Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                 

"Doğrudan da bu rol Ceyhuna çox böyük məşhurluq gətirdi..." - ANIM
Tarix: 6-03-2026, 04:05 | Çap et

Ceyhun Mirzəyev Azərbaycan kinosunda həm uşaq obrazı ilə yadda qalan nadir simalardan biri, həm də sonrakı yaradıcılığı ilə milli kinonun yaddaşında dərin iz buraxan sənətkar kimi xatırlanır. Onun yaratdığı obrazlar illər keçsə də tamaşaçının yaddaşında öz səmimiyyətini qoruyub saxlayır.

Azərbaycan tamaşaçısı üçün “Ögey ana” filmindəki İsmayıl obrazı təkcə uğurlu uşaq rolu deyildi. Bu, ekran vasitəsilə ailə, mərhəmət və anlayış haqqında qurulan ilk emosional körpülərdən biri idi.

“Fəryad” filmi ilə aktyor artıq tamam başqa müstəvidə yadda qaldı. “Fəryad” müharibə ağrısını, əsirlik travmasını və milli faciəni ekrana gətirən ən sarsıdıcı işlərdən biri oldu. Bu film təkcə kino əsəri deyil, həm də bir dövrün ağrısını yaddaşa çevirən mühüm ekran salnaməsi kimi qəbul olunur.

  • “Ögey ana” və “Fəryad” filmlərində onun performansını necə xarakterizə edərdiniz?
  • Azərbaycan tamaşaçısı aktyorun sənətindən nəyi əbədiləşdirməlidir?

Azərbaycan kinorejissoru, ssenari müəllifi Cəmil Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Ögey ana” filmindəki rol Ceyhuna çox böyük məşhurluq gətirdi: “Azərbaycanın görkəmli kinorejissoru və aktyoru Ceyhun Mirzəyev uşaq yaşlarından taleyini kinematoqrafiyaya bağlayıb. 1956-cı ildə televiziya yaranandan təxminən 8-9 ay sonra Ceyhun Mirzəyev artıq televiziya verilişlərində aparıcı kimi çıxış edirdi. O, “Sizin üçün məktəblər” verilişində aparıcı kimi çıxış edirdi, kinostudiyada bir neçə dublyajda iştirak etdi. Daha sonra, 1955-ci ildə rejissor Tofiq Tağızadənin “Görüş” filmində kiçik bir epizodda - Şəxəlinin oğlu rolunda çıxış etdi. Ardınca isə Əjdər İbrahimovun çəkdiyi “Bir məhəllədə iki oğlan” filmində ona daha bir kiçik epizod həvalə olundu.

Nəhayət, 1958-ci ildə Ceyhun Mirzəyevin taleyində “Ögey ana” filmi mühüm rol oynadı. Filmin sınaq çəkilişlərinə təxminən on nəfərə yaxın yeniyetmə dəvət olunmuşdu. Onların arasında filmin rejissoru Həbib İsmayılovun qardaşı oğlu da var idi. Lakin Həbib İsmayılov əvvəlcədən düşünürdü ki, İsmayıl rolunu, məhz Ceyhun Mirzəyev ifa etməlidir. Doğrudan da bu rol Ceyhuna çox böyük məşhurluq gətirdi. O, filmdə dramatik və eyni zamanda ziddiyyətli bir uşaq obrazı yaratdı.

Bu filmdən sonra onun Azərbaycan kinosunda bir çox uğurlu işləri oldu. Bununla yanaşı, o, Azərbaycan kinosundan kənarda da filmlərə dəvət aldı. 1962-ci ildə rejissor Qriqori Koltunovun “Qara qağayı” filmində çəkildi. Film “Lenfilm” kinostudiyasında istehsal olunmuşdu. Ardınca 1963-cü ildə rejissor Mixail Tereşenkonun çəkdiyi “Kompanyeros” filmi ekranlara çıxdı. Bu film isə “Odessa” Kinostudiyasında çəkilmişdi. Hər iki filmdə Ceyhun Mirzəyev kubalı gənc obrazını canlandırmışdı- birində Manolo, digərində isə Miqel rolunda çıxış etmişdi”.

Cəmil Quliyev vurğulayıb ki, Ceyhun Mirzəyev “Fəryad” filmində İsmayıl xəttini davam etdirir: “Sonrakı illərdə onun yaradıcılığı yenidən Azərbaycan kinosu ilə sıx bağlı oldu. O, “Yenilməz batalyon”, “Dəli Kür”, “Yol əhvalatı” və digər filmlərdə çəkildi. 1985-ci ildə isə qırğız rejissoru Bolotbek Şamşıyevin çəkdiyi “Snayperlər” filmində, Qazaxfilm kinostudiyasının istehsalı olan bu ekran işində mayor Salayev rolunu ifa etdi. Ceyhun Mirzəyev bu obrazın da öhdəsindən böyük ustalıqla gəldi.

Təbii ki, onun yaradıcılığında mən xüsusilə “Fəryad” filmini qeyd etmək istəyirəm. Film Qarabağ hadisələrinə həsr olunmuşdur və tamaşaçılar tərəfindən böyük rəğbət qazandı. Bu filmdə Ceyhun Mirzəyev İsmayıl xəttini davam etdirir. Artıq İsmayıl böyüyüb və cəbhəyə yola düşür, işğalçılarla mübarizə aparır. O, qəhrəmancasına vuruşur, əsir düşür, lakin heç kim onu sındıra bilmir və nəticədə düşmənlər üzərində qələbə qazanır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru