Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                 

İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Tarix: 26-07-2025, 11:30 | Çap et

İyulun 23-24-də 19 saylı poliklinikadan Akademik M. A. Topçubaşov adına Tibbi-Cərrahiyə Mərkəzinə göndəriş alan bir jurnalistin başına gələnlər bir daha göstərdi ki, Azərbaycanda “icbari tibbi sığorta” yalnız kağız üzərində var. Müalicə və müayinə üçün sığorta bölməsinə yönləndirilən vətəndaş Tibbi Mərkəzdə nə həkim tapa bildi, nə də izahat verən bir məsul şəxs.

Ən acınacaqlısı isə odur ki, Mərkəzin birinci mərtəbəsində yerləşən 27 saylı otaqda xidmət göstərməli olan növbətçi həkim – Aynurə Əliyeva bir neçə gündür otağında yoxdur. Jurnalistin sözlərinə görə, otaqda heç kim olmadığı üçün qonşu otaqdakı tibb bacısına və sığorta bölməsindəki digər əməkdaşa müraciət edib, lakin nəticə dəyişməyib. Məsuliyyətsizlik o yerə çatıb ki, həmin xanım sadəcə “hara istəyirsiniz şikayət edin” deməklə vətəndaşı yola verib.

Qeyd edək ki, bu hadisə ilə tanınmış jurnalist, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas şəxsən özü qarşılaşıb və başına gələnləri öz şəxsi “Facebook” səhifəsində gileylənərək bildirib. O, tibbi sistemin başıpozuqluğunu və “nəzarətsizliyini” kəskin tənqid edib.



"DogruXeber.az" olaraq bu narazılığı bölüşür və məsələni ictimailəşdiririk.

Ən mühüm məqam isə odur ki, jurnalist TƏBİB-in 815 Çağrı Mərkəzinə müraciət etdikdə ona bildirilib ki, Topçubaşov adına Tibbi Mərkəz ümumiyyətlə TƏBİB-in deyil, Səhiyyə Nazirliyinin tabeliyindədir! Bu isə o deməkdir ki, ölkədə səhiyyə idarəçiliyinin iki başı var: biri TƏBİB, digəri isə Səhiyyə Nazirliyi. Əgər hər ikisi məsuliyyətdən yayınırsa, bəs xalq nə etsin?

"DogruXeber.az" olaraq bu sualı TƏBİB-in rəhbəri Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə birbaşa ünvanlayırıq:

– Həkim işə gəlmirsə, vətəndaş günlərlə qapıda gözləyirsə, heç kim cavab vermirsə, bu sistem niyə mövcuddur?
– Tibbi sığorta niyə var və niyə işləmir? Axı insanlar hər ay tibbi sığorta üçün fonda pul ödəyirlər.

Təəssüf ki, tibb sistemindəki başıpozuqluq və məsuliyyətsizlik artıq adi hala çevrilib. Və bu, sadəcə bir günün, bir vətəndaşın problemi deyil. Sistemli şəkildə nəzarətsizlik və ötür-ötür oyunu aparılır. Vətəndaşın sağlamlığı, vaxtı və əsəbləri isə bu laqeydliyin qurbanına çevrilir.

Tibb sahəsində artıq oyun bitməlidir. Çünki bu oyun insan həyatına, etibarsız sığortaya və cavabsız qalmaqda olan minlərlə şikayətə çevrilib.

Artıq bir neçə ildir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi yaradılıb və artıq tibb müəssisələrinin böyük əksəriyyəti də onun tabeliyinə verilib. Amma jurnalistin da qeyd etdiyi kimi, şikayət və narazılıq olanda TƏBİB Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə TƏBİB-in üzərinə atıb dururlar.

Səhiyyə Nazirliyinin fəaliyyəti zatən illərdir göz önündə idi, son zamanlar da bir çox kosmetoloq və hətta estetik cərrahların təhsilsiz - təsadüfi insanlar olduqlarının rəsmən təsdiqlənməsi daha da çılpaqlığı ilə bütün gerçəkləri ortaya çıxardı. Biraz diqqət etsək Vüqar Qurbanov fəaliyyətinin də Teymur Musayev "yolu"ndan fərqlənmədiyini görərik. Tibbə aidiyyəti olmayan bəzi şəxslər var ki, TƏBİB-də (xəstəxana direktoru və sair kimi) mühüm vəzifələr tuturlar.

Amma bu da hələ son deyil...

Araşdırmalar göstərir ki, bu gün TƏBİB-in tabeliyində olan bir çox xəstəxanalarda rəhbər vəzifələrə tibb sahəsindən tamamilə uzaq, təsadüfi adamlar təyin olunub. Onların əsas üstünlüyü, ixtisasları və təcrübələri deyil – arxalarındakı şəxsi münasibətlər, qohumluq əlaqələri və digər səbəblərdir.
Nəticədə, xəstəxanalar kağız üzərində “idarə olunur”, amma real həyatda səhiyyə müəssisələri pasiyentlərin deyil, statistik rəqəmlərin və hesabatların rifahı üçün fəaliyyət göstərir.

"DogruXeber.az" olaraq xatırladırıq: tibb təsadüfi adamların oyuncağı deyil. Bu sahədə bircə yanlışlıq, bircə səhlənkarlıq bir insanın həyatına, bir ailənin faciəsinə səbəb ola bilər ki, bunun da son zamanlar tez-tez şahidi oluruq. Amma görünən odur ki, nə TƏBİB rəhbərliyi, nə də Səhiyyə Nazirliyi bu məsuliyyəti hiss edir. Onlar üçün əsas olan – təqdimatlar, konfranslar və mediada görünməkdir.
Sistem isə çürüyür. Həkimlər susur. Vətəndaşlar isə bu çürümüş sistemin altında əzilir.

Daha acınacaqlısı isə budur ki, TƏBİB və Səhiyyə Nazirliyi arasında yaranan bu ikihakimiyyətlik, özbaşınalığın əsas səbəbidir. Hər iki qurum bir növ “məsuliyyətsizlik qalxanı” rolunda çıxış edir – məsuliyyəti bir-birinin üstünə ataraq, hər ikisinin cəzasız qalacaqlarnı çox yaxşı bilirlər.

Tibb sistemində bu qədər məsuliyyətsizlik, bu qədər şəffaflıqdan uzaqlıq, bu qədər siyasi kadrlaşma ola-ola hansı inkişafdan danışmaq olar?

Əgər bu sistem insana deyil, idarəedənlərə xidmət edirsə, demək, bu sistemin adı tibb deyil – bürokratik səhiyyə makinasıdır.
Və o makina artıq əhalini müalicə etmir, əhalini əzir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru