BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                 

"Partiyalar büdcədən maliyyələşsin" - AMİP-dən TƏKLİF
Tarix: 4-08-2022, 08:46 | Çap et
"Partiyalar büdcədən maliyyələşsin"
DİA.AZ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Həftə içi”nə müsahibəsini təqdim edir:

- Arzuxan bəy, son bir neçə gündə media və sosial şəbəkələr üzərindən AMİP, Ümid Partiyası arasında bir-birlərinə qarşı ittihamedici, sərt çıxışları görürük. Niyə bu siyasi partiyalar bir-birini ittihamdan əl çəkmir?

- Əslində, bu məsələ son iki gündə baş verib. Hamıya yaxşı məlumdur ki, ölkədə son 3 il ərzində siyasi partiyalar arasında münasibətlərin istiləşməsi istiqamətində addımlar atılıb. Çox təəssüflər olsun, bəzi siyasi partiya rəhbərləri şou-biznesdə olan müğənnilər kimi tanınmaq, üzə çıxmaq, gündəmdə qalmaq üçün qalmaqallara üstünlük verirlər.

- Ümid Partiyasının buna ehtiyacı var?

- Bəlkə də ehtiyacı var ki, bu cür addımlar atır. İki gün əvvəl saytlardan birində yazılmışdı ki, Etibar Məmmədov seçki koalisiyası yaratmaq istəyir. Burada heç bir qəbahət yox idi. Heç kəs də bunu özünə qarşı təhqir kimi qəbul etməməlidir. Amma bu təxəyyülün məhsuludur. Təəssüflər olsun, ondan 2 gün sonra adını çəkdiyiniz siyasi partiyanın sədri, rəhbərliyində olan bir-iki nəfər də eyni qaydada hərəkət etdi.

- Adını çəkmək istəmirsiniz, küsübsünüz? Ümid Partiyasının sədri İqbal Ağazadə...

- Xeyr, heç kəsdən də küsməmişik. Sadəcə olaraq, həmin şəxs xoşagəlməz fikirlər bildirdi. Bir yandan deyir, Etibar bəyin şəxsiyyətinə böyük hörmətim var, digər tərəfdən, xoşagəlməz ifadələr səsləndirir. Onun müavinləri, yanında olan bəzi funksionerlər çox yersiz ifadələr səsləndirməklə gündəmə gəldilər. Qarşı tərəfdən də cavablar oldu. Sözün açığı, mən qarşısını almaq istədim. Təhqir bir dəfə olunanda cavabı verilməyəndə qarşı tərəf fikirləşir ki, yox, elə bunların üstünə getmək olar. Bunlar elə hesab edirlər ki, Azərbaycan siyasətində olan adamlar heç nəyi bilmirlər. Axı cəmi 20 il əvvəl olan hadisələr hamının yadındadır...

Əslində, partiyalar arasında bu cür münasibətlərin olmasını istəməzdim. Hesab edirəm, partiyalar sivil münasibətlər əsasında formalaşmalıdır Partiya sədrləri sivil münasibət, siyasi əxlaq nümayiş etdirməlidirlər ki, cəmiyyət də müsbət fikir oyansın. Amma belə məsələlər üzündən cəmiyyətdə siyasi partiyalara münasibət neqativ olur.

- 44 günlük müharibədən əvvəl və sonra iqtidar-müxalifət dialoqu, müxalifətin öz arasında dialoq yaratma cəhdləri baş verdi. Düşündük ki, artıq siyasi partiyalar arasında barış elan olunub. Necə hesab edirsiniz, bu gün ölkədə vəziyyətin hələ də gərgin olduğu bir ərəfədə hansısa maraqlı güclər yenə də daxildə vəziyyəti gərginləşdirməyə çalışa bilərmi?

- Ola bilsin, bu hansısa dairələr vasitəsilə idarə olunan məsələdir. Görünür, kimlərsə maraqlıdır ki, siyasi partiyalar arasında münasibətlər pisləşsin. Azərbaycanda dövlətçiliyi, millli dəyərləri hər şeydən üstün tutan partiyalar var və bu siyasi təşkilatlarla da yolumuza birgə davam edəcəyik. Birgə davam edəcəyik ki, Azərbaycan daha da inkişaf etsin, güclənsin.

44 günlük müharibə zəfərlə bitdi. Amma problemimiz bununla bitibmi, yox. İstər daxildə, istər sərhəddə kifayət qədər gərginlik var. Şimaldan, Cənubdan basqılar var ölkəyə.

- Postmüharibə dövründə siyasi partiyaların münasibətlərində hansı yenilənmə müşahidə olunur?

- Təəssüflər olsun, uzun müddət ərzində ölkənin siyasi gündəmində siyasi partiyaların mövqeyi ilə bağlı çox ziddiyyətli məqam yaranmışdı. Xüsusilə də 2002-ci il referendumunda proporsional seçki sistemi ləğv edildikdən sonrakı dövr ərzində siyasi partiyaların bütövlükdə ölkənin siyasi gündəminə təsir etmək imkanları azalan istiqamətdə getdi.

Siyasi partiyalar ölkənin siyasi sisteminin əsas seqmentlərindən biridir və bu təşkilatların ölkəmizin gündəminə təsir etmək imkanlarından məhrum olunması ölkənin inkişafına təsir edə biləcək amillərdən biridir. Ona görə də siyasi partiyalara lazımi şərait yaradılmalıdır. Siyasi partiyalara məhdudiyyətlər qoyulmamalıdır.

- Bu günlərdə “Siyasi partiyalar haqqında” qanunun qəbul olunmasından danışılır. Necə hesab edirsiniz, qanunda hansı müddəaların yer almasını mühüm hesab edirsiniz?

- “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul olunub və bugünədək, təxminən, ona 27 dəfə düzəliş olunub. Bu gün “Siyasi partiyalar haqqında” Qanunda bir sıra məqam var ki, onlara düzəlişlər, dəyişiklik, əlavələr edilməlidir.

Birmənalı olaraq hesab edirəm ki. siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Dövlət büdcəsi hər birimizin dövlət büdcəsinə verdiyimiz vergilər hesabına formalaşır. Həmin büdcədən dövlətin vacib institutlarından biri olan siyasi partiyaların maliyyələşməsi olduqca mühüm məsələdir. Belə olmayacağı təqdirdə, siyasi partiyalar qaranlıq mənbələrdən maliyyələşə bilirlər ki, bu da hər bir halda dövlətin əsaslarına təhlükə yarada biləcək amildir.

Siyasi partiyaların qeydiyyatdan keçməsi ilə bağlı məsələlər sadələşdirilməlidir. Siyasi partiyanın mövcudluğuna, yaxud sıradan çıxmasına insanlar özləri qiymət verməlidirlər. Bir siyasi partiya normal rəqabətli seçkilərdə uğur qazanmırsa, parlamentdə təmsil oluna bilmirsə, bələdiyyələrdə təmsil oluna bilmirsə, prezident seçkilərində iştirak etmirsə, onun fəaliyyəti böyük sual yaradır. Ona görə də belə partiyaların ləğvi məsələsi də qoyula bilər.

- Parlamentdə təmsil olunan müxalifət partiyasının nümayəndəsi təkliflə çıxış edib ki, siyasi partiya rəhbəri, həm də dövlət qulluqçusu statusuna malik olmalıdır. Sizcə, bu status nəyi dəyişəcək, əhəmiyyəti nədir?

- Bunların hər biri ayrı-ayrılıqda müzakirə oluna biləcək məsələlərdir. Partiyalarda rəhbərlikdə təmsil olunan çoxlu vətəndaşımız var ki, bu gün heç yerdə işləmirlər və müəyyən yaşa çatdıqda fəaliyyətlərinə görə təqaüd ala bilmirlər. Bu yaxınlarda Müsavat Partiyasının uzun müddət başqanı olmuş İsa Qəmbərə bu səbəbdən 180 manat müavinət təyin olundu. Baxmayaraq ki, uzun müddət partiya sədri olub, bir müddət parlament spikerinin müavini olub, amma iş yeri qeyd olunmadığına, vergi ödəmədiyinə görə ona müavinət verilmədi. Bundan əvvəl bizim istiqlalçı deputatlarımız oldu ki, deputatlara verilən müavinətlərdən kənarda qaldılar. Qanunvericiliyə dəyişiklik olunmalıdır.

- Partiyalara ofislər veriləndə, iqtidar partiyaları ilə bir yerdə işğaldan azad olunmuş rayonlara səfərlərə gedib, birgə tədbirlər keçirən zaman sizə qısa şəkildə desək, “hakimiyyətə qulluq edən müxalifət” adı qoyuldu. Partiyalara maliyyə ayrılarsa, hansı münasibət sərgilənəcək? Partiyalara maliyyə ayrılarsa, cəmiyyətdən növbəti qınağa tuş gəlmə ehtimalı varmı?

- Birincisi, qərargahların verilməsi ilə bağlı çox yanlış yanaşmalar oldu. O yanaşmanı ortaya atan partiyalardan biri də Müsavat Partiyası idi. Hansı ki, 2001-ci ildə bizim qərargahımız əlimizdən alınan vaxt Müsavat Partiyasına dövlət tərəfindən qərargah verilmişdi. Məhz onlar da partiyalara qərargahlar veriləndə başladılar ki, “hakimiyyətə işləyəcəklər” və sair... Xalq Cəbhəsi Partiyası da qərargahla təmin olunmuşdu, amma onlar da buna qarşı danışdılar. Bir çox hallarda dövlətlə hakimiyyəti qarışdırırlar. Qərargahın verilməsi dövlətin borcudur və burada qəbahət yoxdur. Bu, siyasi partiyanın fəaliyyətinə müsbət təsir edə bilər. Biz eyni zamanda şəffaf maliyyələşməni nəzərdə tuturuq və bu da Azərbaycan dövlətinin büdcəsi hesabına ola bilər. O büdcədən maliyyələşmə hakimiyyətədən maliyyələşmə deyil. Ona görə də bu, siyasi partiyaların fəaliyyətinə bu və ya digər formada təsir etməyəcək. Cəmiyyət buna da hazır olmalıdır. Cəmiyyət doğru-düzgün məlumatlandırılmalıdır ki, kənar fikirlər səslənməsin.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru