Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                 

Onlar niyə "vuruldu"? - TƏFSİLAT
Tarix: 24-04-2018, 08:15 | Çap et
Onlar niyə "vuruldu"?
Azərbaycan hökumətinin yeni tərkibində yer almayan məmurlar arasında iki nazir diqqəti cəlb edir. Bunlar sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Hər iki şəxs nazir postuna təyin olunarkən rəhbərlik etdikləri sahələrdən böyük gözləntilər vardı. Hər iki istiqamət dövlətin prioritetləri sırasındaydı. Hər iki sahədə ciddi islahatların aparılmasına, dəyişikliklərin edilməsinə ehtiyac böyük idi.

H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri olduqdan sonra ilk işi ətrafına özü kimi maliyyəçiləri toplamaq oldu. On illərlə kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssislər işdən uzaqlaşdırıldı, əvəzində işdən məlumatsız maliyyəçilər götürüldü.

Aqrar sektor dövlət rəhbərliyinin birbaşa diqqətində olan sahələrdən bəlkə də birincisidir. Son illərdə xüsusilə bu sektorun inkişaf etdirilməsi qarşıya bir nömrəli məqsəd kimi qoyulub. Ölkə rəhbərliyi aqrar sektorun dirçəlməsi üçün lazım olan bütün maliyyə və resurs dəstəyini verməkdədir. Bu şəraitdə kənd təsərrüfatına rəhbərlik edən şəxsin çevik işləyən, sahəni doğru-düzgün bilən, nəhayət, ölkə qarşısındakı yeni çağırışlara cavab verəcək biri olmalıdır. H. Əsədov bu tələblərin heç birinə cavab vermirdi desək, yanılmarıq.

H.Əsədovun nazir təyinatından az sonra KTN daxilində, xüsusilə də əsas korrupsiya mənbəyinə çevrilmiş “Aqrolizinq” ASC sistemində müəyyən dəyişikliklər oldu, bir sıra rayonlarda yerli şöbə rəhbərləri işdən çıxarıldı. Bununla da gözlənilirdi ki, kənd təsərrüfatı istehsalçılarına dövlət subsidiyalarını, texniki yardımı paylayan bu qurumda vəziyyət düzələcək, yerlərdə müşahidə olunan neqativ hallara son qoyulacaq. Lakin az müddətdən - “Aqrolizinq”ə H.Əsədovun adamları yerləşdiriləndən sonra yenidən hər şey köhnə məcrasına qayıtdı. Yenə də dövlət xətti ilə alınıb gətirilən kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli satışında ayrı-seçkilik, korrupsiya bərpa olundu. Eyni zamanda güzəştli qiymətlərlə gübrə satışında özbaşınalıqlar davam etdi. Bir neçə həftə əvvəl bununla bağlı Tərtər və Ağcabədi rayonlarından redaksiyamıza müraciət edən fermerlər taxıl üçün zəruri olan gübrənin onlara verilmədiyi, “Aqrolizinq” tərəfindən əlaltından satıldığı bildirilirdi.

Kənd təsərrüfatı texnikasının, damazlıq mal-qaranın, gübrələrin alınması üçün keçirilən tenderlərdə qapalılıq hökm sürür, heç kimin tanımadığı, hətta qeydiyyatdan keçdiyi ölkələrin reyestrində belə barəsində hər hansı məlumat olmayan şirkətlər qalib elan olunurdu. Bu şübhəli tenderlərlə bağlı mətbuatda gedən materiallar nazirlik tərəfindən qulaqardına vurulurdu.

Bütün bunlar göstərir ki, kənd təsərrüfatına diqqətin artdığı, qeyri-neft sektorunun əsas prioritetlərindən birinə çevrildiyi bir zamanda bu sahəyə fəaliyyətində səmərəlilik və təmizlik prinsiplərinə əməl edən birinin rəhbərlik etməsi getdikcə daha böyük zərurətə çevrilirdi. Ölkə rəhbərliyinin məhz bu zərurətdən irəli gələrək H.Əsədovu İnam Kərimovla əvəz etməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanıb.

Fəaliyyəti geniş əhali qruplarının diqqətində olan ikinci nazir S.Müslümov idi. S.Müslümov Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi dövrdə pensiya sistemində mühüm dəyişikliklər baş vermişdi - daha çox pensiyaçıların zərərinə. Belə ki, ölkənin pensiya sistemində islahatların ilk mərhələsi olaraq əhalinin 2006-cı ilədək mövcud olmuş pensiya stajı cüzi məbləğlə ifadə olundu. Nəticədə uzun illər Sovet müəssisələrində, daha sonra müstəqillik dövründə ölkədə işləyərək dövlətə sosial ödəniş həyata keçirən şəxslərin pensiyası qəpik-quruşla ölçüləcək həddə salındı.

Düzdür, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra əlilliyin təyinatı və sair sahələrdə müəyyən dəyişikliklər həyata keçirildi. Lakin bunlar rüşvətxorluğun, qeyri-qanuni ödənişlərin qarşısını ala bilmədi. Əvəzində isə həqiqətən əlil olan şəxslərin əlilliyinin təsdiqi prosesi çətinləşdi. Eyni zamanda Qarabağ müharibəsində əlil olan şəxslərin avtomobil, mənzil növbəsinə götürülməsi prosesi, demək olar ki, tamamən dayandırıldı.

DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsindən sonra S.Müslümovun rəhbərliyi ilə pensiya islahatlarının yeni mərhələsi başladıldı. Bu dəfə tətbiq edilən yeniliklər sayəsində isə həm pensiya yaşı artırıldı, həm də elə qaydalar müəyyən olundu ki, mütəxəssislərin fikrincə, indiki şərtlər daxilində, işləyən hər 100 nəfərdən 35-40 nəfəri ancaq o qaydalar əsasında pensiya ala biləcək.

Göründüyü kimi, hər iki sabiq məmur vəzifədə olarkən heç də müsbət imicə malik olmayıblar. Bu baxımdan hesab edirik ki, onların vəzifədən uzaqlaşdırılması hökumətin tərkibində qeydə alınan ən müsbət dəyişikliklərdən biri hesab olunmalıdır.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru