Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib .....                     Firuzə İbadova əməliyyat olunacaq .....                     Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə YENİ TƏYİNAT .....                     Bakıda məmurun xanımı lükə düşərək xəsarət alıb .....                     Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı .....                     Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı .....                     TƏBİB-dən sonra daha hansı qurumlar birləşdirilməlidir? .....                     Ramin İsayevin 100 milyonluq sərvəti var imiş .....                     Ermənistan “Tramp marşrutu”nun tikintisinin başlayacağı tarixi açıqladı .....                     68 yaşlı Mədət Quliyevdən güc nümayişi .....                     MSK üzvünə yeni vəzifə verildi .....                     İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi .....                     Habbardın azad olunması qarşılığında Rusiyaya heç bir şey verməyəcəyik .....                     Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ .....                     Dövlət qurumu geyim formalarına 1,1 milyon xərcləyəcək .....                     “Kapital Bank” yeni şirkət yaradıb .....                     Milli dərsliklər sistemli tənəzzülün aynasında: metodoloji böhran və didaktik çöküş .....                     Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ: .....                     Neft Fondu 126 milyard manatı harada saxlayır? .....                     “AzerGold”da yeni rəhbər təyinatı .....                     Keçmiş deputat qəfil vəfat etdi .....                     “Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb .....                     2 vəkilə töhmət verilib, .....                     “Bura od vurub yandıracağam” .....                     İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər .....                     Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, .....                     Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” .....                     TRIPP daim ABŞ-yə məxsus olacaq .....                     Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi .....                     10 manata hot-doq satırlar, stadion da tam dolmur… .....                     Dövlət bankı bu bazara da girdi .....                     Həbsdə olan Azərbaycan əsilli müğənni: .....                     Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb .....                     Raqif Abbasovun 12 il həbsi .....                     "Kitab onun həm Allahıdır, həm hicabı!" .....                     Torpaq var, sənəd yox: .....                     2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir .....                     Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı .....                     Bakı ilə Neftçala arasında qalan başçı .....                     Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                 

"Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."
Tarix: 8-09-2020, 08:39 | Çap et
"Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."
Rusiya Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı ciddi ittihamlar qarşısındadır və əgər rəsmi Moskva açıqladığı kimi bu hadisədə əlinin olmadığını sübut edə bilməzsə, Qərbin və Amerikanın ciddi sanksiyaları ilə üzləşə bilər.

Son olaraq, Almaniyanın xarici işlər naziri Heiko Maas Almaniyanın “Bild” qəzetinə verdiyi açıqlamasında “Əgər yaxın günlərdə Rusiya nələrin baş verdiyini aydınlaşdırmağa kömək etməsə, müttəfiqlərimizlə ona veriləcək cavabı müzakirə etməli olacağıq”-deyib.

В«Eurasia DiaryВ» xəbər verir ki, bazar günü Heiko Maas, ciddi ittihamlar səsləndirərək Almaniyanın Aleksey Navalnının zəhərlənməsinin arxasında Rusiyanın dayandığına dair “bir neçə sübutu”nun olduğunu söyləyib. “Navalnının zəhərləndiyi ölümcül maddə əvvəllər Rusiya səlahiyyətlilərinin əlində tapılıb.

“Yalnız az sayda insanın В«NoviçokВ»u əldə etmək imkanı var və bu zəhər Rusiya xüsusi xidmət orqanları tərəfindən keçmiş agent Sergey Skripala qarşı hücumda istifadə edilib”, o, 2018-ci ildə İngiltərənin Solsberi şəhərində törədilən sui-qəsd aktına işarə edərək deyib.

Məlumata görə, Birləşmiş Ştatlar da rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı vəziyyəti diqqətlə araşdıracaq. Bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib və bu məsələyə çox ciddi baxacaqlarını bildirib. Ağ Ev başçısı qeyd edib ki, hələlik onda Rusiyanın Navalnının zəhərlənməsi məsələsi ilə əlaqəsinin ola biləcəyinə dair sübut yoxdur. Eyni zamanda Tramp bildirib ki, əgər Rusiyanın hadisədə iştirakı aşkarlansa, o, “çox qəzəblənəcək”.

Britaniyanın baş naziri Boris Conson Aleksey Navalnının zəhərlənməsi üçün məsuliyyət daşıyanların cəzalandırılmasını təmin edəcəyini vəd edib. O, Rusiyanın aparıcı müxalifət liderlərindən birinə qarşı kimyəvi silahdan istifadə olunmasını hiddət doğuran hadisə adlandırıb. Baş nazir deyib ki, Rusiya hökuməti Navalnının başına nə gətirildiyini izah etməlidir.

Sentyabrın 2-də ABŞ milli təhlükəsizlik şurasının nümayəndəsi Con Ulliot Rusiyanı sinir sistemini iflic edən “Noviçok” maddəsindən dəfələrlə istifadədə ittiham edib. O bildirib ki, Navalnının zəhərlənməsində iştirakı olanlara qarşı sanksiyalar tətbiq ediləcək.

Almaniya hökuməti bildirir ki, Rusiya müxalifət lideri Aleksey Navalnının qan nümunələrinin analizi onun qanında “Noviçok” qrupundan olan sinir-iflic zəhərinin mövcudluğunu göstərib.

Qeyd edək ki, Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən yolda özünü pis hiss etmiş və təyyarə Omsk şəhərində təcili eniş etməli olmuşdu. Müxalifətçi Omsk xəstəxanasında iki gün qaldıqdan sonra Almaniyaya təxliyə edilmişdi. 44 yaşlı Navalnı hələ də Berlindəki “Charite” xəstəxanasının reanimasiya şöbəsində süni yaradılmış tibbi koma vəziyyətindədir. Almaniya bildirib ki, son qan analizinin nəticələri ilə bağlı Rusiyanın bu ölkədəki səfirindən izahat tələb edəcək.

Bəs görəsən, bu hadisələrin nəticəsi olaraq, Rusiya Qərb dövlətlərinin ciddi sanksiyaları ilə üzləşə bilərmi?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu artıq Rusiyanın ittiham olunduğu neçənci belə zəhərlənmə hadisəsidir: “Birinci dəfə deyil ki, belə bir hadisə baş verir. Müxtəlif zəhərlənmə hadisələri bu illərdə çox olub. Xarici ölkələrdə yaşayan keçmiş Rusiya kəşfiyyatçılarından Aleksandr Litvinenko zəhərləndi, Sergey Skripal zəhərlə öldürüldü, Boris Nemtsov müəmmalı şəkildə Kreml divarları yaxınlığında qətlə yetirildi. İndi də Aleksey Navalnının zəhərlənməsində Rusiya ittiham olunur. Bundan əvvəl Boris Berezovski çox müəmmalı şəkildə Londondakı evində ölü tapılmışdı. Hər dəfə Qərb bu ölümlərdə Moskvanı şübhəli bilir və müəyyən sanksiyalar da tətbiq edir”.

Politoloq onu da vurğuladı ki, Rusiyanın bu hadisəni araşdırmaqda maraqlı olmaması da bu ölkənin zəhərlənmə hadisəsində əli olduğunu göstərir: “Rusiya məsələlərdə əli olmadığını iddia edir. Ancaq maraqlısı odur ki, Rusiya bu məsələlərin ona aidiyyəti olmadığı halda Qərbin sanksiyaları ilə üzləşdiyini görürsə, məntiqlə özü hadisəni araşdırmalıdır. Əgər baş verənlər Rusiyaya qarşı bir iftira və ya təxribatdırsa, özü araşdırsın. Əgər araşdırmırsa, bir komissiya yaratmırsa, o zaman bu iddialar əsaslıdır. Qərbdə Navalnının Rusiya tərəfindən zəhərlənməsi tam təsdiqini taparsa, növbəti sanksiyalar barədə qərar qəbul edilə bilər”.

E.Şahinoğlu hesab edir ki, baş verənləri gözdən keçirsək, Rusiya hakimiyyətini heç bir sanksiya narahat etmir: “Əgər Rusiya sanksiyalardan narahat olsaydı, Krımı ilhaq etməzdilər, Dombasda separatçılara dəstək verməzdilər, bu cür zəhərlənmələr də baş verməzdi. Görünür, Rusiya hökuməti özünə arxayındır, həm bu cür zəhərlənmə halları davam edir, həm də sanksiyalardan çəkinmirlər. Düşünürlər ki, sanksiyaların onların iqtisadiyyatına heç bir təsiri olmayıb. Halbuki Rusiya iqtisadiyyatında vəziyyət ürəkaçan deyil. Böyük şəhərləri çıxmaq şərtilə bölgələrdə vəziyyət pisdir. Ancaq Rusiya düşünür ki, onların kifayət qədər valyuta rezervləri də var, bu sanksiyalar ona təsir etməyə bilər, bu halda da öz siyasətini davam etdirə bilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib - Ermənistan mediası
Bu gün, 16:01
• Firuzə İbadova əməliyyat olunacaq - İzzət Bağırovdan çağırış
Bu gün, 16:00
• Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə YENİ TƏYİNAT - FOTO
Bu gün, 15:57
• Bakıda məmurun xanımı lükə düşərək xəsarət alıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
• Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
Bu gün, 15:40
• Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı BƏLLİ OLDU
Bu gün, 15:31
• TƏBİB-dən sonra daha hansı qurumlar birləşdirilməlidir? – Siyahıda bu qurumlar var...
Bu gün, 15:27
• Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
Bu gün, 15:23
• Ermənistan “Tramp marşrutu”nun tikintisinin başlayacağı tarixi açıqladı
Bu gün, 15:16
• 68 yaşlı Mədət Quliyevdən güc nümayişi - GENERALDAN YENİ REKORD
Bu gün, 15:11
• MSK üzvünə yeni vəzifə verildi - ƏMR
Bu gün, 15:05
• İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
Bu gün, 15:02
• Habbardın azad olunması qarşılığında Rusiyaya heç bir şey verməyəcəyik - Tramp
Bu gün, 14:59
• Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 14:57
• Dövlət qurumu geyim formalarına 1,1 milyon xərcləyəcək – TENDER
Bu gün, 14:56
• “Kapital Bank” yeni şirkət yaradıb - TƏYİNATLAR
Bu gün, 14:55
• Milli dərsliklər sistemli tənəzzülün aynasında: metodoloji böhran və didaktik çöküş - ARAŞDIRMA
Bu gün, 14:53
• Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ: - “DİM-in yanaşması tamamilə yanlışdır”
Bu gün, 14:50
• Neft Fondu 126 milyard manatı harada saxlayır? - SİYAHI
Bu gün, 14:48
• “AzerGold”da yeni rəhbər təyinatı - ƏMR
Bu gün, 14:43
• Keçmiş deputat qəfil vəfat etdi - FOTO
Bu gün, 14:40
• “Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb - BUNA GÖRƏ...
Bu gün, 14:36
• 2 vəkilə töhmət verilib, 4 vəkilə xəbərdarlıq edilib
Bu gün, 14:34
• “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır
Bu gün, 13:19
• İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər – Kritik GÖZLƏNTİ
Bu gün, 13:16
• Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Bu gün, 13:14
• Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” - “Aşq böcəyim, səni...”
Bu gün, 13:04
• TRIPP daim ABŞ-yə məxsus olacaq - Ararat Mirzoyan
Bu gün, 13:01
• Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ
Bu gün, 12:59
• 10 manata hot-doq satırlar, stadion da tam dolmur… - ONA GÖRƏ DƏ...
Bu gün, 12:57
• Dövlət bankı bu bazara da girdi - DETALLAR
Bu gün, 12:53
• Həbsdə olan Azərbaycan əsilli müğənni: - "Heç kim namusuma ləkə gətirə bilməz"
Bu gün, 12:52
• Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb - “Baza”
Bu gün, 12:46
• Raqif Abbasovun 12 il həbsi TƏLƏB OLUNDU
Bu gün, 12:35
• "Kitab onun həm Allahıdır, həm hicabı!" - Elza Seyidcahandan ŞOK sözlər
Bu gün, 12:33
• Torpaq var, sənəd yox: - Vətəndaşlar mülkiyyət hüququnu necə rəsmiləşdirə bilər?
Bu gün, 12:30
• 2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
Bu gün, 12:20
• Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Bu gün, 12:16
• Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
Bu gün, 12:08
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru