Niyə kütlə şou əhlinə, müğənnilərə qarşı bu qədər aqressivdir? - Replika
Tarix: 4-11-2020, 11:37 | Çap et
 Bizim ölkəmizdə müğənnilər sənətin təkcə bazar məqsədi daşımadığını hələ də öyrənə bilmirlər və elə kütlə ilə şou-biznes nümayəndələri arasındakı uçurum tam mənasıyla bu məqamda gizlidir. Dünyanın bütün ulduzları cəmiyyətdə bəlli bir obraz formalaşdırıb. Məsələn Ancelina Coli deyəndə hamının ağlına “yaxşılıq mələyi” obrazı gəlir. Və o, bunun PR-nı çox peşəkar şəkildə aparır. Məsələn, Afrikadakı ac uşaqlara yardım edəndə əlinə beş-altı yardım qutusu alıb hay-həşir salmır.
Bu işlər incə işlərdir. “Nə şiş yansın nə kabab” formulunu tapmaq üçün ya məşhurun özünün yüksək intellekti olmalıdır, ya da bu sahədə peşəkar komanda ilə işləməlidir. Türkiyənin məşhur aşıqlarından olan Aşıq Şevkatinin bir sözü var. O, deyirdi ki, başı boş olan, heç bir obraza sahib olmayan insandan sənətkar ola bilməz.
Bu gün bizim tanınan simalarımız, ulduzlarımız arasında obrazı olan biri varmı?
Çətin sualdır.
Bu gün ölkəmizdə müharibə gedir. Xalq olaraq 30 ildə yaşamadığımız xoşbəxtliyi yaşayırıq. Heç olmadığımız qədər nikbinik. Qurdla-quzunun bir yerdə otladığı dövrə qədəm qoymuşuq sanki. Bu ərəfədə kütlə hamını bağışladı, bircə şou əhlindən başqa. İçlərində bu kəsimə olan kin, nifrət səngimədi. Heç müğənnilər də bunun olması üçün heç bir addım atmadı.
Ölkəsində bir aydır müharibə gedən Əməkdar artist Mətanət İskəndərli şəhidlərin qanı qurumamış Türkiyədə konsert verməyə getdi. Yaxşı. Dolanışıq dərdi deyək, anlayış göstərək. Bunu videoya çəkib niyə paylaşırsan sosial şəbəkədə? Açıqlama vermir, əvəzində səhifəsində qələbə xəbərləri paylaşır.
Bir neçə il bundan əvvəl Türkiyədə PKK-nın hücumu nəticəsində onlarla türk polisi şəhid olmuşdu. Türkiyədə konsertlər, toylar təxirə salındı. Sibel Can çıxdı dedi ki, musiqinin təkcə əyləncə məzmunu daşıdığını düşünmək çox yanlışdır, o, həm də bizim kədərimizi, dərdimizi ifadə tərzimizdir və mən təklif edirəm ki, konsertlər təxirə salınmasın, konsertlərdən əldə olunana gəlir şəhid polislərimizin ailələrinə verilsin.
Fikir vermisinizsə ən hissiyyatlı mahnılar, ən qiymətli sənət əsərləri dərdi, hüznü çox olan insanların yaradıcılıq məhsuludur. Həqiqi sənətkar yaşadığı cəmiyyətin problemini, dərdini duymadan əsl sənət əsəri yarada bilməz.
Müğənni Səidə Sultan İnstagram-da paylaşım edib, xalqa xitabən yazır ki, siz niyə müğənnilərin vətənpərvərliyinə inanmırsınız? Siz niyə ancaq müğənniləri qaralamısınız?
Amma qaçırtdığı incə bir məqam var. “Millət nədir?”, “Vətən nədir?” Suallarına ömür boyu cavab axtarmayan sənətçi, bu gün əyninə əsgər forması geyinib cəbhə xəttində peyda olub foto çəkdirməklə, İnstagram-da şəhid fotoları paylaşmaqla kütləni öz səmimiyyətinə inandıra bilmir.
Bəlkə, zaman-zaman nəğmələri seviləcək, hansısa mahnısından kədərlənəcək, hansısa mahnısından xoşbəxt olacaq. Amma bir balaca yanlışında kütlə o sənətçiləri o gözəl mahnılara görə də bağışlamayacaq. Bu gün olduğu kimi. Sizin sənətçi olaraq hər şeyə haqqınız var. Yaxşı yaşamağa, bahalı həyat sürməyə, gözəl evlərdə yaşamağa. Amma dinləyicilərə özünüz boyda xəyal qırıqlığı yaşatmağa haqqınız yoxdur.
Kitab oxumayan, məlumatsız, bütün həyat və yaradıcılığını toy üzərində quran, yeniliyin ancaq qarderoblarını, imiclərini dəyişməkdən ibarət olduğunu düşünən, tez-tez kanallarda verilişlərə çıxıb ona-buna ağıl öyrədən müğənnilər, əslində, özlərinə “biz harda səhv etmişik?” sualını verməli deyilmi?
Mətanət İskəndərlinin fotosunun altında bir izləyicinin şərhi məni çox kədərləndirdi: “Mətanət xanım indiyə qədər sizin mahnılarınızı dinlədiyim üçün özümü günahkar hiss edirəm”.
Bir sənətkara bundan ağır söz ola bilməz. Bu şərhi yazan izləyici mənə satqınlığına görə Knut Hamsuna etiraz əlaməti olaraq bir səhər vaxtı ona aid kitabları gətirib yazıçının qapısının ağzına qoyub səssizcə uzaqlaşan norveçli gənci xatırlatdı.
Xalqının ən ağır günlərində yanında olmayan müğənnilərin mahnılarını dinləməkdən imtina etmək ən təsirli etiraz yoludur. Nəinki sosial şəbəkələrdə söyüb, sabah gedib toylarda “Bacı qurban” mahnısına oynamaq... Günel Musa \\lent.az\\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57 |
|
|
|
| • Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48 |
|
|
|
| • “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45 |
|
|
|
| • AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40 |
|
|
|
| • Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09 |
|
|
|
| • Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01 |
|
|
|
| • "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
| • Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40 |
|
|
|
| • Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37 |
|
|
|
| • Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31 |
|
|
|
| • “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24 |
|
|
|
| • Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15 |
|
|
|
| • “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04 |
|
|
|
| • Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
| • Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
| • İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57 |
|
|
|
| • Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06 |
|
|
|
| • Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03 |
|
|
|
| • "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59 |
|
|
|
| • Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47 |
|
|
|
| • Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30 |
|
|
|
| • Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23 |
|
|
|
| • “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18 |
|
|
|
| • Ağsu RQİİ-də vəzifə saatla olur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:15 |
|
|
|
| • KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59 |
|
|
|
| • " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49 |
|
|
|
| • Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45 |
|
|
|
| • Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40 |
|
|
|
| • "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34 |
|
|
|
| • Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32 |
|
|
|
| • Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29 |
|
|
|
| • Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25 |
|
|
|
| • “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20 |
|
|
|
| • UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16 |
|
|
|
| • İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13 |
|
|
|
| • ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57 |
|
|
|
| • Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54 |
|
|
|
| • 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51 |
|
|
|
| • ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51 |
|
|
|
| • "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49 |
|
|
|
| • "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48 |
|
|
|
| • Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43 |
|
|
|
| • İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07 |
|
|
|
| • Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05 |
|
|
|
| • “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04 |
|
|
|
| • Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01 |
|
|
|
| • “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50 |
|
|
|
|