Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                 

Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"? - ARAŞDIRMA
Tarix: 19-04-2021, 08:39 | Çap et
Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?
Azərbaycanın qərb bölgəsinin mərkəzi olan, dövlətçilik tariximizdə mühüm yer tutan Gəncə şəhəri ölkədə geniş miqyasda abadlıq-quruculuq işləri aparılan şəhərlərdəndir.

Bu məqsədlə hər il dövlət büdcəsindən Gəncə şəhərinə on milyonlarla vəsait ayrılır. Gəncə şəhərində son bir neçə ildə inşa edilən nə böyük layihələrdən biri də Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisidir. Bu layihələrin inşasına xərclənən vəsait artıq 42 milyon manatı adlayıb.

Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?
Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?

Gəncə şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu hər iki layihəni birbaşa müqavilə əsasında "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti inşa edir.

40 manat kapitallı MMC-yə 40 milyonluq tikinti

Qlobal.az xəbər saytının bu dəfəki araşdırması Gəncə şəhərində dövlət büdcəsi hesabına 42 milyon manatdan artıq tikinti işləri barədədir. Sözügedən tikinti işlərini "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti aparır.

Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?

"Rövşən Oğuz Qrup” MMC 2009-cu ilin aprel ayında təsis edilib. Vergilər Nazirliyinin bazasında olam məlumatlara görə şirkətin hüquqi ünvanı (əvvəlki hüquqi ünvanı Oğuz şəhəri, Nəsimi küçəsi ev 11) Əhməd Rəcəbli 1, ev 8, "Adore Plaza"-nın 3-cü mərtəbəsidir.

40 manat nizamnamə kapitalı olan "Rövşən Oğuz Qrup” MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.

Hafiz Mustafayev 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə dövlət başçısı tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Maraqlıdır ki, 8 rəqəmli smetası olan tikinti işlərini həyata keçirən "Rövşən Oğuz Qrup” MMC-nin fəaliyyət profili, indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verən saytı yoxdur.

Şirkətin feysbuk səhifəsi isə daha bərbad və acınacaqlı durumdadır.

Belə ki, şirkətin feysbuk səhifəsində ən son paylaşım iki il bundan əvvəl - 2019-cu ilin mart ayında olub. İki layihəsi 42 milyon olan şirkətin feysbuk səhifəsindəki paylaşımlarının baxış sayı isə 10-15 arasıdır. Adi məntiqlə düşünsək, deməli, bu şirkətin baş ofisində çalışan şəxslər evlərinə çörək qazandıqları şirkətin feysbuk səhifəsinə baxmırlar... https://www.facebook.com/rovshanoguzgroup/about/

Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?

Feysbuk profilində yazılanlara görə şirkət mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluq xidmətləri göstərən şirkətdir.

Gəncədə Dram teatrı ilə İdman Sarayının smetası şişirdilir?

"Rövşən Oğuz Qrup” MMC Gəncədə fəaliyyətə hansı ildə başlamağı barədə dəqiq məlumat olmasa da, şirkətin rəhbərinin 2017-ci ildə fəxri ad almasını əsas götürsək, deməli, bu şirkətin şəhərdəki fəaliyyəti bir neçə il öncəyə, şəhərin icra hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin dövrünə gedib çıxır.

Ancaq "Rövşən Oğuz Qrup” MMC-nin Elmar Vəliyevin dövründə Gəncə şəhərində hansı işləri gördüyü barədə məlumat yoxdur. Hər halda şirkətin feysbuk səhifəsində belə məlumatlara rast gəlinmir.

Şirkətin bu zamana qədər hansı böyük layihələrə imza atması da bilinmir. Dövlət Satınalmalarının bazasında isə "Rövşən Oğuz Qrup” MMC-nin 2017-ci ildə Dövlət Neft Fondunun 5 xırda layihəsini həyata keçirdiyi barədə məlumatlar qeyd edilib. Bu layihələrin ən böyüyünün smetası 11376 manat təşkil edib.

Lakin bir il öncə - 2020-ci ilin aprel ayının 9-da "Rövşən Oğuz Qrup” MMC Gəncə Şəhər İcra Hakimiyyəti ilə ümumi məbləği 21.500.000 manatlıq birbaşa müqavilə bağlayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə "Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi" (16.900.000) və "Gəncə şəhərində İdman Sarayının tikintisi" (4.600.000) üzrə hər iki müqaviləni eyni gündə imzalayıb.

Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?

Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında 2020-ci ilin aprel ayında bağlanan birbaşa müqavilənin üstündən iki ay sonra İcra Hakimiyyəti ilə şirkət arasında iyun ayının 10-da "İdman Sarayının Tikintisi işlərinin davam etdirilməsi" lotu üzrə 1.8 milyon manat dəyərində daha bir satınalma müqaviləsi imzalanıb. Əlbəttə bu son deyil.

Novruz bayramı ərəfəsində, yəni, mart ayının 19-da Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında "Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.350.000) və "İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.400.000) lotları üzrə ümimilikdə 18.750.000 manatlıq müqavilə imzalanıb.

Təbii ki, sözügedən tikinti layihələrinə xərclənən dövlət vəsaitlərinin artması barədə isə ölkə ictimaiyyətinə nə Gəncə Şəhər İcra hakimiyyəti, nə də "Rövşən Oğuz Qrup” MMC indiyədək heç bir məlumat verməyib.

Ən maraqlı olan isə layihəyə xərclənən dövlət vəsaitlərinin günbəgün şişirdilməsidir.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti ötən həftə, aprel ayının 15-də "Gəncə şəhərində İdman Sarayının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması (əlavə və dəyişiklərə əsasən) işlərin satın alınması lotu üzrə 418.400 manatlıq daha bir satınalmaya yekun vurub.

Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"?

Satınalmanın qalibi "Başak Proje və Dizayn" MMC olub. Şirkətin qanuni təmsilçisi Kamil Gungor Guldur.

Keçirilən satınalınmanın mahiyyəti sözügedən layihələrə bundan sonra da dövlət büdcəsindən vəsait axınının davam edəcəyini göstərir.

Qlobal.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru