"Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                 

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Tarix: 21-08-2025, 09:21 | Çap et

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 06.03.2025-ci il tarixli “Güllərin və əklillər”in satın alınması ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş açıq tenderə yekun vurulub və Flora Holland” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. Nazirlik həmin şirkət ilə 88 888.88 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutur. Məlumat satınalmalır portalında 20.08.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən nəzərdə tutulmuş güllərin alınması üzrə keçirilmiş açıq tender müsabiqəsində ehtimal olunan qiyməti 154.964,39 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “FLORA HOLLAND” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Gənclər və İdman Nazirliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “FLORA HOLLAND” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bundan əlavə “FLORA HOLLAND” MMC -nin müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi də məlum olmuşdur. Bu elə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi bir ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb. Sözügedən qurumun 29.07.2025 -ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə deyilir:

“FLORA HOLLAND” MMC-yə portal vasitəsilə 09.05.2025-ci il və 19.05.2025-ci il tarixlərdədə müqvilənin üzürsüz səbəblərdən icra edilməməsi səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərilmişdir. Sorğulardan uyğun olaraq 2(iki) ay 20(iyirmi) gün və 2(iki) ay 10(on) gün müddət keçməsinə baxmayaraq cavab gəlməmişdir. “FLORA HOLLAND” MMC ilə bağlanılmış 17 aprel 2025-ci il tarixli 03 nömrəli müqavilənin xüsusi şərtlərinin 23-cü maddəsinin 23.1-ci bəndinə əsasən “Gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin maksimum faiz həddini keçməsi, həmçinin bu müqavilənin ümumi şərtlərinin 30- cu maddəsinin 30.1 bəndinin 30.1.1, 30.1.1.1, 30.1.1.2 yarımbəndlərinə əsasən müqavilə şərtlərinin pozulması və portal üzərindən yazılanlara cavab verilməməsinə görə “FLORA HOLLAND” ilə bağlanılmış müqaviləyə xitam verilir və xitam 29.07.2025-ci il tarixdən etibarən qüvvəyə minir.

Satınalmaların portalı üzərindən apardığımız araqşdırmada məlum oldu ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21.04.2025-ci ildə “FLORA HOLLAND” MMC ilə müxtəlif növ gül məhsullarının alınması üzrə 7.002,12 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Amma göründüyü kimi müqavilənin şərtlərinə əməl edə bilməyib.

Bu məlumatlar isə “FLORA HOLLAND” MMC-nin etibarlılığının şübhə altında olduğunu bir daha təsdiq edir. Keçək MMC haqqında rəsmi məlumatlara.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FLORA HOLLAND” (VÖEN:1405674931) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev.102, m.38 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur.

Dövlət Vergi Xidmətinin məlumatlarına görə MMC operativ vergi nəzarəti üzrə – Vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məsələsi üzrə OVN həyata keçirilməsi haqqında AKT-a əsasən 1700.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi öhdəlikləri üzrə – 2022- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir

Göründüyü kimi Gənclər və İdman Nazirliyinnin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “FLORA HOLLAND” MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bəs bu saxtakarlıqlara Gənclər və İdman Nazirliyində kimlər rəvac verə bilər? Təbii ki, nazirlikdə satınalmaların təşkilinə nəzarət edən şəxslər. Maraqlıdır, yeddi min manatlıq müqavilənin şərlərinə əməl edə bilməyən şirkət yüz min manat civarında olan müqavilənin tələblərini necə icra edəcək. Maraqlı olan bir də budur. Nazirlikdə satınalmaların təşkilinə nəzarət edən şəxslərin bu əməllərindən nazir Fərid Qayıbov nə qədər məlumatlıdır.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru