Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                 

“Xəzər Dəniz Gəmiçiliyi”nin şefi barədə iddialar - İTTİHAM VAR
Tarix: 2-08-2017, 09:45 | Çap et
“Xəzər Dəniz Gəmiçiliyi”nin şefi barədə iddialar
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Rəhbərlik etdiyi qurumu rüşvət və korrupsiya yuvasına çevirən QSC sədri heç nəyə və heç kimə məhəl qoymadan oxşar davranışlarını bu gün də davam etdirməkdədir. Mətbuatda yazılanlara biganə münasibəti ilə seçilən Rauf Vəliyevin son vaxtlar ciddi narahatçılıq keçirdiyi haqda məlumatlar dolaşır. Məlumatlarda o da qeyd olunur ki, neçə illərdir “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi iqtisadi baxımdan çox gəlirli sahəyə rəhbərlik edən Rauf Vəliyevin korrupsiya şəbəkəsi yaradaraq mənimsədiyi pullar yuxarı dairələrin də diqqətindən yayınmayıb. Hətta bununla bağlı ona ciddi iradların bildirildiyi də iddia olunur. Bütün bunlara baxmayaraq QSC sədri hələ ki, postunda oturmaqda davam edir.

Gəmilərdən və tankerlərdən qazanılan aylıq vəsaitlər yüz minlərlə ölçülür...
Tia.az-ın məlumatına görə R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.
Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir.
В«Azərbaycan Xəzər Dəniz GəmiçiliyiВ»nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodlarının da daxil olduğunu deyən məlumatlı şəxs qeyd edir ki, nəqliyyat donanmasının tərkibində 98 gəmi, o cümlədən 34 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 35 texniki, təchizat və xidməti-köməkçi gəmi mövcuddur: В«İxtisaslaşdırılmış donanma isə 188 gəmidən, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisindən və 84 xidməti və köməkçi gəmidən ibarətdir. Nəzərinizə çatdırım ki, bu cür QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti В«Azərbaycan Xəzər Dəniz GəmiçiliyiВ»nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır.
Gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir. Əldə etdiyimiz məlumatlara görə mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir. Bu haqda gələn yazılarımızda daxil olan məlumatlar əsasında başqa bir məqaləmiz işıq üzü görəcək.

Xəzərin dalğalarında Panamaya qədər gedib çıxan Rauf Vəliyev
Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil.
Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verməyə çalışacağıq. .
Qeyd edək ki, Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, sonuncu təyinata qədər SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub.
R.Vəliyevin 2000-ci ildə Braxon Group S.A şirkətini yaradan zaman bu qurumda çalışması və birdən-birə belə yüksək vəzifəyə təyinatı onun SOCAR şefi Rövnəq Abdullayevlə yaxın münasibətləri olduğundan xəbər verir.
Ümumiyyətlə oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.

Rüşvət yuvasına çevrilən QSC
Ölkə mətbuatında Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də Rauf Vəliyev susmağa üstünlük verir. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənov prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya ünvanladığı müraciətdə Rauf Vəliyevin qəbulunda olmağına baxmayaraq, ondan işə düzəlmək üçün 5 min manat pul istənildiyi barədə ittiham irəli sürür. Təbii ki, bu məsələ ictimailəşəndən sonra Rauf Vəliyevin də bundan xəbərdar olmaması inandırıcı görünmür. Rüşvət hallarl tək bunula yekunlaşmır. QSC-nin daxilində rüşvət hallarının kifayət qaədər çox olması artıq, kollektivi də hərəkətə gətirib. Redaksiyamıza müraciət edən QSC əməkdaşları adlarını anonim saxlamaqla baş verənlərin ictimailəşməsinə yardımçı olacaqlarını bildirirlər.
QSC-də neqativ hallar və qanunsuzluqlar o həddə çatıb ki, Rauf Vəliyev ağlasığmaz qərarlar verməkdən belə çəkinmir.
Məlumatlı mənbədən verilən informasiyada bildirilir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbəri Rauf Vəliyev daxili bir qərar imzalayıb. Qərara görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə müraciət edən bütün Qarabağ şəhidi ailələri, Milli Qəhrəman ailələri, Qarabağ əlilləri, bir sözlə, 1-ci Qarabağ savaşında özü və yaxınları iştirak etmiş bütün şəxslərə istənilən bir mövzuda rədd cavabı verilməlidir.
Xəbəri verən mənbə bildirir ki, Rauf Vəliyevin göstərişinə əsasən sözügedən kateqoriyadan olan vətəndaşların qurumun qapısından qovulması net şəkildə ifadə olunub.

Rauf Vəliyevin arxasında dayanan qüvvələr kimlərdir?
Yuxarıda qeyd etdiyimiz kimi Rauf Vəliyevin SOCAR prezidenti Rövnəq Abdullayevə güvəndiyi barədə iddialar mövcuddur. İddia olunur ki, dəfələrlə yuxarıların qəzəbinə tuş gələn Rauf Vəliyevi məhz Rövnəq Abdullayev son anda xilas edə bilib və yuxarıları inandıra bilib ki, onu kadrı “sədaqətli və təmizdir”.
Bu arada, В«Azərbaycan Xəzər Dəniz GəmiçiliyiВ»nin sədrinin əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olduğunu deyən mənbə qeyd edir ki, Rauf Vəliyev himayəsində olduğu şəxsin – Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun dəstəyi ilə uzun müddət ARDNŞ-də mühüm postlarda təmsil olunub: В«Belə ki, o, 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Deyilənlərə görə, Mikayıl İsmayılovun adamı kimi xarakterizə olunan Rauf Vəliyevin В«Azərbaycan Xəzər Dəniz GəmiçiliyiВ»nin sədri vəzifəsinə gətirilməsində də Dövlət Neft Şirkətinin vitse-prezidentinin müstəsna xidmətləri olub.
Məqalədə adıçəkilən şəxsləri mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru