Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                 

"Apar 1500 manatını ver, çıx efirə, nə istəsən oxu" - Sənətkarlar bayağı mahnılar barədə
Tarix: 7-04-2023, 08:36 | Çap et
"Apar 1500 manatını ver, çıx efirə, nə istəsən oxu"
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb. Belə ki, 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb.
Bundan başqa, 50-dən artıq mahnıda zərərli vərdişlərdən istifadə, tüfeyli həyat tərzi, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edilir, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edilən sözlərə rast gəlinir.
Eyni zamanda, Azərbaycan mahnılarında hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunması halı artıb. Sözegedən tədbirdə bildirilib ki, televiziya və radiolarda bu kimi mahnıların səsləndirilməsi və onları ifa edənlərin efirə çıxarılması qadağan olunmalıdır.
Bəs görəsən, bu mahnıların artmasının səbəbi nədir? Siyahıda təqdim olunan mahnılar və onların ifaçılarına hansısa qadağa qoyula bilərmi?
Xalq artisti Mübariz Tağıyev bildirir ki, SSRİ vaxtı bədii şuralar olurdu. Mahnı bədii şuradan keçdikdən sonraona çox böyük məbləğdə qonorar yazılırdı.
"İndi isə vəziyyət dəyişib. Pandemiyadan sonra vəziyyət daha da pisləşib, insanlar tənbəlləşib. İndi meydanda olanların əksəriyyəti həvəskar bəstəkarlardır. Peşəkarlar çəkiliblər kənara. Son illər musiqilər toylar üçün yazılır. Bunun qarşısını hansısa formada almaq lazımdır. Ən dəhşətlisi də odur ki, sözləri olduqca bayağı olan musiqilər efirlərdə səslənir. Sovet dövründə isə buna diqqət edilirdi. Hər musiqi efirə buraxılmırdı. İndi gənc müğənniləri də bir tərəfdən qınamıram. Onlar qazanc məqsədi ilə toy mahnılarına qaçırlar. Amma nəticədə itirən mədəniyyətimiz olur".

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə bildirir ki, sözügedən mahınların bu cür geniş vüsət almasının səbəbi cəmiyyətdir. Həmişə günahı kiminsə boynuna yıxırıq:
"Biz musiqimizi qeyri-peşəkarlara həvalə edərək, öz musiqimizdən uzaqlaşaraq, bütün yad nə varsa, ona meydana girməyə şans verdik. Bu, bizim laqeydliyimizdən qaynaqlanıb. Bu, çox böyük tarixi səhvdir. Sənət, musiqi tarixi sübut üçün ən böyük faktlardan biridir. Qazanc şəxsiyyəti ötüb keçməməlidir. Həmin mahnılara mən "mahnı" deyə bilmirəm. Təəssüf ki, iş adamları da elə insanlara sponsoruq edir. Elə ona görə də vəziyyət belə acınacaqlıdır".

Bir çox məşhur mahnıların sözlərinin müəllifi, Xalq şairi Vahid Əziz düşünür ki, bayağı mahnıların sayının artmasının səbəbkarı televiziyalardır:
"Televiziyalar Azərbaycan mədəniyyətinin evini yıxıblar. Özəl telekanallar kimi desən efirə çıxarırlar. Onlar üçün mahnının, müğənninin kimliyi, nə oxuduğu önəmli deyil. Hamının pulunu alıb efirə buraxırlar. O qədər tənqid edirik, heç bir faydası yoxdur. Nə sözlərə fikir verirlər, nə musiqiyə. Danışmağın, tənqidin onlar üçün heç bir faydası yoxdur. Onlar yenə də öz bildiklərini edirlər".

Adı olub, özü olmayan bədii şuralar...
V.Əziz də qeyd edib ki, Sovet dövründə bədii şura mahnılara diqqət edirdi. İndi isə bədii şuranın sadəcə adı var:
"Apar 1500 manatını ver, çıx efirə nə istəsən oxu. Biz dünya ilə bacardıq, amma öz içimizdəki rüşvətxorlarla bacarmadıq. İçimizdəki xəyanətkarlarla bacarmırıq".

Təəssüf ki, iş adamları da bayağı mahnı ifa edənlərə sponsoruq edir
Qeyd olunan siyahıda Üzeyir Mehdizadənin 3 mahnısı ("Kəsəcəyəm damarları", "RЗќdd elЗќ!" "Dəli balam") qeyd olunub. Müğənninin özü ilə danışmağa müvəffəq olmasaq da, meneceri ilə əlaqə saxladıq. Müğənninin menaceri səslənən iradlarla razılaşmadığını dilə gətirdi:
"O mahnıların heç birində narkomaniyanı təbliğ edən sözlər yoxdur. Mən bu monitorinqlə razılaşmıram. Müğənninin "Youtube" kanalı rekorda imza atıb. "Uzeyir Mehdizade Official" platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan kanalı olub. Üzeyir Mehdizadə Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib. Bu qədər insanın sevgisi əbəs deyil".

Azərbaycan Respublikası Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirir ki, 1998-ci ildən Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə KİV-lərdə senzura ləğv olunub. Senzura ləğv olunduqdan sonra televiziya və ya radioda yayımlanan materiallar yalnız redaksiyanın seçimi ilə hazırlanır.
Novruzov onu da əlavə edir ki, əgər orada qanun pozuntusu olarsa, monitoriq keçirilir:
"Əgər orada qanun pozuntusu olduğu təsdiqlənərsə, həmin proqrama və ya KİV-ə qadağa qoyulur. Əlbəttə, bizim televiziya və radioda gedən proqramlara sanksiya qoymağa icazəmiz var. Amma ortada fakt olmalıdır. Hər hansısa bir qurumun fikrinə görə biz sanksiya tətbiq edə bilmərik. Əgər yayımlanan hər hanısa bir mahnıda söyüş və ya əxlaqsız ifadə varsa, həmin an müdaxilə edirik. Amma deyə bilmərik ki, filan mahnı zərər verə bilər. Bizim senzura etmək kimi səlahiyyətimiz yoxdur. Monitoriqlər şikayət əsasında aparılır. Əgər bununla bağlı bizə şikayət olunarsa ki, filan mahnıda narkotikin təbliği gedir, təbii ki, həmin KİV-ə qarşı öncə xəbərdarlıq, sonra da sanksiya tətbiq edərik. Axı mən onun mütəxəssisi deyiləm - deyim ki, hanısa mahnı zərərlidir, ya yox".
//sputnik.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru