Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                 

Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır... - İTTİHAM
Tarix: 6-01-2018, 11:46 | Çap et
Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır...
Azərbaycanda ötən ildən başlayaraq bahalaşan kərə yağı 2018-ci ildə 1 manata qədər ucuzlaşsa da, onsuz da aylıq xərclərini bu aydan o biri ayın başına qədər güclə çatdıran vətəndaş üçün yenə də əlçatan deyil. Necə deyərlər, kərə yağı “yağlı əppək” olub...

Hələ ötən ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi.
Hazırda bu yağların qiymətində cüzi ucuzlaşma hiss olunsa da, ümumi xərclərə təsir edəcək səviyyədə deyil. Belə bir məqamı fövtə verməyən işbazlar isə yenə iş başındadırlar. Belə ki, sosial şəbəkələrdə, qonum-qonşuda “əsl kənd yağı”, “əsl nehrə yağı” adı altında 7-8 manata yağ təklif edilir. Qiymət ilkin olaraq, cəlbedici görünür. Ta ki, “nehrə yağı”nı əridib qoxusundan “bihuş” olana qədər. 1 kiloqramı 7 manata satılan 5 kiloqram “nehrə yağı”ını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulur. Əvəzində ətrafa elə bir qoxu yayılır ki, onunla xörək belə bişirmək istəmirsən.

Deyilənə görə, hansısa “işbazlar” xaricdən Azərbaycana palma yağı idxal edir ki, həmin yağlar da ölkəboyunca dükan-bazarı cənginə alan “nehrə yağı”nın hazırlanmasında istifadə edilir.

Qeyd edək ki, Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti, eyni zamanda idxal zamanı Dövlət Gömrük Komitəsi həyata keçirir.

Yağlarla bağlı məsələni araşdırmaq üçün biz də ilkin olaraq, rəsmi qurumlara müraciət etdik. Aidiyyatı qurumların bir neçəsindən saytımıza bildirildi ki, qida təhlükəsizliyi məsələlərinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub:

“Biz bu məsələ ilə bağlı açıqlama vermək, araşdırma aparmaq səlahiyyətində deyilik”.

Yenicə fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyindən isə hər hansı açıqlama almaq hələ kə ki müşküldür...

Nənələrimiz nehrə yağının hazırlanması zamanı qabaqcadan tədbir görərdilər. Yağın hazırlanması üçün qatıq çalar, sonra həmin qatığı nehrənin içərisinə tökər və çalxalayardılar. Proses uzun sürdüyündən nehrə yağının alınması asan başa gəlmir. Bir müddət çalxalanandan sonra həmin çalxalanan qatıq ayrana və yağa ayrılır.

Uzun illərdir nehrə yağı hazırlayan, əslən Qazax rayonundan olan Əsmər Kərimova Modern.az-a deyib ki, nehrəni çalxalamaq böyük səbir tələb edir:

“Ən azı 1-2 saat qatığı çalxalamaq lazımdır. Yalnız bu müddətdən sonra qatıq ayrana və yağa çevrilir. Ən yaxşı nehrə yağı isə gildən hazırlanan küplərdə düzəldilir. Bu cür qabda həm yağın dadı ləzzətli olur, həm də çıxarı çox çıxmır”.

Müsahibimiz qeyd edir ki, müasir üsulla hazırlanan nehrələr daha tez başa gəlir:

“Onlar xüsusi aparatla hazırlanır. Amma ona əsl nehrə yağı demək olmaz”.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Modern.az-a gün ərzində yağlarla bağlı bir neçə şikayət aldığını bildirib:

“İnsanlar daha çox “kənd yağı” ilə satılan məhsulun ekspertizasının keçirilməsini istəyirlər. Məndən də əsasən bunu soruşurlar. Qeyd edim ki, bu, mümkündür. Amma yağların müstəqil laboratoriyada analizdən keçirilməsi 250-300 manata başa gəlir. 6-7 manata yağ alan vətəndaş isə təbii olaraq bu yoxlamadan imtina edir”.

Hüquq müdafiəçisi də təsdiqləyir ki, kərə yağının bahalaşmasından sonra bu cür “kənd yağları”nın istehsalı sürətlə artır:

“Bu bir aksiomadır ki, hansısa mal, məhsul bahalaşanda, onun saxtası bazara ayaq açır. Məlum olur ki, əslində “nehrə yağı” adı altında satılan yağlar heyvanların iç yağı, marqarin, palma yağlarının süd, qatıqla qarışığından hazırlanır. Xüsusi aparat vasitəsilə çalxalandıqdan sonra “nehrə yağı” hazır olur. Əlbəttə, bunu bütün nehrə yağlarına aid etmək doğru deyil. Amma əsl nehrə yağını saxtasından ayırd etmək də çətindir. Bunu əsasən yağın dadından, qoxusundan anlayışı olan adamlar seçə bilir. Amma istəyənlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarında ödəniş etməklə yağın analizini apara bilərlər”.
\\moderator.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru