"Mənim atam sağlamlığı qaydasında olanda"Kapital bank"dan kredit götürmüşdü və normal ödəniş edirdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Hümbət Namazəliyev adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Sonradan ağır dərəcədə xəstələndiyi üçün 1-ci qrup əlillik təyin edildi. Müddətsiz .. və "Kapital bank" da heç bir əsaslı səbəb olmadan, icra və məhkəmə qərarı olmadan aylıq təqaüdün 100%-ni tutur. Bu nə dərəcədə qanuna uyğundur ?...
Dərman almağı üçün 5 manat nədir belə pul saxlamırlar kartda..."
























