Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                 

"Tarix sizi 40 arşın quyunun dibinə salar, ordan çıxa bilməzsiniz" - Deputatdan deputata...
Tarix: 27-09-2016, 09:08 | Çap et
"Tarix sizi 40 arşın quyunun dibinə salar, ordan çıxa bilməzsiniz"
BQP sədri, deputat Fazil Mustafanın Səfəvilər dövrü ilə bağlı tənqidi fikirləri kəskin etirazlara səbəb olub. Bir qrup tarixçi alimdən də sərt təpkilər alan deputat hətta həmkarı Fəzail Ağamalının da qınaqlarına tuş gəlib.

F.Mustafanın dediklərinə reaksiyası zamanı F.Ağamalı deputat həmkarını tənqid edərək bu mövzu ilə bağlı danışarkən diqqətli olmağı tövsiyə edib, “bilmədiyin şeylərdən danışma” deyib. F.Mustafa isə bundan sonra özünün facebook səhifəsində həmkarının iradlarını cavablandırıb. O, F.Ağamalının mövzu barədə “emosional münasibət” bildirdiyini vurğulayıb: “...Açığı, günlərdir antiazərbaycançı qüvvələrlə və ”Şah babam" deyib bağıran cahil milliyyətçilərlə savaşda öz mövqeyimizin haqlılığını qətiyyətlə ortaya qoyduğumuz bir məqamda Fəzail müəllimin bu qədər ultimativ formada məsələyə müdaxilə etməsi mənim üçün bir qədər təəccüblü oldu. Çünki Fəzail müəllim çox gözəl bilir ki, öz inandığım və millətim üçün faydalı olan həqiqətlərin söylənməsi mənim üçün elə bir prioritetdir ki, qarşıma çıxan istənilən qüvvə ilə istənilən elmi diskussiyanı aparmağa hazıram və bunu da edirəm. Nəinki bundan sonra bir dəfə, hətta daha böyük qətiyyətlə bu mövzuda həqiqətləri cəmiyyətə çatdırmağa davam edəcəyəm və buyurub Fəzail müəllim də başqa opponentlər kimi öz yazıları və kitabları ilə bizim mövqeyə qarşı fikirlərini ortaya qoyar... İxtisasca hüquqşünas olsam da, fəlsəfə üzrə fəlsəfə doktoruyam və Xürrəmilik, Səfəviliyin ideoloji görüşləri mənim bilavasitə tədqiqat sahəmdir".

F.Mustafa ardınca həmkarını onun yerini “zəbt etməkdə” qınayıb: “Maraqlıdır ki, mənə hüquqçu kimi tarixlə məşğul olmamağı tövsiyə edən Fəzail müəllim, özü illərdir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür, orada bir tarixçi kimi məhz mənim hüquqçu kimi fəaliyyət göstərməli olduğum yeri tutub. Bu məntiqlə gərək Fəzail müəllim tarixçi olduğuna görə həmin komitənin üzvlüyündən dərhal istefa verməli və məni həmin komitəyə dəvət etməlidir...

Ən sonda isə hörmətli Fəzail müəllimə heç gözləmədiyim bir müqayisəyə görə qısa bir iradımı da bildirmək istərdim. Mənim hörmətli həmkarım və tanınmış tarixçi alim Yaqub Mahmudova insan kimi böyük hörmətim var və tariximiz barədə xeyli faydalı işlər gördüyünə inanıram. Ancaq hörmətli Yaqub müəllimin hörmətli Fəzail Ağamalı üçün tarix sahəsində bir avtoritet olması o demək deyil ki, hamı bunu qəbul edib, əlini-qolunu yanına sallayıb yerində oturmalıdır. Mənim üçün bu sahədə başqa avtoritetlər var və onların içində Mommzen, Toynbii, Carr, Zəki Vəlidi, Faruq Sümer və bu kimi onlarla tarix dühası var".

Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a açıqlamasında həmkarının dediklərinə belə reaksiya verdi: “Mən Fazil bəyə sizin qəzetiniz vasitəsilə lakonik şəkildə cavab vermişdim ki, tarix ciddi elmdir, bu elmlə zarafat etmək olmaz. Hər bir dövrdə tarixin özünə çox təəssüf ki, ədalətsiz hücumlar olub və imkan verilməyib ki, tarix olduğu kimi yazılsın və millətə təqdim olunsun. Söhbət Azərbaycandan gedir. Təbii ki, Fazil bəyin yüksək intellekti, savadı var, dünyagörüşü genişdir, maraqlı fəlsəfi yanaşmaları var. Ancaq tarix onluq deyil. Ona bu baxımdan dedim ki, siz tarixin fəlsəfəsini işləyə bilərsiniz, ancaq tarix sizlik deyil, tarix sizi 40 arşın quyunun dibinə salar, ordan çıxa bilməzsiniz. Tarix çox ciddi elmdir, baxmayaraq ki, o, buna elm kimi yanaşmır, elə ən böyük səhvi də ondadır. Digər tərəfdən, bu gün məhz tarix elminə yeni nəslin gəlməməsi ucbatından bir boşluq var və boşluqdan Fazil bəy kimi adamlar istifadə edir”.

F.Ağamalı dedi ki, ehtiyac duysa, həmkarına daha geniş cavab verəcək: “Ancaq ”Fəzail Ağamalı əgər tarixçidirsə, niyə Hüquq siyasəti komitəsində uzun illərdən bəri fəaliyyət göstərir və mən onun hüquqlarını mənimsəmişəm" iddiası çox qəribə və gülməli vəziyyət yaradır. Fazil Mustafa, əvvəla, komitənin adını düzgün deməlidir. Komitənin adı Dövlət quruculuğu və hüquq siyasətidir. Bir siyasətçi kimi mənim dövlət quruculuğu prosesində, hər halda, təcrübəmlə, biliyimlə töhfə vermək, fəaliyyət göstərmək imkanlarım var, Fazil Mustafanın buna qətiyyən şübhəsi olmasın. Özü də bunu o bilməmiş deyil. Belə bir cavablarla polemikaya girməyə, məncə, heç bir ehtiyac yoxdur". F.Ağamalı həmkarının diqqətinə çatdırdı ki, mətbuata açıqlamasında, sadəcə olaraq, faktları ortaya qoyub: “Buyur, o faktlar əsasında sübut elə! Yoxsa ”Fəzail Ağamalı emosiya ilə danışıb, Hüquq siyasəti komitəsində nə gəzir" kimi yanaşmaları doğru deyil. Mən bir daha təkrar edirəm, hər elm sahibi təhsil aldığı sahə üzrə məşğul olsa, o, daha əhəmiyyətli olar və ciddi töhfələr verə bilər. Fazil Mustafa hüququ qurtarıb, lakin onun maraqlı fəlsəfi araşdırmaları var. Buyursun, fəlsəfi araşdırmalarına doğru getsin. Bu, həm hüquqşünas kimi çıxış edir, həm fəlsəfə ilə məşğul olur, həm tarixçi kimi. Nədir bu, ensiklopedik şəxsiyyətdirmi? Mən düşünmürəm ki, belədir. Parlamentin daxili nizamnaməsi Fazil Mustafaya Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə üzv olmaq imkanı verir, buyurub gəlsin, komitəyə üzv olsun".

Məsələ ilə bağlı deputat Fazil Mustafanın da fikirlərini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru