XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                 

“Böyük vəzifə tutan, hegemonluq edən məmurların taleyini gördük”
Tarix: 24-10-2016, 08:18 | Çap et
“Böyük vəzifə tutan, hegemonluq edən məmurların taleyini gördük”
Ötən həftəsonu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin rinqə çıxacağı ilə bağlı xəbər yayıldı. Bu barədə kikboksinq üzrə milli komandanın baş məşqçisi Çingiz Eyvazov deyib ki, veteranlar arasında dünya çempionu olan Adil Əliyev oktyabrın 23-də baş tutacaq dünya çempionatında veteranlar arasında döyüşəcək.

Elə biz də “Yeni Müsavat” olaraq Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü olan federasiya prezidentini aradıq, idmandan başlayan söhbətimiz məmur özbaşınalığına qədər davam etdi. Adil Əliyev əvvəlcə qarşıdakı yarış barədə xəbərə bəzi düzəlişlər etdi:

- Bizim böyüklərdən ibarət yığma komandamızın əsas idmançıları Azərbaycan kikboksinq üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazovun rəhbərliyi ilə bu gecə (23 oktyabrda-E.P.) Sloveniyanın Maribor şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün gedirlər. Bizim milli komandanın baş məşqçisi tarixi düzgün demədiyi üçün camaat da gün ərzində zəng edib “sabah döyüş hardadır” soruşur. Deyirəm, ay qardaş, sabah döyüş yoxdur. Biz isə, ikinci heyət olaraq, İtaliyanın Karrara şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəyik. Bu, VTK təşkilatının keçirdiyi çempionat, həm də böyük bir festivaldır. Həmin dünya çempionatında veteranlar arasında da yarışlar keçiriləcək və o yarışa biz də 30 nəfərlik heyətlə qatılacağıq. 25 nəfərlik heyət isə Sloveniyaya gedir. İtaliyadakı yarış 25-30 oktyabr arasında olacaq. İnşallah biz 27-də vuruşacağıq.

- Yəqin federasiya prezidentinin məsuliyyətinin daha çox olduğunu nəzərə alıb yarışlara ciddi hazırlaşırsınız, eləmi?

- Bəli, ciddi məşqlər gedir. Son zamanlar Kikboksinq Federasiyası çox böyük işlər görməyə başlayıb. Yəni çoxlu sayda klubların fəaliyyət göstərməsi, zalların açılması reallıqdır. Bu idman növünə axın gün-gündən çoxalır. Biz Kikboksinq Federasiyasının qarşısında qoyulan tapşırığı, yəni kütləviliyi təmin etmişik ki, Azərbaycan övladları kütləvi şəkildə bu idman növü ilə məşğul olsun. Bu gün o idmançılar uşaqdır, yeniyetmədir, amma sabah Azərbaycan ordusunun əsgərləridir. Bunlar təbii ki, hamısı Avropa, Dünya çempionu olmaya bilər, amma vuruşmağı bacarmalıdırlar. Ona görə də biz yarışqabağı böyük heyətlə məşqlərə başlamışıq. Normativlər var. Hər gün 2-2.5 saat bədən isitməsi ilə məşğul oluruq. Ondan sonra rinqə çıxış 8-10, 12 raunda qədər döyüşürük.

- İtaliyada siz özünüz hansı çəkidə rinqə çıxacaqsınız?

- Mən 84 kilo olmalıyam ki, döyüşüm.

- İndiki çəkiniz nə qədərdir?

- Hazırda 86 kiloyam. Amma arıqlamaq bir-iki günün işidir, problem deyil. İndi hələ çəkini salmıram, çünki bədən çəkini tez yığır. Amma son bir gündə çəkini salırsan, tərəziyə çıxırsan, daha sonra normal qida qəbul edirsən.

- Rəqibləriniz bəllidirmi?

- Yox. İnşallah qeydiyyatdan keçmə günü bəlli olacaq. Veteranlarda elədir ki, neçə nəfər yığılacaqsa, o qədər də iştirakçı olacaq. Bu yarışda ilk dəfədir iştirak edirəm. Amma deyirlər o qədər böyük zaldır ki, eyni vaxtda 120 tatami qurulur və 120 “para” insan yarışa çıxır. Orada kikboksinqin bütün versiyaları keçirilir. Mən adətən, digər bir təşkilatın yarışına qatılırdım, ancaq indi bunlardan dəvət gəlib və qatılacağam.

- Siz uşaqlıqdan kikboksinqlə məşğul olmusunuz?

- Açığı, mən uşaqlıqda idman təmayüllü internat məktəbində oxumuşam. Orada idmanın cüdo növü ilə məşğul olmuşam. Sankt-Peterburq şəhərindəki Ali Hərbi Dənizçilik Akademiyasına oxumağa getdiyimdə, orada cüdo növü yox idi. Ona görə məcburiyyətdən əlbəyaxa döyüş növləri ilə məşğul olmağa başladım. Çünki mütləq bir idman növü ilə məşğul olmalıydım. Qayıdandan sonra bu işlə məşğul olmağa başladım. O vaxtdan bu idmanla sırf yaxından məşğul olmurdum, çünki iş imkan vermirdi. Son zamanlar isə vaxtın olmasından istifadə edib, məşqləri bərpa etməyə başladım.

- Heç olubmu ki, bu idman növündən “sui-istifadə” edib kimlərləsə “haqq-hesab” çəkəsiniz?

- Açığı, belə şeylər olmayıb. Həyatdır, insan hər bir halla rastlaşır. Ancaq mən hüquq mühafizə orqanlarında işləmişəm. Orda da polislə kim “razborka” edəcək? Ona görə də mən “razborka”larla məşğul olmamışam. Ancaq cinayətkarlığa qarşı mübarizədə gücümüzdən istifadə etmişik və belə hallar olub. Ondan sonra siyasi karyera, millət vəkilliyi dövrüdür və bu zaman siyasətçi-psixoloq kimi rəqiblərimizi danışıqla yola vermişik.

- Bəs, nokauta saldığınız rəqibiniz olubmu?

- Siyasi fəaliyyətimə qədər çox şeylər olub. Ancaq ondan sonra olmayıb.

- Adil bəy, sirr deyilsə, rəhbərlik etdiyiniz federasiya hansı mənbələr hesabına maliyyələşir?

- Mən federasiyanın nəzdində bəzi dəyişikliklər etdim. Çünki bu federasiya qeyri-olimpiya növü olduğundan dövlət tərəfindən ciddi maliyyə ilə təmin olunmuruq. Ona görə də qurumu sponsorlar və federasiyaya cəlb etdiyimiz iş adamlarının dəstəyi vasitəsilə saxlamağa məcburuq. Artıq iki vitse-prezident bizdən ayrılıb. Onların yerinə yeniləri təyin olunub. Bu şəxslər federasiyanın ayaqda qalmasına, idmançıların yarışlara göndərilməsinə dəstək verirlər. Əgər dövlət, Gənclər və İdman Nazirliyi bizə ildə 20 min manat pul ayırırsa, bu, heç bir yarışa gedib-gəlməyimizə bəs eləmir.

- Deməli, siz də dövlətdən maliyyə dəstəyinin artırılmasını istəyirsiniz...

- Onsuz da dövlət bizə gücü çatan qədər dəstək verir. Gənclər və İdman Nazirliyindən başqa dövlət qurumu ilə əməkdaşlıq etmirik. Ancaq əgər respublika birinciliyi çempionatı keçiririksə, burada yeniyetmələr, gənclər, böyüklər var, bu 20 minlə mən hansı komandanı yola salım, yeniyetmələri, gəncləri, ya böyükləri? Ona görə də bizə dəstək verən insanları arayıb-axtarırıq, xahiş edirik ki, kömək etsinlər. Biz inandığımız idmançılara həm dövlətdən ayrılan maliyyə hesabına, həm vitse-prezidentlər, həm də özüm tərəfindən köməklik göstəririk. İnanmadıqlarımız da özləri maliyyə tapırlar ki, yarışlara gedib iştirak etsinlər. Çünki yarış görməyən idmançı açılışa bilmir. İdmançı gərək çoxlu yarış, rəqib görsün, vuruşsun. Biz ildə bir respublika çempionatı keçiririk, o bir dənə ilə də iş olmaz. Onun üçün bizə peşəkar kikboksinq yarışlarının keçirilməsi üçün böyük məbləğ lazımdır. Bunlar hamısı xərcdir, ona görə də iş adamlarını, yaxın dostları, qardaşları çağırırıq ki, bizə kömək etsinlər. Çünki bizim idman növümüz bizə lazımdır. Bizə döyüşə bilən gənclər lazımdır. Çünki hər an Qarabağ uğrunda müharibə başlaya bilər.

- Bu idman növü ölkədə nə dərəcədə populyardır?

- Lovğalıq olmasın, kikboksinq idman növü Azərbaycanda qeyri-olimpiya növləri içərisində ən inkişaf etmiş idman növüdür. Bu idman növünə axın var. Uşaqlar 6-7 yaşından məşğul olurlar. Bir ara qeydiyyat apardıq, ümumi 10 minə yaxın Azərbaycan üzrə idmançılarımız var idi. Bizim paytaxtda və bölgələrdə 100-ə yaxın klubumuz fəaliyyət göstərirdi. Sadəcə bəzi hallarda bölgələrdə icra hakimiyyətləri tərəfindən idmançılarımıza ögey münasibət bəsləyirlər ki, “siz qeyri-olimpiya növüsünüz”. Ay qardaş, idmançı idmançıdır da, nə fərqi? Cənab prezident həmişə, hər yerdə deyir ki, mənim üçün olimpiya və qeyri-olimpiya növlü idmanın fərqi yoxdur. Hamısı Azərbaycan bayrağını qaldırır, hamısı bizim himnimizi oxutdurur, hamısı ölkəmizin sağlam gələcək nəslidir.

Ona görə bu ayrı-seçkilik salmağa lüzum yoxdur. Ancaq biz son zamanlar Milli Məclisin Gənclər və idman komitəsi ilə birgə çox gözəl, peşəkar yarışlar keçiririk. Sumqayıtda, Göygöldə, Qazaxda, Ağdamda, Naxçıvanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş böyük tədbirlər keçirmişik. Əvvəllər müxtəlif ölkələrlə dostluq görüşləri təşkil etmişəm, Rusiya, Türkiyə, Avropa ölkələri ilə birgə yarışlarımız olub, Cənubi Afrikaya gedib çıxmışam, Orta Asiyada belə tədbirlər keçirmişəm. Azərbaycanda “Azərbaycan dünyaya qarşı” böyük bir tədbir təşkil etmişdim. Bunların hamısı Azərbaycanın tanıdılması üçündür. Həm də balaca idmançılarımızın canlı korifeyləri - veteran idmançıların görməsi üçündür. Bizim vaxtımızda

Brüs Li, Çak Norris, Van Dammın kinolarına baxıb idmana gəlirdilər. İndi də xaricilərə yox, özümüzünkülərə baxıb, idmana axışanların sayı artır. Biz hər dəfə yarış keçiririk, kikboksinq idman klublarına çoxlu sayda axın olur. Bunları da xüsusi vurğulamalıyıq ki, son zamanlar Azərbaycan idman ölkəsinə çevrilib. Bir çox təşkilatlar ölkəmizdə yarışlar keçirmək istəyir, çünki Azərbaycana etibar edirlər. Azərbaycan təhlükəsizlik baxımından beynəlxalq təşkilatlar üçün çox önəmli partnyordur. İdmana dövlət qayğısının nəticəsidir ki, son zamanlar hamı idmanla məşğul olmaq istəyir.

- Bir sıra idman növləri var ki, ora böyük vəsaitlər hesabına legionerlər cəlb olunur. Sizin federasiyada vəziyyət necədir?

- Bizdə belə hal yoxdur, heç vaxt da olmayıb. Ancaq son zamanlar bizdə ağır çəkidə idmançılar olmadığı üçün Cənubi Azərbaycandan, İrandan 100 kq çəkidə Bəhram Nəcəfzadə bizə qatılıb. O, Türkiyədə yaşayırdı, bizim klubların biri cəlb edib və yığma komandamızın heyətində iştirak edir. O da Avropa Çempionatında Azərbaycanı təmsil edir.

- Adil bəy, yuxarıda da qeyd etdiniz, amma səbəbini açıqlamadınız. Vitse-prezidentlərin federasiyadan uzaqlaşmasına səbəb nə oldu? Onların gedişinə də maliyyə sıxıntıları səbəb oldu?

- Bu il başlayandan biz 10 mötəbər tədbir keçirmişik. Hamısı da çoxlu maliyyə tələb edən tədbirlər idi. Bu insanlar sağ olsunlar, uzun müddət yanımızda oldular, kömək etdilər. Ancaq son tədbirlərə qatılmadılar. Ona görə də məcbur qalıb başqa insanları federasiyamızın rəhbərliyinə dəvət etdik ki, bu sıxıntılardan çıxaq.

- Vitse-prezidentlər həm də maliyyə dəstəyi verirlər, eləmi?

- Təbii ki. Bizim federasiyanın rəhbərliyindəki hər kəs bir idmançını yarışlara yola salarsa, bu, 10-15 idmançı edir. Bu, bizimçün yetərlidir. Respublika birinciliklərinə bir o qədər pul xərclənmir. Ancaq beynəlxalq yarışlara çox pul tələb olunur.

Məsələn, bir idmançının Slobveniyaya gedib-gəlməsi üçün 1200 avro tələb olunur. Onun üçün də hər vitse-prezident bir idmançı yola salarsa, bu, 5 idmançı edir, iki idmançı mən yola salaram, 2-3 idmançını İdarə Heyətinin üzvləri yığışıb yola salarlarsa, 2 idmançıya da nazirlik dəstək verərsə, artıq heyətimiz formalaşar.

- Amma bu gün Azərbaycan insanını narahat edən məsələlər təkcə idmanla bağlı deyil. Yəqin razılaşarsınız, devalvasiya yalnız kikboksinqə təsir göstərməyib...

- Bu, aydın məsələdir. İnkişaf etmiş ölkələrə də təsir edən obyektiv səbəblər var. Dünyada neftin qiymətinin aşağı düşməsi, dünyanın aparıcı qurumlarının iqtisadi cəhətdən çökməsi Azərbaycana da öz təsirini göstərdi. Neftin qiymətinin aşağı düşməsi, ümumiyyətlə, neftə olan tələbatın azalması devalvasiyaya səbəb oldu. Bu səbəbdən banklar, maliyyə qurumları böyük itkilərlə üzləşdilər. Yəni onlar beynəlxalq banklar, sığorta təşkilatları ilə əməkdaşlıq etdikləri üçün problemlərlə üzləşdilər. Təbii ki, bu problemlər də bizim vətəndaşlarımızın başında çatladı. Ancaq hesab edirəm ki, cənab prezidentin Azərbaycanda iqtisadi böhranın aradan qaldırılması üçün gördüyü işlər yaxın zamanlarda öz töhfəsini verəcək. Banklar, kreditlərlə bağlı vəziyyət isə tək Milli Məclisi yox, bütün hökuməti, dövlət rəsmilərini narahat edir, bu vəziyyətdən çıxış yolları aranır.

- Parlamentin ötən sessiyalarında yerlərdəki vəziyyətlə bağlı tənqidi çıxışlarınız olurdu. Amma bu sessiyada nəsə susursunuz. Hansı ki, son günlər mövcud durumla bağlı hətta həmkarlarınızın da narazılığı eşidilir...

- (gülür) Hələ sessiya yeni başlayıb. Tənqidi fikir varsa, biz mütləq onu dilə gətiririk. Duruma gəldikdə, bu məsələlər aidiyati təşkilatlarda çalışanların vicdanına buraxılıb. Onlar da bu ölkənin vətəndaşlarıdır, əziyyət çəkən insanlar da. Biz böyük vəzifə tutan, hegemonluq edən məmurların taleyini gördük.

Məsuliyyət daşıyan insanlar həmin məmurların aqibəti ilə yaxından tanış olmalıdırlar. Onlar da bir zamanlar öz işlərinə məsuliyyətsiz yanaşırdılar. Hər kəs məsuliyyət daşıyır. Heç kəs deyə bilməz ki, ömrünün axırına qədər yağ-bal içində yaşayacaq. Bir zaman gələr, onların da qapılarını döyərlər, inşallah. Ona görə də gərək hər kəs xalqa vicdanla xidmət etsin, vətəndaşları incitməsin, acgözlük etməsin. O məmurlar götür-qoy etməli, hansı işlə məşğul olduqları barədə özlərinə hesabat verməlidirlər. Bəlkə də Allah onların qəlbini möhürləyib, deməklə onlar düzələn deyil. Əgər onlar işlərinin öhdəsindən gələ bilmirlərsə, bir gün onların da qapıları döyüləcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru