaydı, Almaniya tərəfindən Azərbaycana münasibət nə cür olacağını təxmin etmək o qədər də çətin olmazdı. Bir məsələni dəqiq bilməliyik ki, müxalifətin əsas, siyasi maliyyə qaynağı diplomatik korpuslar olub. Bu keçmişdə də özünü göstərib. Düzdür, son illər xeyli zəiflədiyindən müxalifətin çevrəsi, vitrini kasıblaşmışdı. Amma onların rəhbərləri haqqında bunu söyləmək olmaz. Çünki uzun illər ərzində heç yerdə işləmədiyini deyənlər qətiyyən fiziki çəki itirmirlər, övladlarının səfərləri isə Avropa ölkələrinin birindən başlayıb uzaq okeana qədər gedib çıxır. Bütün bunlar müftə ola bilməz. Ona görə də referendum, konstitusiya, siyasi aksiyaların əleyhinə olduqlarını deyənlər yüz minlərlə Azərbaycan insanından asılı olduqlarını, onların tərəfindən idarə edildiklərini və maliyyələşdirildiklərini göstərə bilmirlərsə, bu özü mühüm bir nəticədir”. Z.Oruc vurğulayıb ki, müxalif qüvvələrin mitinqləri hər hansı bir tərəfdar kütləsi toplaya bilməyəcəyindən xüsusi nəticələr də doğurmayacaq və referendumun yekunlarına təsir etməyəcək: “Xatırlayırsızsa, 2013-cü ildə prezident seçkiləri zamanı müxalifət xüsusi hesab yaratmışdı. Həmin qüvvələr xalqa müraciət edərək hər kəsdən 1 manat dəstək kampaniyası başlatmışdılar. O zaman cəmi 5 min manat vəsait yığılmışdı, onunda əsas hissəsini bir-iki şəxs vermişdi. Deməli, Azərbaycan vətəndaşı müxalifətin hakimiyyətə gəlməsi üçün bircə manatını belə qurban verməyə razı deyil. Çünki vətəndaş yaxşı bilir ki, sonra bütün imkanlarını, sabitliyini itirəcək, ölkənin bütövlüyünə yeni zərbələr gələcək. Azərbaycan vətəndaşı bu gün qətiyyən hakimiyyətin dəyişilməsinin tərəfində deyil”. Millət vəkilinin sözlərinə görə, hazırda əsas təlimat bazası rolunda çıxış edən səfirliklər az qala müxalif missiyanı öz üzərlərinə götürüblər: “Bir azdan həmin səfirliklərin real olaraq müxalifət missiyasını həyata keçirdiyini görsəniz, təəccüblənməyin. Ötən gün Avropa Birliyinin məsul şəxsinin Türkiyə əleyhinə bəyanatını şərh etdik. Bizim də daxili həyatımızdakı vəziyyət bundan ibarətdir. Təəssüf ki, keçmişdə ayrı-ayrı səfirliklərin və səfirlərin bütün diplomatik normalardan kənara çıxaraq Azərbaycanın daxili həyatında siyasi statusda iştirak addımlarından danışa bilərik. Lakin Azərbaycanda elə müxalifət var ki, yüz səfirlik də yığılsa, onları böyük qüvvə halına gətirib inqilabi vəziyyət yarada bilməz. İnqilabı səfirliklər yox, xalq etməlidir. Xalq da bu inqilabın tərəfində deyil”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40 |
|
|
|
|