Əsabil Qasımovun şirkətindən ÖZBAŞINALIQ - FOTOLAR
Tarix: 9-10-2017, 15:02 | Çap et
Ölkə başçısının Bakı şəhərində yaşıllıqların qorunması ilə bağlı ciddi tapşırıqlar verməsinə baxmayaraq, bəzi “işbazlar” buna məhəl qoymadan yaşıllıq zonalarını məhv etməkdən çəkinmirlər. Belə ki, son dövrlərdə məhəllələrdə, yol kənarlarında yaşıllıqların məhv edilməsi sanki adi hala çevrilib. Bu cür mənzərə daha çox Yasamal rayonu ərazisində qeydə alınmaqdadır. Hələ bir neçə ay bundan öncə ölkə başçısının müdaxiləsi nəticəsində Yasamal rayonu ərazisində, Mətbuat prospektində “Ovçular evi” və ətrafındakı yaşıllıq zonası məhv edilərək yerində inşası nəzərdə tutulan hündürmərtəbəli bir binanın tikintisi dayandırıldı. Dövlət başçısının tapşırığına əsasən orada park salındı. Bu hadisədən sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edildi. Azərbaycan prezidentinin bu mövqeyindən sonra belə, Yasamal rayonu ərazisində yaşıllıqlara qarşı münasibət dəyişmədi ki, dəyişmədi… Belə ki, Yasamal rayonunun yerli icra orqanları bundan nəticə çıxarmaq əvəzinə bu prosesi daha da sürətləndirdilər. Qeyd edık ki, son dövrlərdə Yasamal Rayon İcra Hakimiyyətinin iş adamları ilə əlbir olaraq həyata keçirdikləri layihələrin icrası zamanı vətəndaşların hüquqları kobud surətdə pozulur, yaşıllıqlar məhv edilir. Buna misal olaraq bir müddət öncə Yasamal rayonu, Zahid Xəlil küçəsində, Abbas Mirzə Şərifzadə küçəsi 162 və 174 ünvanında, “İnşaatçılar” metrosunun yanında beşmərtəbəli binaların sökülməsini qeyd etmək olar. “İşbazlar” sözügedən ünvanda yerləşən binaların qəzalı olması adı ilə əhalini köçürərək, onun yerində hündürmərtəbəli bina tikməyi planlaşdırır. Onu xüsusilə qeyd etmək lazımdır ki, bu ünvanlar “İnşaatçılar” metrosunun yaxınlığındadır və burada ucaldılacaq göydələnlərin aşağı mərtəbələri ticarət mərkəzi olacaq. Bir məqamı da vurğulamaq istərdik ki, Şərifzadə küçəsinin sözügedən göydələnlərin tikiləcəyi yerin qarşı tərəfi birmərtəbəli binalardır və şəhərin arxitekturasına uyğun gəlmir. Amma “SKY Residence” MMC və “Qismət” MMC həmin ərazidə göydələn tikmək əvəzinə nədənsə beşmərtəbəli binaları hədəf seçib. Həmin binalardan əhali köçürülərkən onlara təklif edilən məbləğ az olduğundan bu, bina sakinlərinin etirazına səbəb olub. Lakin buna baxayaraq, onlar fakt qarşısında qoyuldu. Dedilər ki, guya bina tikildikdən sonra elə beşmərtəbəli binadan ev veriləcək və bu müddət ərzində kirayədə yaşayacaqları evlərin icarə haqqı MMC tərəfindən ödəniləcək. Binadan çıxmaq istəməyənlər isə məhkəmə qərarı ilə evdən çıxarıldı. Hazırda hər iki ünvanda binaların sökülməsi prosesi gedir. Bunu deməkdə məqsədimiz Bakıda müasir tipli binaların və ya ticarət mərkəzlərinin tikintisinə qarşı çıxmaq deyil. Məqsəd ilk olaraq belə binalar tikilərkən vətəndaşların hüquqlarının pozulması və bu binaların ətrafındakı illər boyu böyük zəhmət hesabına salınan yaşıllıq zolağının, ağacların bir gündə məhv edilməsinə – “yaşıl soyqırım”la bağlı müvafiq qurumları məlumatlandırmaqdır. Nəzərinizə çatdıraq ki, “SKY Residence” MMC adıçəkilən ünvanda binaları sökməklə yanaşı, oradakı uzun illər boyu böyük əzab-əziyyətlə becərilən yaşıllığı bir gecə də məhv edib. Belə ki, “SKY Residence” MMC oktyabrın 8-də Şərifzadə 162 ünvanında “yaşıl soyqırım” həyata keçirib. Həmin binanın qarşısındakı yaşıllığı uzun zamandır ki, hasara almışdılar və sakinlərə bəlli idi ki, sözügedən ərazidə yerləşən ağaclar məhv ediləcək. Elə bu səbəbdən də ətraf binalarda yaşayan insanlar ağacların qırılmasına imkan vermirdilər. Buna baxmayaraq, şirkətin əməkdaşları həmin ərazidəki ağacları kəsmək üçün bir neçə dəfə cəhd ediblər. Dünən gecə saatlarında isə “SKY Residence” MMC-nin əməkdaşları texnikanı yeridib ağacları məhv ediblər. Sakinlərin sözlərinə görə, həmin ağacların 40 ildən artıq yaşı vardı: “Bir gün içərisində şirkət bu ünvanda olan onlarla ağacı məhv edib”. Məsələ ilə bağlı Gununsesi.info-nun araşdırmaları nəticəsində o da bəlli olub ki, adıçəkilən şirkət – “SKY Residence” MMC iş adamı, deputat Əsabil Qasımova məxsusdur. Buradan da belə qənaətə gəlmək olar ki, qanunverici hakimiyyətin təmsilçisi olan Əsabil Qasımov Bakıda əzab-əziyyətlə becərilən yaşıllıq zonasının məhvinə səbəb olur…     

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
|