“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                 

Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Tarix: 14-07-2025, 10:30 | Çap et

“DogruXeber.az” saytı bir neçə gün əvvəl Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı araşdırma yazısının ilk hissələrini dərc etmişdi. Məlumatların çoxluğu və narahatlıq doğuran məzmunu nəzərə alaraq, redaksiyamız məsələni mərhələli şəkildə ictimaiyyətə təqdim etmək qərarında olduğunu bəyan etmişdi.

Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Pandemiya dövründə qanunsuz “məktəb”

2020-2021-ci tədris ilində pandemiya səbəbilə Nazirlər Kabinetinin qərarına əsasən, 10-11-ci siniflərdə əyani dərslər qadağan edildiyi halda, Piral kənd məktəbinin direktoru Ağamət Ağamətov bu qadağaları açıq şəkildə pozmuşdur. Belə ki, kəndin mərkəzindəki Nəsrullayev Fərhada (anasına məxsus olduğu bildirilir) aid boş bir mağaza binası – hazırda çayxana kimi fəaliyyət göstərən bu məkan – tədris ocağına çevrilmişdir. Məktəbdən parta, yazı taxtası, stul və digər avadanlıqlar oraya daşınaraq müəllimlər burada dərs keçməyə “gönülsüz könüllü” kimi cəlb olunmuşdur.

Yəni, Piral məktəbinin rəhbərliyi pandemiyanı da öz xeyrinə “yaradıcı şəkildə” şərh etməyi bacarıb. Bu da bir istedad növüdür, amma hüquqa zidd istedad!

Bu, təkcə Elm və Təhsil Nazirliyinin deyil, birbaşa Nazirlər Kabinetinin pandemiya rejiminə dair verdiyi 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli qərarın açıq-aşkar pozulması deməkdir. Təhlükəsizliyə tüpürmək, qaydaları kağız parçası kimi görmək – daha nə lazımdır ki tədbir görülsün?

“DogruXeber.az” redaksiyasına təqdim olunan məlumatlarda məktəbdə şagirdlərdən və müəllimlərdən pul yığımı o qədər normallaşıb ki, artıq bəziləri bunu məktəbin “büdcə planlaması” sanır.

Məsələn, 2020-2021-ci ildə 6-cı sinif şagirdi Natella Orucova "qapının zamoku" üçün pul yığmış, sonradan bu pul “gözəgörünməz qüvvələr tərəfindən” yox olmuş, məsuliyyət isə günahsız bir şagirdin – Gülmətova Maya Cavanşir qızının üzərinə atılmışdır. Uşaqdan yazılı izahat alınıb, qorxuya salınıb. Görünür bu məktəbdə pedoqoji yanaşma yox, protokol və ittiham ruhu ilə işlənir. Deyəsən, uşaqları dərsdən çox “təhqiqat üsulları”na alışdırırlar.

2 iyun 2021-ci ildə isə direktor müavini A.Kiçibəyov – yəni direktorun xalasının əri – müəllimlər otağında "qəzet pulu" adıyla hər müəllimdən 5 manat toplamışdır. Qanunsuzluğa etiraz edən müəllimlər (məsələn, Mikayılov Kamran) isə təzyiqlə üzləşmişdir. Elə həmin gün VI sinifdə şəkil və vinetka üçün hər uşaqdan 2 manatdan olmaqla 50 manat pul yığılmışdır.

2024-2025-ci dərs ilində “Son zəng” tədbiri üçün 11-ci sinif şagirdlərindən 30 manatdan pul yığılmışdır. Amma bu adi tədbir deyildi – musiqiçilər dəvət olunmuş, mərasim isə bərli-bəzəkli, sanki toy ab-havasında keçmişdir. Təhsil Nazirliyinin rəsmi qadağasına rəğmən bu şənlik keçirilib, sonra isə Qusar şəhərindəki restoranların birində “ikinci hissə” davam edib. Deyəsən, təhsil yox, əyləncə mərkəzi idarə olunur – direktor bəyin başçılığı ilə.

2025-ci ilin mayında kənd stadionunda təşkil edilən idman yarışları üçün də şagirdlərdən pul toplanıb – 10-cu sinifdə Natella Orucova 10 manatdan, 11-ci siniflərdə isə daha yüksək məbləğ yığılıb. Yəni, məktəb rəhbərliyi pul yığımı işini elə sistemli və ardıcıl aparır ki, bu tempə banklar da həsəd aparar. “Yığırsansa, dolu yığ!” – Piral məktəbinin devizi bu kimi görünür.

Və ən acınacaqlısı – məktəb rəhbərliyi bu proseslərə nəzarət etməli olduğu halda, sadəcə izləyici mövqeyində dayanır. Sanki “kim nə qədər yığır” yarışına dəstək verirlər.

Nazirlər Kabinetinin 332 nömrəli qərarının 4.2.1 bəndinə görə, pandemiya dövründə yalnız 65 yaşdan aşağı olan təhsilverənlər dərsə cəlb edilə bilər. Lakin Piral məktəbi yenə də bu tələbi öz bildiyi kimi “şərh edib”: 68 yaşlı Hikmət Hüseynov – 3 ildir təhsildən uzaq olan, əvvəlki iş yeri Qusar şəhər 3 saylı məktəb olan – 2020-2021-ci dərs ilində dərsə cəlb olunub. Görünür, məktəb rəhbərliyi düşünür ki, “yaşlı adam yaxşı adamdır” və ya “təcrübə hər şeydir, qanunlar isə detal”. Təhlükəsizlik? Sağlamlıq? Qanunlar? – keçin bunları!

Elm və Təhsil naziri Emin Əmrullayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev – sizə sualımız var: bu qədər fakt, bu qədər pozuntu qarşısında niyə hələ də susursunuz? Piral məktəbi artıq bir ailənin “şəxsi müəssisəsi”nə çevrilib, məktəbdə dərs yox, qohumluq şəbəkəsi, büdcə balansı və şübhəli ödənişlər idarə olunur. Bu bir kənd məktəbi deyil, elə bil ki, ailədaxili şirkətdir – “Piral & Co” MMC!

“DogruXeber.az” olaraq, bu özbaşınalığın durdurulmasını tələb edirik. Təhsil sahəsi şəxsi maraqların və pul yığımının deyil, gələcəyin formalaşdığı sahədir. Amma burada gələcək yox, qazanc təfəkkürü hökm sürür.

Növbəti yazımızda direktor Ağamət Ağamətovun fəaliyyətinin daha qaranlıq, daha “yaradıcı” detallarına toxunacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru