“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                 

ƏMANƏTƏ XƏYANƏT ƏNƏNƏSİ
Tarix: 2-08-2012, 11:46 | Çap et
ƏMANƏTƏ XƏYANƏT ƏNƏNƏSİ

“ROYAL BANK”DA NİYƏ ƏMANƏT PROBLEMİ YARANIB?

Artıq 2 gündür ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsilə lisenziyası ləğv edilmiş “Royal Bank” ASC-nin əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılıb. Əmanətlər “Muğan Bank”, “AGBank” və “Bank Respublika” tərəfindən qaytarılacaq. Fondun məlumatına görə, ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17,3 milyon manatdır. Bankın əmanətlər üzrə məcmu öhdəlikləri 58 milyon manata bərabər olsa da, qorunan həcm yalnız 17,3 milyon manatdır (29 faiz). Qanunvericiliyə görə, fondun qoruduğu əmanətlər üzrə illik gəlirlik 12 faizdən çox olmamalıdır, kompensasiyanın maksimal məbləği isə 30 min manatdır.

FaktXeber.com-un verdiyi məlumata görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bildirib ki, Royal Bankda əmanətlərinin yalnız 29 faizinin geri qaytarılması bank sektoru üçün kifayət bədbin ənənənin formalaşmasından xəbər verir: “Burada məsələ heç də yalnız əmanətlərin məbləği və ya faiz dərəcəsi ilə bağlı deyil. Əslində, bir bank üzrə əmanətlərinin 71 faizinin geri qaytarılmaması bank sektorunda ciddi menecment probleminin olmasından xəbər verir. Əvvəlla, Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə kompensasiyaların məbləğini əmanətlər deyil əmanətçilər üzrə hesablayır ki, bu da beynəlxalq standartlara ziddir. Eyni zamanda, belə hesablama sistemi birmənalı şəkildə əmanətçilərin hüquqlarının pozulmasına xidmət edir. Belə ki, fond hər bir əmanətçinin bankda hətta müxtəlif hesablar üzrə yerləşdirdiyi əmanətləri cəmləyir və yalnız 30 min manatadək olan məbləğin geri ödənilməsini həyata keçirir. Bu isə təbii ki, bankın əmanətçilərinin daha az kompensasiya almasına gətirib çıxarır. İkincisi, əgər bankda yerləşdirilən hər 10 manatdan 7-si geri qaytarılmırsa bu o deməkdir ki, ya fond işini düzgün qura bilmir, ya da ümumiyyətlə belə fondun varlığına ehtiyac yoxdur. Fond bütün banklar üzrə “Risk Xərtəsi” hazırlayaraq hətta fəaliyyət göstərən amma əmanətlərinin əksəriyyəti sığortlanmayan banklar ilə müxtəlif formada iş aparmalıdır. Eyni zamanda əhalinin məlumatlandırılması və maarifləndirilməsinin həyata keçirilməsin ehtiyac var idi və təbii ki, yenə də var. Üçüncüsü, fond əmanətlərin geri qaytarılmamasında deyil daha çox kompensasiyanın ödənilməsində maraqlı olmalıdır ki, bank sektoru belə hallarda ziyan çəkməsin”.
İqtisadçı alim bildirib ki, sığortalanan əmanətlər üzr maksimim məbləğin uzun müddət 30 min manat saxlanılması və artırılmaması eyni zamanda fondun proseslərə seyrçi mövqeyindən xəbər verir. Avropa ölkələrinin əksəriyyətində sığortalanan məbləğlər üzrə limitlər yoxdur, post-sosialist ölkələri olan Mərkəzi və Şərqi Avropa ölkələri üzrə orta məbləğ 100 min avrodur. Təəssüf ki, sığortalanan əmanətlərinin maksimum məbləği ilə bağlı müəyyənləşdirilən rəqəm ölkədə əhalinin gəlirlilik səviyyəsinə uyğun deyil. Əgər, Azərbaycanda əhalinin gəlirləri artırsa bu tendensiyaya uyğun olaraq sığortalanan əmanətlərin maksimum məbləği də yüksəldilməlidir. Maraqlıdır ki, məbləğ müəyyənləşdirilən zaman heç bir ciddi meyardan istifadə edilməyib. Sığortalanan məbləğin az olması isə banklarda sığortalanmayan əmanətlərin həcminin artmasına gətirib çıxarıb.

Vüqar Bayramovun sözlərinə görə, Royal Bank müflişləşməsinə sadəcə bir bankın faciəsi kimi baxmaq doğru deyil. Bunun mənfi təsirləri artıq bütövlükdə bank sektorunda müşahidə edilməkdədir. Bank sektoru həssas sfera kimi digər sahələrdən fərqlənir. Əgər real sektorda müəssisələr rəqiblərinin müflis olmasında maraqlıdırlarsa və bununla daha çox bazar əldə edə bilirlərsə banklar hər hansı bankın çökdürülməsin can atmırlar. Çünki hətta zəif bankın belə müflis olması bütövlükdə bank sektoruna inamın azalmasına və əmanətçilərin digər banklardan da öz əmanətlərini geri çəkməsinə səbəb olur. Bu baxımdan, hətta inkişaf etmiş ölkələrdə Banklar Assosiyasiyaları müflis olmaq təhlükəsi olan banklara yardımlar edirlər ki, onlar ayaqda qalsınlar. Bu baxımdan, Royal Bankın müflisləşməsi bank sektoruna inamın kəskin azalmasına gətirib çıxaracaq. Artıq bu inam azlığından təşvişə düşən bir sıra banklar depozitlər üzrə faiz dərəcəsini orta hesabla 2 faiz artırıblar. Daha yüksək faiz təklif etməklə bəzi banklar əmanətçiləri cəlb etməyə çalışırlar. Bu eyni zamanda, əmanət bazarında mövcud durğunluğun yaranmasından xəbər verir.

İSİM rəhbəri deyib ki, Royal Bankın müflisləşməsi bu sektorda konseldasiya ilə bağlı islahatların aparılmadığından xəbər verir. Beynəlxalq Valyuta Fondunun zaman-zaman gündəmə gətirməsinə baxmayaraq bankların birləşdirilməsi ilə bağlı təşviqedici fəaliyyətlər həyata keçirilməyib. Təbii ki, Mərkəzi Bank inzibati yollar ilə bankların birləşdirilməsini həyata keçirə bilməz. Amma zəif bankları buna təşviq etmək Mərkəzi Bankın fəaliyyət istiqamətlərindəndir. Bankların sayı ilə beynəlxalq standardlar olmasa da 9 milyon əhalisi olan Azərbaycanda fəaliyyət göstərən bankların sayının 45 olması kifayət qədər böyük rəqəmdir. Məsələn, Qazaxıstanda fəaliyyət göstərən bankların sayı cəmi 44-dir- baxmayaraq ki, bu ölkənin əhalisi Azərbaycanda yaşayanlardan təxminən 2 dəfə çoxdur, eyni zamanda Ümumi Daxili Məhsulu (ÜDM) bizim ÜDM-dən isə 3 dəfəyə yaxın artıqdır. Əslində, bank sektorunda fərdi oyunçuların çoxluğu nəticədə bəzi bankları müflisləşmə təhlükəsi ilə üz-üzə qoyub.

Vüqar Bayramov onu da bildirib ki, Azərbaycan bank sektorunda azacıq liberallaşma bir neçə bankın qısa zamanda müflis olmasına səbəb olacaq. Mərkəzi Bankın qapalı saxladığı meydançada oyunçular o qədər zəifdir ki, bir xarici transfer çoxlu sayda yerli bankların ofsayta düşməsinə gətirib çıxaracaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru