“Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                 

Müsavatın qalmaqallı namizəd siyahısı - Həm daxildə narazılıq var, həm də kənarda
Tarix: 2-09-2015, 11:57 | Çap et
Müsavatın qalmaqallı namizəd siyahısı
Parlament seçkilərinə sayılı günlər qaldıqca, partiyalar öz namizədlərini seçmək və təqdim etməkdədir. Təbii ki, hərəsi özünə uyğun formada. Məsələn, Müsavat Partiyası bu günlərdə keçirdiyi yığıncaqda buna cəhd edib. Cəhd edib ona görə deyirik ki, bu dəfə də partiyada hələ də normal atmosfer yaranmadığı, “partiya” kəlməsinə yaraşan durum olmadığı üzə çıxıb. Belə ki, iclas Arif Hacılının sədr olduğu gündən müşahidə olunan narazılıqla keçib. Hətta vəziyyət o həddə çatıb ki, iclas zamanı üzvlər arasında dava düşüb. Belə ki, Müsavat Partiyası Məclisinin iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin müəyyənləşdirilməsi məsələsinin müzakirəsi zamanı qalmaqal yaşanıb. Səbəb isə bu dairədən kimin namizədliyinin verilməsi ilə bağlı olub. Namizədlər isə Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov olub. Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb. Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.

Onu da deyək ki, parlamentə namizədliyi irəli sürülənlər arasında A.Hacılıya qarşı çıxmış heç bir şəxsin adı yoxdur. Bu, onu göstərir ki, bu şəxs hələ də diktator xislətindən əl çəkməyib və bu qədər iradları, tənqidləri qəbul etməməkdə davam edir. Onun bu addımı etirazla qarşılanıb və çox ciddi tənqid hədəfi olub. Başqanlığa keçmiş namizədlər Tural Abbaslı və Qubad İbadoğlunun tərəfdarlarının adının siyahıya salınmamasına T.Abbaslı özü də etiraz edib. Bildirib ki, hazırkı başqan hələ də qrup maraqlarından kənara çıxa bilməyib: “Siyahıda bir çox dəyərli dostlarımız, fədakar müsavatçılar var. Amma kənarda qalan Qubad bəyin və mənim tərəfdarlarıma baxaq. Yetərincə cəmiyyət və partiya daxilində nüfuza sahib, səs toplayacaq şəxslərdir. Bu şəxslərə partiyanın ehtiyacı var. Müsavat rəhbərliyi artıq reallıq hissini itirib. Partiya böhranlı vəziyyətə doğru aparılır. Bu seçki barışıq mühitinin yaradılması üçün bir şans idi”.

“Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy da məsələyə münasibət bildirib və onun rəyinin soruşulmamasından gileylənib: “Söhbət növbəti dəfə seçkidə iştirak edib-etməməkdən getmir. Amma ədalət naminə bəzi mətləblərin yazılmasına, deyilməsinə zərurət var. 2010-cu ildə partiyaya 2 min səs qazandırmış namizədin də rəyini soruşmaq olardı. Görünür, partiyada hələ də keçən ilin qurultayqabağı və sonrakı mərhələsində Qubad İbadoğlunu müdafiə etmiş şəxslərə mövcud olan qıcıqlı münasibət davam edir. Olsun! Lakin seçkiöncəsi hələ də keçmişlə yaşamaq, alternativ fikrə dözümsüzlük partiyanın onsuz da zəifləmiş durumu üçün heç də yaxşı perspektiv vəd etmir, inanın! Əgər ötən seçkidə Müsavat 3 faizlik baryeri keçsəydi, orda bir çoxları kimi, mənim də rolum olacaqdı. Yeri gəlmişkən, Tural Abbaslı kimi gənc dostların da siyahıdan kənarda saxlanılması qıraqdan heç də normal görünmür. Başqa adlar da var”.

Maraqlı məqam odur ki, A.Hacılının qalmaqallı addımı tək bu deyil. Onun verdiyi növbəti qərar da diqqət çəkib və müzakirə mövzusuna çevrilib. Belə ki, o, seçkilərdə qardaşı Mustafa Hacıbəylinin də namizədliyini irəli sürüb: özü də məhz digər müxalif partiya sədri – AXCP lideri Əli Kərimlinin namizədliyini verməyə hazırlaşdığı dairədən. Bu isə onu göstərir ki, bu iki partiya seçki prosesində də düşmənçiliyi davam etdirəcəklər.

Müsavatda müşahidə olunan daha bir ironik məqam isə eks-başqan, siyasətdən getdiyini açıqlayan İsa Qəmbərin də namizədliyinin irəli sürülməsidir. Belə ki, o, seçkilərə 15 saylı Yasamal Birinci Seçki Dairəsindən qatılacaq. Bu qərar isə partiyadakı mövcud vəziyyətlə bağlı bir çox suallar yaradır. Bu şəxsin heç kabinetini tərk etmədiyi, onu yeni başqana təhvil vermədiyi məlum məsələdir. Partiyada qeyri-rəsmi sədrlik etdiyi, hər şeyin onun istəyinə uyğun olaraq həyata keçirildiyi də hamıya bəllidir.
Bu faktlar göstərir ki, Müsavat Partiyası uçurumun dibinə yuvarlanıb və sanki süni nəfəslə zorla həyatda qalıb. Göründüyü kimi, partiyada parçalanma vəziyyəti davam edir və bu cür narazılıq fonunda yenidən birlik yaratmaq, tərəflər arasında razılıq əldə etmək mümkün deyil.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru