AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                 

“Kimsə deyirsə ki Azərbaycan hakimiyyəti bilavasitə Türkiyədə və ya Rusiyada keçirilən seçkilərdən asılıdır, yanlış düşünür” - deputatdan ilginc açıqlamalar
Tarix: 13-06-2023, 10:25 | Çap et
“Kimsə deyirsə ki Azərbaycan hakimiyyəti bilavasitə Türkiyədə və ya Rusiyada keçirilən seçkilərdən asılıdır, yanlış düşünür”
DİA.AZ beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsini təqdim edir:

- Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması nə üçün uzanır? İddialar var ki, danışıqlar formaldır, bu proses də bir neçə il davam edə bilər...

- Düşünmürəm ki, indiki vəziyyətdə böyük sülh sazişi imzalansın. Biz istərdik ki, münasibətlər qaydasına düşsün, kommunikasiyalar açılsın, iqtisadi əməkdaşlıq bərpa edilsin, regionda dayanıqlı sülh əldə edilsin. Amma bu, arzular ola bilər. Sülh sazişinin imzalanmamasının bir neçə səbəbi var. Düşünürəm ki, əsas səbəb Ermənistanın müstəqil dövlət olmamasından irəli gəlir. O dövlətin müstəqil siyasət aparmaq imkanı yoxdur, bünövrə düzgün qoyulmayıb. Bir çoxları məğlubiyyəti Nikol Paşinyanla əlaqələndirirlər, amma bu, belə deyil. Onlar SSRİ dağıldıqdan sonra özlərinə aid olmayan torpaqlara iddia etdilər, qan töküldü, Xocalı və digər rayonlarda, kəndlərdə soyqırımlar törədildi... İşğalçılıq mahiyyəti onları xarici qüvvələrdən daha çox asılılıq vəziyyətinə gətirdi: iqtisadi infrastruktur başqa dövlətin mülkiyyətinə keçdi, hərbi bazalar yerləşdirildi, sərhədlərin qorunması onlara etibar edildi... Yəni müstəqil siyasət həyata keçirmək üçün ilk növbədə dövlətin bütövlüyü olmalıdır. Ermənistanda, hətta kadr dəyişikliyi edilən zaman da diasporla məsləhətləşməyə məcburdur. Bilirsiniz ki, diasporun özündə də millətçi, nə vaxtsa Ermənistandan küsüb getmiş daşnaklar, müxtəlif terror təşkilatlarının üzvləri olan insanlar cəmləşiblər. Onlar rahat şəkildə başqa ölkələrdə oturublar, daim düşmənçilik toxumları səpməklə məşğuldurlar. Bir çoxları da parçalanmış vəziyyətdədir, müxtəlif geosiyasi qüvvələrə xidmət edirlər. Bizə elə gəlir ki, Ermənistan diasporu vahiddir, imkanları genişdir, bu, aysberqin görünən tərəfidir, reallıqda belə deyil. Digər səbəb regionda siyasi güclərin ənənəvi maraqlarının toqquşmasıdır. 200 il bundan əvvəl də Cənubi Qafqaz beynəlxalq güclərin maraq dairəsində olub, indi də belədir. Hər vəchlə çalışırlar ki, siyasətləri davam etdirilsin. Bir məsələni də qeyd edim, Ermənistan cəmiyyətinin özündə də barışmaz mövqedə olan, Azərbaycanafobiya, Türkiyəfobiya hissləri ilə yaşayan qüvvələr kifayət qədərdir. Onlar müharibədəki ağır məğlubiyyəti heç cür qəbul edə bilmirlər, cəmiyyəti, hökuməti yeni müharibəyə təhrik edirlər. Bu faktorlar sülh sazişinin imzalanmasında əsas maneədir. İnanmıram ki, yaxın gələcəkdə böyük sülh müqaviləsi imzalansın, amma hansısa sahələr üzrə çərçivə sazişləri imzalana bilər.

- Ermənistanın hazırki baş naziri Nikol Paşinyan əvvəlki rəhbərlərdən fərqli olaraq, danışıqlara daha çox meyillidir...

- Bəli, Paşinyan danışıqlara meyillidir, amma onun kifayət qədər potensialı yoxdur ki, siyasət həyata keçirsin. O, özü üçün ayrılmış vaxtı itirib. Çalışdı ki, yeni bəhanələrlə nəsə yeni dividentlər əldə etsin. Gah ATƏT-in Minsk Qrupunu dövriyyəyə qaytarmağa, gah da Qarabağdakı erməni icması üçün “status” almağa çalışdı. Hətta 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyanatın əleyhinə çıxış etdi: erməni silahlı dəstələrini Qarabağdan çıxarmadı, Zəngəzur dəhlizinin açılmasına maneə törətdi. Düşünürəm, Paşinyan özü də hadisələrin girovuna çevrilib, bir tərəfdən hakimiyyətin itirilməsindən qorxur, digər tərəfdən fiziki baxımından aradan götürülməsindən çəkinir. O da sağalmaz “erməni xəstəliyi”ndən tam azad olmayıb. Sülh sazişinin imzalanması üçün nə beynəlxalq, nə də daxili şərait yetişib. Belə bir şərait olduqda saziş imzalanacaq. Konkret vaxtı isə söyləmək çətindir. Rusiya-Ukrayna müharibəsinin nəticəsinin prosesə çox ciddi təsiri olacaq.

- Paşinyanın fiziki baxımdan aradan götürülməsi nə dərəcədə realdır?

- Nikol Paşinyanın fiziki baxımdan aradan götürülməsi real söhbətdir. Ermənistanın praktikasında belə şeylər olub, məsələn, 1999-cu ildə parlament gülləboran edilib. Müharibədən sonra İranın timsalında çox təhlükəli oyunçu üzə çıxıb. İndiki halda Rusiyanın edə bilmədiklərini İran həyata keçirir.

- İran məsələsinə toxunmuşkən, bilmək istərdim, İranla Azərbaycan arasında münasibətlər hansı səviyyədədir? Əvvəlki gərginlik qalırmı? Xarici işlər nazirləri bir neçə dəfə telefonla danışıblar...

- Ölkələrarası münasibətlərdə heç bir halda yumşalma yoxdur. Xarici işlər nazirləri telefonla danışa bilərlər, bu, normaldır, gərginliyin azalması demək deyil. Münasibətlərin qaydaya düşməsi üçün günahkar tərəf müəyyən addımlar atmalıdır. Dünya praktikasında belədir: sən mənim səfirliyimə hücum etmisənsə, vətəndaşımı qətlə yetirmisənsə, digər əməkdaşları yaralayırsansa və barışdırıcı mövqedən çıxış etmirsənsə, hansı normallaşmadan söhbət gedə bilər? Nə kompensasiya ödəyir, nə də üzrxahlıq edir... Biz sənin vassalınıq? İranla Azərbaycan arasında münasibətlərin normallaşması biləvasitə İrandan asılıdır. Azərbaycan istənilən dövlətə qarşı sülhpərvər mövqedən çıxış edir. Hətta 30 il ərzində xalqımıza qarşı cinayətlər törətməsinə baxmayaraq, Ermənistanla əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Cənab Prezident İlham Əliyev dostluq əlini bütün dövlətlərə uzadıb. Amma bu addım lazımi şəkildə qiymətləndirilmirsə, təbii ki, burada səbəbi başqa şeydə axtarmaq lazımdır. Biz hələ molla rejiminin xeyirxah əməlini görmürük. Əksinə Güneydə mitinqlərdə iştirak edən gənc soydaşlarımızı edam etməklə məşğuldurlar...

- Bəziləri bunu İranın daxili işi adlandırır...

- Ümumiyyətlə, insan hüquq və azadlıqları heç bir ölkənin daxili işi deyil. Kimsə cinayət törədibsə, bu, daxili işdir. Amma kimisə söylədiyi fikirlərə görə edam etmək daxili iş ola bilməz.

- İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin valideynləri iddia edirlər ki, övladları iki ölkə arasındakı konfliktin qurbanı olub. Sizin fikirlərinizi bilmək istərdik.

- Bu fikirlə razı deyiləm. O tələbə molla rejiminin anti-bəşəri siyasətinin qurbanıdır. Gərginlik son illərdə, əsasən Vətən müharibəsindən sonra başlayıb. Axı həmin müddətdən əvvəl də ziyalılarımızı, şairlərimizi girov götürüblər, izahat da verməyiblər. Yəni bu, ölkənin mahiyyətindən irəli gəlir. Azərbaycanda “Kərimə dövləti”ni qurmaq istəyənlərə, dünyəvi dövlət quruluşunu dəyişməyə çalışanlara, dövlətimiz əleyhinə cinayətlər törədib İranda gizlənənlərə, narkotik satanlara qarşı hüquq mühafizə orqanlarımız tərəfindən addımlar atıldı. İran da bizim sağlam düşüncəli vətəndaşlarımızı girov saxlayır... Ona görə mən Fərid Səfərlini ölkələrarası konfliktin qurbanı hesab etmirəm. Gənclər ehtiyatlı olmalıdırlar, heç kəsə sirr deyil ki, son 30 ildə İranın xüsusi xidmət orqanları Azərbaycanın, Gürcüstanın, o cümlədən digər İslam ölkələrinin daxilində çox geniş şəbəkə qurublar. Onlar xristian ölkələrində belə, azərbaycanlılardan istifadə edirlər... Narkotik Azərbaycana haradan gəlir?

- İrandan...

- Elə bir gün olmur ki, 100 kilolarla narkotik keçirməyə cəhd etməsinlər... Bu, gənclərin genefondunun məhv edilməsinə hesablanıb... Hüquq mühafizə orqanları ciddi tədbirlər görür, narkotik satışını həyata keçirənlərə qarşı əməliyyatlat keçirir.

- Narkotik satışı ilə bağlı cəzalar daha da sərtləşdirilsə, necə effekt verər?

- Bununla iş bitmir... Cəzaların sərtləşdirilməsinin tərəfdarıyam, amma cəmiyyət bütövlükdə mübarizə aparmalıdır. Bəzi hallarda tonlarla narkotik ixrac edən dəstələr müdafiə olunurlar, bunlara kortəbii şəkildə səcdə edirlər, bunun kökünü kəsməliyik... Yəni prosesi yaradan səbəbləri aşkara çıxarmalıyıq, mübarizə aparmalıyıq. Gənclər başa düşməlidirlər ki, Azərbaycana narkotik ixrac edənlərin, əkənlərin, satanların bir məqsədi var: Azərbaycan xalqının genefondunu məhv etmək. Azərbaycanın düşmənləri ölkəmizdə sağlam gənclərin olmasını istəmirlər.

- Nikol Paşinyanın növbəti dəfə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi birmənalı qarşılanmadı. Bildirildi ki, Ermənistan iddialarından əl çəkmədikcə belə yüksək səviyyəli tədbirlərə dəvət edilməməlidir...

- Paşinyanın Türkiyənin növbəti dəfə seçilmiş prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi Türkiyə dövlətinin böyüklüyünün göstəricisidir. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşmadığı halda, perspektiv yoxdur. Biz indiki halda Paşinyan düşüncəli insanlarla işləməliyik, nəinki revanşist xislətli Koçaryanlarla, Sarkisyanlarla... Türkiyədə yaşayan ermənilər də Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasında maraqlıdırlar. Bizim Türkiyə ilə qardaşlıq münasibətlərimiz var, Şuşa Bəyannaməsini imzalamışıq. Türkiyə heç zaman Azərbaycan əleyhinə prosesdə iştirak etməz və etməyəcək. Ona görə də rahatıq, Türkiyə həm də Azərbaycanın mövqeyindən çıxış edir.

- 2024-cü ildə Rusiyada prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Hazırki prezident Vladimir Putin namizədliyini irəli sürərsə, qalib gəlmə şansı varmı?

- Rusiya-Ukrayna müharibəsinin nəticələrindən çox şey asılıdır...

- Türkiyədə və ya Rusiyada prezident seçkiləri keçirilən zaman nəticənin Azərbaycan hakimiyyətinə də təsir edəcəyini bildirirlər. Bu, yanaşmanı necə qiymətləndirirsiniz?

- Bu, yanlış fikirdir. Türkiyədə və ya Rusiyadakı seçkilərin Azərbaycana ciddi təsiri yoxdur. Kimsə deyirsə ki Azərbaycan hakimiyyəti bilavasitə Türkiyədə və ya Rusiyada keçirilən seçkilərdən asılıdır, yanlış düşünür. Azərbaycan dövləti kifayət qədər oturuşmuş və güclüdür. Ölkəmiz kimdənsə asılı deyil. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin dövlətçilik məfkurəsi əsasında qurulub və bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici siyasət qarşılıqlı hörmətə əsaslanır. Azərbaycanın iqtisadi imkanları, güclü ordusu, cəmiyyətdəki vahid birlik istənilən qlobal gücə qarşı manevr imkanlarımızı artırır, kifayət qədər immunitetimiz var...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru