Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                 

Üçüncü Dünya müharibəsinin siqnalı? – Ukrayna savaşı da belə başlamışdı
Tarix: 29-06-2023, 19:00 | Çap et
Üçüncü Dünya müharibəsinin siqnalı?
ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpini diktator adlandırıb. ABŞ dövlət katibi Entoni Blinkenin Pekin səfərinin başa çatmasından bir gün sonra çıxış edən Ağ Ev rəhbəri Çin liderinin hava şarı insidentindən narazı qaldığını deyib: “Si Cinpinin çox bədbəxt olmasının səbəbi onun bu şardan xəbəri olmaması idi. Diktatorlar nə baş verdiyini bilmədiyi zaman həqiqətən bundan xoşları gəlmir”.

Xatırladaq ki, ötən ilin əvvəlində Bayden Rusiya Prezidenti Vladimir Putini də diktator adlandırmışdı: “Vladimir Putin qatıl, ölümcül diktator və açıq-aşkar quldurdur”.

Onun bu açıqlamasına rəsmi Moskva sərt reaksiya verərək, ABŞ-ı okeanın o tayından dünyanı qarışdırmaqda ittiham etmişdi. Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentini beynəlxalq hüquq normalarını pozmaqda və həddini aşmaqda günahlandımışdı. Baydenin məhz bu açıqlamasından sonra Rusiya Ukraynaya qarşı hücuma başladı.

Ötən ilin avqustunda dünyanın ABŞ-la Çin arasında nüvə müharibəsi həddinə çata biləcək hadisənin həyəcanı ilə çalxalanması, bir kiçik ada uğrunda dünya güclərinin üz-üzə gəlməsi bu iki dövlət arasında da münasibətlərin gərgin olmasından xəbər verir.

Bəs, Baydenin Rusiya-Ukrayna müharibəsi öncəsi Putini qatil və ölümcül diktator adlandırmasından sonra növbəti dəfə Çin lideri Si Cinpini diktatorluqda ittiham etməsi ABŞ iə Çin arasında müharibənin başlamasına hazırlıq kimi qiymətləndirilə bilərmi?

DİA.AZ-ın məlumatına görə, politoloq Elçin Xalidbəyli AYNA-ya şərhində deyib ki, ABŞ ilə Çin arasında müharibənin fəsadları dağıdıcı olar: “Bu səbəbdən nə Amerikanın, nə də Çinin bu müharibəyə gedəcəyi inandırıcıdır. Çünki bu müharibə Ukrayna müharibəsi ilə müqayisə oluna bilməz. Hər iki ölkə nüvə dövləti olmaqla yanaşı, kifayət qədər müasir hərbi və iqtisadi resurslara sahibdir. Eyni zamanda, ABŞ və Çin iqtisadiyyatları da dünya iqtisadiyyatında həlledici paya malikdir. Və bu iki ölkənin iqtisadiyyatları əsasən savaş ehtiyaclarının ödənilməsinə indeksləşərsə, nəticələri dünyada qlobal aclıq, hətta dərin xaos kimi təzahür edə bilər”.

“Düzdür, onların arasında soyuq müharibə hökm sürür, ancaq bu, daha çox müxtəlif təzyiqlər formasında təzahür edir. “Tayvan böhranı” silahlı toqquşmalara yol açarsa, bəşəriyyət yeni qlobal savaşla üzləşə bilər. Üstəlik, belə savaş bütün dünya üçün daha dağıdıcı və faciəvi nəticələr vəd edir”, - deyə həmsöhbətimiz bildirib.

Analitik hesab edir ki, Ağ Ev artıq əvvəlki kimi dünya üzərində əzici avtoritetini qoruya bilmir: “Çinin sürətlə güclənməsi, ABŞ-da baş verən iqtisadi böhranın Pekinin xeyrinə işləməsi və bu kimi amillər qarşılıqlı zidiyyətləri dərinləşdirir. ABŞ əhəmiyyətli mövqeyini əldən vermək istəmir və həm Çinə, həm də Rusiyaya qarşı hücumlar bundan qaynaqlanır. Avropa ölkələri Rusiyaya qarşı embarqolarda yaxından iştirak edir. Bununla da Avropa İttifaqının iqtisadiyyatında önəmli rol oynayan Rusiya enerji resurslarının “qoca qitə”yə axını dayandırılıb. Faktiki olaraq Avropa İttifaqı süquta doğru irəliləyir və bu sırada Çinlə də münasibətlərin pisləşməsi İttifaqın “intiharı” olardı”.

“Böyük ehtimalla, əsas hədəf yalnız Rusiyanın deyil, həm də Avropa İttifaqının iqtisadi cəhətdən zəiflədilməsinə hesablanıb. Çünki Avropa İttifaqı Çinin əsas və ən zəngin iqtisadi-ticari partnyorudur. Əgər, Avropa İttifaqı çökərsə, Çin iqtisadiyyatının iflasa uğraması da sürətlənə bilər. Ona görə də Ukrayna savaşının məhz Çinin maliyyə-iqtisadi böhrana düçar edilməsinə qədər davam etdirilə biləcəyi istisna deyil”, - deyə Xalidbəyli fikrini yekunlaşdırıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu da AYNA-ya açıqlamasında qeyd edib ki, nə ABŞ, nə də Çin hərbi qarşıdurmada maraqlıdır: “Pekin iki ölkə arasındakı gərginliyi daha da artırmaq və əsas ticarət tərəfdaşlarından biri olan ABŞ-la körpüləri yandırmaq istəmir. Lakin reaksiyasız da qalmaq niyyətində deyil. Amerika ilə Çin arasında “əsəb müharibəsi” davam edir. Bunun hərbi qarşıdurma həddinə qədər gəlib çatacağı real deyil. Çünki bu, faktiki olaraq Üçüncü Dünya müharibəsinin başlanması olar. Ağ Ev Pekinlə təmaslarda xalq diplomatiyasının imkanlarından istifadə etməyə qərar verib”.

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton Pekinlə fərqli formatlarda dialoq qurmağa çalışır: “ABŞ hazırkı siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir. Lakin buna nail olmur. Buna görə də rəmi Pekinə qarşı təzyiqləri artırır. Co Baydenin Çin lideri haqqında son bəyanatı da bundan qaynaqlanır”.

“Son dövrlər Qərb və anti-Qərb qüvvələri arasında qarşıdurma şiddətlənib və tərəflər bir-birinə qarşı sərt ritorikadan istifadə edirlər. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonra Prezident Baydenin məlum açıqlaması balanslı münasibətlərin hökm sürdüyündən xəbər verir. Amerika bir tərəfdən Çini yumşaltmağa çalışır, digər tərəfdən isə tənqid edir”, - deyə Şahinoğlu vurğulayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru