Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                 

"Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir" - deputat
Tarix: 1-07-2022, 08:19 | Çap et
"Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir"
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Vaşinqtonda yaşayan azərbaycan əsilli jurnalist Aleks Raufoğlu “Turan”a müsahibəsində bu mümkün təyinatı şərh edib.

O deyib ki, Mark Libbi İraq, Kipr kimi fərqli qaynar siyasi nöqtələrdə xidmət etmiş, eləcə də Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə çalışmış peşəkar diplomatdır: “Lakin həmkarlarının təbirincə, onun ən çətin diplomatik vəzifəsi, yəqin ki, 2018-ci ilin ortalarından Brüsseldə Tramp administrasiyasını təmsil etməsi olub və bu işi səliqə ilə bacarıb. Hər halda, prezident Co Baydenin andiçmə mərasiminin ardından ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərlik ona həvalə olundu. Ötən yay Brüsseldəki fəaliyyətini başa vuraraq, Vaşinqtona qayıdıb və buradakı Milli Müharibə Kollecində dərs deyir”.

“Niyə məhz Mark Libbi? Onun Azərbaycana səfir kimi göndərilməsində hansı siyasi mənalar axtarmaq olar” sualına isə belə cavab verib: “İlk növbədə bu seçim ondan xəbər verir ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə müəyyən ardıcıllığın qorunmasında maraqlıdır. Üç il bundan öncə ABŞ hökuməti karyera diplomatı Litzenbergeri Azərbaycana göndərməklə bir dönüşə imza atmışdı.

Xatırlayırsınızsa, ondan əvvəlki 3 səfirin rezyümesində əsasən enerji təcrübəsi göz qamaşdırırdısa, Lee Litzenberger tamamilə başqa səmtdən - hərbi-siyasi bürodan gəlirdi, üstəlik, Brüssel təcrübəsinə malik idi. Cənab Libbinin diplomatik portreti də sələfininkinə çox uyğun gəlir. Xüsusilə Bayden Administrasiyasının Şərqi Avropa, Balkanlar və Qafqaz strategiyalarının uzlaşdırılmasında son aylar Brüsselə verdiyi önəmi nəzərə alsaq, səfir Libbinin təcrübəsindən Azərbaycanda təyinatı üzrə istifadə oluna bilər. Mən ötən ilin yazında dövlət katibi Blinkenin Avropaya səfərlərindən birinin ardından səfir Libbinin ABŞ-Avropa gənc peşəkarları qarşısında bir çıxışını yaxından izləmişdim. Təxminən 10 dəqiqəlik çıxışın əksər hissəsini o, dəyərlərə və dəyərlər əsasında münasibətlərin inkişafına həsr etmişdi. Ümumi mesaj təxminən ondan ibarət idi ki, dəyərlər üzərində möhkəmlənən münasibətlər ölkələri və xaqları bir-birinə sıx bağlamaqla, ən etibarlı və uzunmüddətli əməkdaşlığı şərtləndirir. ABŞ-Azərbaycan münasibətləri çoxdandır belə yanaşma tərzinə susayıb... Təcrübə sübut edib ki, karyera diplomatlarından fərqli olaraq, enerji profilli səfirlər - əlbəttə ki, müəyyən istisnalar hər zaman olur - fəaliyyətləri dövründə məsələn, insan haqları kimi mövzularda ictimai çıxışlardan, o cümlədən müstəqil media və müxalifət liderləri ilə birbaşa təmaslardan çəkiniblər. Bakını tərk etdikdən sonra isə öz ölkələrində Azərbaycan hakimiyyətinin neft-qaz siyasətinə lobbiçilik etməyi üstün tutublar, bununla da onlar ABŞ xalqının Azərbaycanla dəyərlərə söykənən uzunmüddətli əməkdaşlıq maraqlarını, özlərinin, belə demək mümkünsə, fərdi yanaşmalarına qurban veriblər. Sualınıza qayıdaraq, bir amili də vurğulamaq istərdim ki, son dövrlər Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatlarında Bakıdakı səfirliyin, xüsusilə də səfirin siyasi məhbuslar, azadlıqlar və təhlükəsizlik kimi mövzularda hökumətlə davamlı təmaslarının nəticələrinə tez-tez istinad edilir. Belə təmasların qorunub gücləndirilməsi vacibdir. Hətta ən böhranlı anlarda belə... Hər iki sahədə cənab Libbinin təcrübəsi ümumi işə ciddi töhfə qata bilər. Xüsusilə də nəzərə aldıqda ki, Birləşmiş Ştatlar Azərbaycanla bağlı hazırkı siyasətində “proqnozlaşdırıla bilinmə”nin tərəfdarıdır".

Yeni səfir təyinatı hələ bir müddət çəksə də, aydındır ki, Ağ Ev seçimini edib. Ekspertin deməsindən belə aydın olur ki, ABŞ enerji məsələlərini deyil, “daxili vəziyyətə” daha çox nüfuz etmək istəyindədir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu namizədliyi müsbət sayır: “Mark Libbinin namizədliyinin Azərbaycanda fəaliyyət göstərəcək səfir kimi irəli sürülməsi hesab edirəm ki, Baydenin strateji anlamda düşündüyü və verdiyi vacib qərarlardan biridir. Bunun isə bir çox səbəbləri var. Əvvəla, Libbinin həm də akademik təcrübəsi var. Onun məlum namizədliyə qədər Milli Müharibə Kollecində müəllim kimi çalışması da dediklərimə dəlalət edir. Yəni Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir və dünya siyasətində söz sahibi olan hazırki liderlərin, eyni zamanda böyük diplomatların tərcümeyi halına nəzər salsaq görərik ki, söylədiyim məqam karyera tramplinində olduqca vacib əhəmiyyətə malikdir. İkincisi, Bayden inauqurasiyadan dərhal sonra ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərliyi Libbiyə həvalə edib. Səbəb isə heç şübhəsiz ciddi etimad və güvən olub. Ən nəhayət, Mark Libbi Kipr və İraq kimi kritik nöqtələrdə xidmət göstərib və həmin xidmət müddətində vəziyyəti idarə etmək, balans tapmaq, hər gün dəyişən diplomatik duruma uyğun qərarlar vermək təbii ki, bu işə məsul insandan böyük istedad, təcrübə tələb edib. Düşünürəm ki, Mark Libbi kimi peşəkar diplomatın namizədliyinin irəli sürülməsi yaxşı haldır. Üstəlik, hər iki ölkə üçün yaxşı haldır”.

Siyasi analitik Asif Nərimanlı burada Türkiyə ilə paralellik apardı: “ABŞ-ın enerji profilli səfir təcrübəsini dəyişdirməsi Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı ola bilər. Artıq bu layihə işləyir, hərçənd Rusiya ilə qarşıdurmadan sonra Avropanın enerji təhlükəsizliyinin daha da aktuallaşması və Azərbaycanın bu prosesdə açar ölkələrdən biri kimi qəbul edilməsi fonunda bu dəyişiklik də diqqət çəkir. Təbii ki, yeni səfir də enerji məsələlərini prioritet olaraq görəcək, xüsusilə Transxəzər layihəsinin aktual olması baxımından. Lakin Mark Libbinin namizədliyinin irəli sürülməsinə bir neçə kontekstdə baxmaq mümkündür: birincisi, onun Brüssel təcrübəsinə sahib olmasıdır. Vaşinqtonun Cənubi Qafqazda Avropa İttifaqı üzərindən hərəkət etmək istəyi görünür. Qarabağ məsələsinin həllindən sonra bu daha qabarıq şəkildə ortaya çıxdı. Mümkündür ki, ABŞ eyni xətti davam etdirmək məqsədilə belə təyinata gedir. İkincisi, yeni səfir namizədin ”daxili məsələyə" daha çox diqqət yetirərsə, ki, bunu fəaliyyətə başladıqdan sonra daha aydın görə biləcəyik, bu, Vaşinqtonun böyük strategiyasında taktiki gedişli olaraq qiymətləndirilə bilər. Fikrimcə, Ukraynada sonra əsas qarşıdurma cəbhələrindən biri Cənubi Qafqaz olacaq, hətta bu prosesin başlandığını da deyə bilərik və burada toqquşan tərəflər təkcə ABŞ-Rusiya yox, həm də ABŞ-Çindir. Çinin “Bir kəmər bir yol” layihəsinin ən aktual marşrutu olan orta dəhlizi Azərbaycan üzərindən keçir, Zəngəzur dəhlizi də bu layihənin kompenentlərindən biridir. ABŞ başda olmaqla, Qərb dəhlizin “yol məntiqi” ilə açılmasında maraqlıdır, çünki Rusiyanın burada təsir gücünün olmasını istəmirlər, lakin son proseslər, xüsusilə Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə səfəri Brüssel razılaşmasının arxa plana keçdiyini, “dəhliz məntiqinin” önə çıxdığını göstərir. Bu, Çinin də bölgədə aktivləşməsinin önünü aça bilər. Bu gözləntilər fonunda Vaşinqtonun Bakının “daxili işlərinə” mümkün müdaxiləsi də təzyiq məqsədi daşımasına hesablanmış addımı ola bilər. Burada Türkiyədə 2023-cü il seçkiləri də xüsusi qeyd olunmalıdır. Türkiyə daxilindəki proseslər göstərir ki, AKP-nin seçki ilə iqtidardan getməsi planları dövriyyədədir. Türkiyədə post-Ərdoğan dövrünə hazırlaşanlar Azərbaycanda da eyni prosesin həyata keçirilməsində, ən azı Bakı və Ankaranın türk coğrafiyası üzərindəki planlarının ABŞ-ın maraqlarına uyğunlaşdırılmasında maraqlıdır. İstisna deyil ki, Türkiyə daxilində gözlənilən proseslər Azərbaycanda da həyata keçirilsin. Bu kontekstdə yeni səfirin “daxili məsələlərə” nə qədər diqqət ayıracağı önəmli məqam olacaq".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru