Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                     Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq .....                     Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ .....                     İnsanlar hər ay banklara 240 manat borc ödəyir .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                 

Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR... - ETİRAZ VAR...
Tarix: 22-01-2024, 18:01 | Çap et
Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR...
Əhalini narazı salan xidmət sahələrindən biri də nəqliyyat sektoru, marşrut xətlərindəki özbaşınalıqlardır. Bu sektorda xəttə buraxılan avtobusların standartlara cavab verməməsindən tutmuş, sürücülərin qeyri-peşəkar davranışlarına qədər çoxsaylı problemlər müşahidə olunur. İctimai nəqliyyat sahəsindəki çatışmazlıqlarla bağlı mediada və sosial şəbəkələrdə dəfələrlə müzakirə açılsa da, nədənsə müsbətə doğru ciddi dəyişiklik müşahidə edilmir.

Daha acınacaqlı durum isə bölgələrdədir. Elə bu yazıdakı şikayət də paytaxtın təxminən 30 kilometrliyində yerləşən Sumqayıt şəhərinin ictimai nəqliyyat sektorundandır. Şəhərin Kotec qəsəbəsi – “Yaşıldərə” massivi marşruti üzrə hərəkət edən 10A saylı avtobusların iş prinsipi sərnişinlərin ciddi narazılığına səbəb olur. Açığı, bu marşrutdan bəhs edərkən “prinsip” sözündən istifadənin özü də yerinə düşmür. Çünki sözügedən avtobusların hazırkı fəaliyyəti demək olar ki, prinsipsizlik üzərində qurulub.

KONKRET.az-a müraciət edən Arif İsgəndərov adlı Sumqayıt sakini də adıçəkilən marşrutun daimi sərnişini kimi burada rastlaşdığı neqativlərdən danışıb.

Şikayətçinin sözlərinə görə, 10A marşrutu ilə bağlı sərnişinlərin narazılığı ilk növbədə avtobusların quruluşca əlverişsiz və narahat olmasıdır. Xəttə buraxılan çəhrayı avtobusların xüsusən ön giriş qapısından istifadə (əsasən də uşaqlar və qocalar üçün – red.) çox əziyyətlidir. Təəssüf ki, Kotec qəsəbəsi – “Yaşıldərə” massivi üzrə alternativ marşrut xətti olmadığından sərnişinlər məcburən bu əziyyətə qatlaşmalı olurlar. Təbii ki, sərnişinlərin üzləşdiyi belə fiziki əziyyət sürücülərin diqqətindən yayınmır və insanların minib-düşməkdə çətinlik çəkməsi onların da işini ağırlaşdırır. Təbii ki, bu məsələdə sözsüz ki, sürücülərin həll edə biləcəyi nəsə yoxdur. Yəni onların əlindən belə bir naqolay avtobusların xəttə buraxılmasına görə dillərinin altında deyinməkdən başqa bir iş gəlmir. Əslində biz də belə əlverişsiz avtobusların hansı səbəbdən ölkəyə gətirilməsinin səbəbini tapmaqda çətinlik çəkirik. Görünür, avtobusları alıb dövriyyəyə buraxanlar onun keyfiyyətindən çox, ucuzluğuna önəm veriblər.

Arif İsgəndərovun dediyinə görə, 10A marşrut xətti üzrə təxminən 20-yə yaxın avtobus işləyir. Onları idarə edən sürücülərin əksəriyyəti də sükan arxasına sanki öz öhdəliklərindən xəbərsiz halda, yəni təlimatlandırılmadan əyləşir. Vətəndaşın redaksiyaya təqdim etdiyi fotodan da görünür ki, avtobusu idarə edən sürücü peşə məsuliyyətindən xəbərsizdir. Sərnişin deyir ki, sözügedən marşrutda hər gün belə bir mənzərə ilə qarşılaşırlar. Bu avtobusun əksər sürücüləri bəzən hətta yolboyu 20-30 dəqiqə telefonla danışır, sükan arxasında tum çırtlayır, eyni xətdə işlədikləri digər sürücü həmkarları ilə intervala görə mübahisə edərək yollarda təhlükəli vəziyyət yaradırlar.

Vətəndaşın digər gileyi isə son zamanlar avtobuslar arasındakı intervalın xeyli artmasıdır. A.İgəndərov deyir ki, sürücülərə bununla bağlı irad bildirəndə belə cavab alıblar: “Avtobuslardan 7-8-i texniki baxımdan sıradan çıxdığına görə təmirə göndərilib. Təmir üçünsə ehtiyat hissələri yoxdur. Ona görə də hamısı qarajda ilişib-qalıb”.

Nəticədə avtobuslar arasındakı 6 dəqiqəlik interval 15-20 dəqiqəyə çatıb ki, bu da sürücülərlə sərnişinləri üz-üzə qoyub.

Əməkdaşımız şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxlayıb. Agentliyin sözçüsü məsələyə aydınlıq gətirərək bildirib ki, “10A nömrəli marşrut xəttində hazırda planlaşdırılan sayda – 14 ortatutumlu avtobusla sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Avtobusların iş qrafiki 6:15-dən 23:00-dək, marşrut xətti üzrə avtobuslararası interval isə 7 dəqiqə təşkil edir və avtobus sayında heç bir azalma müşahidə edilmir”.

T.Orucov əlavə edib ki, daşıyıcıya günün “pik” saatlarında avtobuslararası intervalın sərnişin axınına uyğun olaraq tənzimlənməsi tapşırığı verilib. Həmçinin, AYNA tərəfindən sərnişindaşınma imkanlarının artırılması üçün Sumqayıt şəhərində daşıma göstəricisi aşağı olan marşrutlara əlavə avtobuslar cəlb edilib. Şəhərdə nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə 10A nömrəli avtobus marşrutu da daxil olmaqla 12 marşrut xəttinə əlavə avtobuslar buraxılıb”.

Lakin yazı çapa hazırlanan müddətdə apardığımız müşahidələrdən də belə məlum oldu ki, “Sumqayıt nəqliyyat – 1” MMC tərəfindən xəttə buraxılan marşrutun real fəaliyyəti ilə rəsmi məlumatlar heç də üst-üstə düşmür. Abtobusların gecə saat 23:00-a qədər işləməli olduğu halda, 21:00-22:00-a qədər çalışması da həmin xəttin tabeliyində olan MMC tərəfindən nəzarətsiz buraxılmasının daha bir göstəricisidir. Bu qədər nöqsana adıçəkilən şirkət tərəfindən illərdir, göz yumulması da bir sıra qaranlıq məqamlardan xəbər verir.

Bu arada onu da xatırladaq ki, “Sumqayıt nəqliyyat – 1” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcova məxsusdur.

Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR...
Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru